Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2299/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 17225,09 manat əsas borcun, ödənilmiş 141,68 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən X4 38 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit verilib. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilib ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ- İİ №101569 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə vəfat edib. Bakı şəhəri 52 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 732/2024 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh3, Cavabdeh1 qızı və Cavabdeh2 olduğu müəyyən edilib. Bankın Müştəri Xidmətləri Departmenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 17225,09 manat əsas borcu qalıb. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməyib. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-15937/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncular öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməyiblər.
İş materialları:
3. İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********48 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 38 ay müddətinə kreditdən istifadəyə görə illik 17 faiz ödəmək şərti ilə 20000 manat kredit verilmişdir.
4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixə xx.xx.2020-ci il tarixli BPM**********48 saylı kredit müqaviləsi üzrə 17225,09 manat əsas borcu vardır.
5. AZ-İİ seriyalı 101569 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 409 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri 52 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 732/2024 saylı məktubundan görünür ki, X1 mirasını Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qəbul etmiş, vərəsəlik şəhadətnaməsi həmin şəxslərə verilmişdir.
7. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən (V- 26/2021 nömrəli vərəsəlik işi) görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsələri arvadı Cavabdeh3, oğulları Cavabdeh1 və Cavabdeh2dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyeslıİridən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 454/9 saylı bağ sahəsi, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,07 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********KK70201 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 454/9 saylı bağ sahəsi, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. Şəhadətnamənin bir nüsxəsi yetkinlik yaşına çatmayanın mülkiyyət hüquqlarının qorunması məqsədilə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına göndərilmişdir.
8. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən (V- 26/2021 nömrəli vərəsəlik işi) görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsələri arvadı Cavabdeh3, oğulları Cavabdeh1 və Cavabdeh2dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx-xx-0006 nömrəli məktub əsasında 100881 (bir yüz min səkkiz yüz səksən bir) manat sığorta ödənişindən ibarətdir. Şəhadətnamənin bir nüsxəsi yetkinlik yaşına çatmayanın mülkiyyət hüquqlarının qorunması məqsədilə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına göndərilmişdir.
9. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən (V- 26/2021 nömrəli vərəsəlik işi) görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsələri arvadı Cavabdeh3, oğulları Cavabdeh1 və Cavabdeh2dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşnmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********97-05101-093144 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97,58 kv.m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********VW70201 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzilin üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. Şəhadətnamənin bir nüsxəsi yetkinlik yaşına çatmayanın mülkiyyət hüquqlarının qorunması məqsədilə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına göndərilmişdir.
10. İddiaçı "xxxx" ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17225,09 manat məbləğində borcunun ödənilməsinin 3 (üç) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişlər.
11. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 141,68 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları:
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
13. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********48 saylı Kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X4 38 ay müddətinə kreditdən istifadəyə görə illik 17 faiz ödəmək şərti ilə 20000 manat kredit verilmişdir. X5 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 mirasını Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qəbul etmiş, vərəsəlik şəhadətnaməsi həmin şəxslərə verilmişdir. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər üzərinə düşən öhdəliklərə əməl etməmişdir.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
20. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X4 "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli BPM**********48 saylı kredit müqaviləsinə əsasən 38 ay müddətinə müddətinə illik 17 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. X5 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər mərhumdan qalmış mirası qəbul etmişlər.
21. Cavabdehlər mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdehlər borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X3 vərəsəsi olan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras əmlakını qəbul etdiyindən onlar mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.
23. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidirlər.
Məhkəmə xərcləri:
24. İddiaçı "xxxx" ASC ödənilmiş 141,68 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Yuzbaşıyeva Vəfa Xanəhməd qızından tutulması tələbini irəli sürmüşdür.
25. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 141,68 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.
26. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141,68 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 17225,09 manat əsas borc, ödənilmiş 141,68 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 17225,09 manat əsas borc, ödənilmiş 141,68 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva