Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2296/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kreditin təminatı kimi isə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin 3-cü bəndinə əsasən zamin şəxs Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK1681441A114 saylı Kredit Kartına dair müqaviləyə əsasən ona kredit xətti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kassa məxaric qəbzi və balansdankənar məxaric orderidir. Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsinə əsasən 3374,79 AZN əsas, 498,47 AZN faiz, cəmi 3873,26 AZN borcu, xx.xx.2019-cu il tarixli, BBLK1681441A114 saylı Kredit Kartına dair müqaviləyə əsasən isə 3927,03 AZN əsas, 722,47 AZN faiz, cəmi 4649,50 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərə İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 3374,79 AZN əsas, 498,47 AZN faiz, cəmi 3873,26 AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli, BBLK1681441A114 saylı Kredit Kartına dair müqaviləyə əsasən Cavabdeh1 3927,03 AZN əsas, 722,47 AZN faiz, cəmi 4649,50 AZN məbləğində borcun və 105,23 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq, işə onların iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1681441A114 saylı kredit müqaviləsindən (hesab, kart, kredit üzrə) görünür ki, bank tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixədək, illik 25 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh1 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, bank tərəfindən Cavabdeh1 35 ay müddətinə, illik 24,71 faiz ödəmək şərtilə, 5600 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 35 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Zamin Cavabdeh2 isə həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı Kredit müqaviləsinə əsasən onun xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 3374,79 AZN əsas, 498,47 AZN faiz, cəmi 3873,26 AZN məbləğində borcu, xx.xx.2019-cu il tarixli, BBLK1681441A114 saylı Kredit Kartına dair müqaviləyə əsasən isə 3927,03 AZN əsas, 722,47 AZN faiz, cəmi 4649,50 AZN borcu yaranmışdır; - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 105,23 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavəyə əsasən bank tərəfindən Cavabdeh1 35 ay müddətinə, illik 24,71 faiz ödəmək şərtilə, 5600 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında həmin pul vəsaiti həmin tarixdə Cavabdeh1 tərəfindən təhvil alınmışdır. Zamin Cavabdeh2 isə həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BBLK1681441A114saylı kredit müqaviləsi (hesab, kart, kredit üzrə) ilə bank tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixədək, illik 25 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri və həmin müqavilələrə əlavə ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3374,79 manat əsas, 498,47 manat faiz borcu olmaqla, cəmi 3873,26 manat məbləğində pul vəsaiti, xx.xx.2019cu il tarixli BBLK1681441A114 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 3927,03 manat əsas, 722,47 manat faiz borcu olmaqla, cəmi 4649,50 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 47,82 manatı onlardan müştərək qaydada, qalan 57,41 manatı isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, GTKR4099227A189 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3374,79 manat əsas, 498,47 manat faiz borcu olmaqla, cəmi 3873,26 manat məbləğində pul vəsaiti və ödənilmiş 47,82 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. xx.xx.2019-cu il tarixli BBLK1681441A114 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 3927,03 manat əsas, 722,47 manat faiz borcu olmaqla, cəmi 4649,50 manat məbləğində pul vəsaiti və ödənilmiş 57,41 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2296/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2296/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver