Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-222/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X1 qızı arasında xx.xx.2019ci il tarixli, 30-xx-xx-088740 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X1 qızına 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla 2536.09 (iki min beş yüz otuz altı manat, doqquz qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-ci il tarixli, 30-xx-xx-088740 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 2120.42 (iki min bir yüz iyirmi manat, qırx iki qəpik) manat, faiz borcu 29.94 (iyirmi doqquz manat, doxsan dörd) manat, ümumilikdə 2150.36 (iki min bir yüz əlli manat, otuz altı qəpik) manat məbləğində borc təşkil edir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən, X1 qızının vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 2150.36 (iki min bir yüz əlli manat, otuz altı qəpik) manat, əsas borcu 2120.42 (iki min bir yüz iyirmi manat, qırx iki qəpik) manat, faiz borcu 29.94 (iyirmi doqquz manat, doxsan dörd qəpik) manat məbləğin və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC–yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 30-xx-xx-088740 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2536.09 manat kredit verilmişdir. X1 qızı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, 30-xx-xx-088740 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 18-dən gec olmayaraq 60 ay müddətində ilk 12 ay yalnız 2,11 manat faiz borcunu, qalan 48 ay hər ay 53,92 manat ödəniş etməlidir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-ci il tarixli, 30-xx-xx-088740 kredit müqaviləsinə əsasən banka 2120.42 manat əsas, 29.94 manat faiz borcu olmaqla, cəmi 2150.36 manat borcu vardır. - 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində təsdiq edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr”in surətindən görünür ki, X1 qızının vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dur. Onların hər biri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.1 m2 olan mənzilin 1/3 hissəsindən ibarət olan mənzilə və xx.xx.2005-ci il tarixli AA727513 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WOL000051R2696414, mühərrikin nömrəsi 14534305, 1994-cü il olan “OPEL ASTRA” minik markalı ** XB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olan miras əmlaklardan ½ hissədə pay almalıdırlar. - 02 sentyabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə X1 qızı arasında xx.xx.2019-cu il tarixli, 30-xx-xx-088740 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X1 qızına 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla 2536.09 (iki min beş yüz otuz altı manat, doqquz qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 30-xx-xx-088740 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 2120.42 (iki min bir yüz iyirmi manat, qırx iki qəpik) manat, faiz borcu 29.94 (iyirmi doqquz manat, doxsan dörd qəpik) manat, ümumilikdə 2150.36 (iki min bir yüz əlli manat, otuz altı qəpik) manat məbləğində borc təşkil edir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən, X1 qızının vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Hazırki bildirişlə cavabdehlərin nəzərinə çatdırılır ki, xx.xx.2019-ci il tarixli, 30-xx-xx-088740 saylı Kredit müqaviləsi üzrə göstərilən öhdəlikləri 3 (üç) iş günü ərzində icra edələr, əks halda Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 42 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə X1 qızı arasında xx.xx.2019cu il tarixli, 30-xx-xx-088740 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri əməl etməmişdir. İddiaçı ASC tərəfindən X1 qızına 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla 2536.09 manat məbləğində kredit verilmişdir. X1 qızı qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etmədən vəfat etmişdir. X1 qızının övladları Cavabdeh2 və Cavabdeh1 miras əmlakı qəbul edən vərəsələri olduqlarından iddiaçı kredit müqaviləsi üzrə qalan borcun Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə X1 qızı arasında qanunla müəyyən olunan qaydada Kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği müqavilə üzrə borclu X1 qızına versə də sonuncu öz öhdəliklərinə əməl etmədən vəfat etmişdir. Cavabdeh2 və Cavabdeh1 borcalanın qanun üzrə vərəsələri olduqlarından borcalanın miras əmlakı ilə birlikdə onun öhdəlikləri üzrə məsuliyyət daşıyırlar. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X1 qızı arasında xx.xx.2019-cu il tarixində bağlanmış Kredit müqaviləsindən görünür ki, X1 qızına 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla 2536.09 manat məbləğində kredit verilmişdir. Lakin, borcalan müqavilənin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. X1 qızının övladları Cavabdeh2 və Cavabdeh1 miras əmlakı qəbul edən vərəsələri olduqlarından borcalanın banka olan borcunu ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 4 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarina əsasən Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin əsas borca görə hesablanan faizlərə dair məsuliyyətli olub-olmaması məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə də borcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Həmçinin qanunvericiliyə əsasən borclu öldüyü halda kreditorun vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbində borclulardan müştərək qaydada 2120.42 manat məbləğində əsas, 29.94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2150.36 manat məbləğində borcun tutlması xahiş edilir. İş materiallarına əlavə edilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr”in surətindən görünür ki, X1 qızının vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Onların hər biri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.1 m2 olan mənzilin 1/3 hissəsindən ibarət olan mənzilə və xx.xx.2005-ci il tarixli AA727513 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WOL000051R2696414, mühərrikin nömrəsi 14534305, 1994-cü il olan “OPEL ASTRA” minik markalı ** XB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olan miras əmlaklardan ½ hissədə pay almışlar. Həmçinin “Turbo.az” elan saytından çıxarılmış elanlardan görünür ki, buraxılış ili 1994-cü il olan “OPEL ASTRA” minik markalı avtomobillərin qiyməti 5800 manatdan 2580 manatadək satışa çıxarılmışdır. “Vipemlak.az” elan saytında çıxarılmış elanlardan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 85.000 manata satışa çıxarılmışdır. Miras əmlak olaraq qəbul edilmiş mənzildə Cavabdeh2 və Cavabdeh1 1/3 hissədə payı vardır. Bu da təxminən 28.333 manat təşkil edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, X1 qızından qalmış miras əmlakın dəyəri açıq-aşkar iddia tələbindən çoxdur. Belə olan halda məhkəmə prosessual qənaət prinsipi baxımından miras əmlakın qiymətləndirilməsinə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2120.42 manat məbləğində əsas, 29.94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2150.36 manat məbləğində borc və 42 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2120.42 manat məbləğində əsas, 29.94 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2150.36 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu 42 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-222/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-222/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver