Məhkəmə qərarları › İş №e-2(007)-2251/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2251/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2251/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 267.71 manat əsas borcu, 0.54 manat faiz borcu olmaqla, cəmi 268.25 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin sənaye filialı ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********61 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3na 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş 267.71 manat əsas borcu, 0.54 manat faiz borcu olmaqla, cəmi 268.25 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

İş materialları :

3. İddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC X3na bank hesabı açmağı, tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim etməklə 15 min manatadək kreditdən istifadəyə görə illik 24 faiz dərəcəsi ilə ödəmək şərti ilə kredit limiti açmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlar, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqqını ödəməyə, bu kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə krediti qaytarmağı, eləcə də ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2020-ci il tarixli, “bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, X2 adına "xxxx" ASC tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə, 500 manat məbləğində kredit xətti açılmışdır.

5. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixə xx.xx.2020-cü il tarixli kredit müqaviləsi üzrə 267.71 manat əsas borc və 0.54 manat faiz borcu olmaqla, cəmi 268.25 manat borcu vardır.

6. Bakı 6 saylı “Asan Xidmət” X5 tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli AZ İİ seriyalı 222816 nömrəli “ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-cu il tarixdə 164 nömrə ilə qeyd edilmişdir.

7. xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X2 vərəsəsi oğlu-Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2013 tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Dəniz geofizikası” b/y-nin 14-cü Cənub küçəsi, 421 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir.

8. xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X2 vərəsəsi oğlu-Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak SOCAR-ın geofizika və geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-4/2-393/2023 saylı məktubuna əsasən ödənilməli olan 697.78 manat pul məbləğindən ibarətdir.

9. İddiaçı "xxxx" ASC tərəfindənn Cavabdeh vərəsəsi Cavabdeh ünvanlanmışı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş qrafiki”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdehə atası-X2 banka 268.25 manat məbləğində əsas kredit borcu və bu borca müvafiq olaraq hesablanmış faiz məbləğini 7 (yeddi) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə borclu olduğunu qəbul etdiyini, lakin maddi durumu olmadığı üçün ödəniş edə bilmədiyini bildirmişdir.

Tərəflərin izahatları :

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir.

13. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh atası X3 arasında xx.xx.2020-cü il tarixli, BPM**********61 saylı kredit müqaviləsi bağlanmışdır.

15. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

16. X2 vərəsəsi oğlu – Cavabdehdur.

17. Miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2013 tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Dəniz geofizikası” b/y-nin 14-cü Cənub küçəsi, 421 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və SOCAR-ın geofizika və geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-4/2-393/2023 saylı məktubuna əsasən ödənilməli olan 697.78 manat pul məbləğindən ibarətdir.

18. İddiaçı "xxxx" ASC ilə cavabdehin atası X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsi üzrə 267.71 manat əsas borc, vəfat etdiyi tarixə 0.54 manat faiz borcu olmaqla, cəmi 268.24 manat borc vardır.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi :

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.

25. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh atası X3 arasında xx.xx.2020-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsi bağlanmışdır.

26. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2m) (kredit müqaviləsinin 2023-cü ilin oktyabr ayının 1-dək bağlanılması nəzərə alınmaqla).

27. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

28. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.

29. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh atası X3 arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş etibarlı kredit müqaviləsi bağlanmışdır.

30. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır.

31. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-cü il tarixli kredit müqaviləsi üzrə 267.71 manat əsas borc və 0.54 manat faiz borcu olmaqla, cəmi 268.25 manat borcu vardır.

32. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

33. Belə olan halda iddiaçı "xxxx" ASC ilə tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh atası X3na kredit verilməsi və həmin kredit müqaviləsi üzrə X3 tərəfindən öhdəliyin tam şəkildə yerinə yetirilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən, iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ mövcuddur.

34. Hazırkı halda isə işin məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməli olan halı iddiaçı "xxxx" ASC-nin həmin pul vəsaitinin ödənilməsini Cavabdeh tələb etmək hüququ olub-olmamasının müəyyən edilməsidir.

35. İddiaçı Cavabdeh qarşı olan iddia tələbini onun X2 vərəsəsi olması ilə əsaslandırmışdır.

36. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı olan iddia tələbinin qanuni əsasını Azərbaycan respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsi təşkil edir.

37. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

38. Ona görə də, hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərti baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

39. Qeyd olunmalıdır ki, miras qoyan şəxsə müqabil tərəf vərəsə hesab olunur. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir.

40. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

41. Bu zaman vərəsə iki cür – qanun üzrə və vəsiyyət üzrə olur.

42. Qanun üzrə vərəsələr qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür. Yəni müəyyən şəxslər qanunda ifadə edilən göstərişə əsasən vərəsə ola bilərlərsə, həmin şəxslərə qanun üzrə vərəsələr deyilir. Bu kateqoriya vərəsələrin olması məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.

43. Hazırki iş üzrə Cavabdeh mərhum X2 oğludur. Bu halın mövcudluğunu Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən cavabdehin mərhum X2 birinci növbə vərəsəsi olması statusunu təsdiq edir.

44. İddiaçı cavabdehə qarşı iddia tələbini ona 6 saylı “Asan Xidmət” Mərkəzində notariay ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi əsası ilə irəli sürmüşür.

45. İşin faktiki hallarından görünür ki, cavabdehə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2013 tarixdə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Dəniz geofizikası” b/y-nin 14-cü Cənub küçəsi, 421 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və SOCAR-ın geofizika və geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-4/2-393/2023 saylı məktubuna əsasən ödənilməli olan 697.78 manat pul məbləğindən ibarətdir.

46. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir.

47. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir.

48. Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi).

49. Konstitusiya Məhkəməsi Plenumunun vərəsələrin məsuliyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

50. İşin hallarından görünür ki, Cavabdeh X2 vərəsəsidir, ona məxsus olan mirası qəbul etmişdir və miras qoyanın yəni atasının hazırki iş üzrə mövcud olan borcuna görə də məsuliyyət daşıyır. Həmçinin qəbul etdiyi miras əmlak iddiaçının ona qarşı qaldırdığı iddia tələbi üzrə tələb edilən məbləğin ödənilməsi üçün kifayətdir.

51. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

52. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

53. İşin məhkəmə tərəfindən tədqiq edilən halalrı ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsi üzrə X2 vəfat etdiyi tarixə (xx.xx.2021-ci il) qalıq 267.71 manat əsas borc və 0.54 manat faiz borcu olmuşdur.

54. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, eyni zamanda məhkəmə iclasında öz izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcun məbləğini işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir.

Məhkəmə xərcləri :

55. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin və 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

56. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

57. Məhkəmə iddiaçı "xxxx" ASC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

58. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 267.71 manat əsas, 0.54 manat faiz borcu olmaqla, cəmi 268.25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti tutulmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 267.71 manat əsas, 0.54 manat faiz borcu olmaqla, cəmi 268.25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar