Məhkəmə qərarları › İş №e-2(007)-23/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-23/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-23/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB QSC-nin Cavabdeh qarşı qarşı kredit borcunun qaytarılması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB QSC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/90455/14 saylı müqavilə bağlanıb, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit verilib.Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyib və bunun nəticəsində cavabdehin Banka 300.08 manat məbləğində əsas borc, 38.37 manat müqavilə müddəti üçün hesablanan faiz borcu, 237.31 manat məbləğində cərimə borcu, 43.34 manat gecikdirilən vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 619.10 manat məbləğində borcu qalıb.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilib, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməyib.Qeyd olunanları nəzərə alıb xahiş edir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanan xx.xx.2014-cü il tarixli 1xx/xx/90455/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə 300.08 manat məbləğində əsas borc, 38.37 manat müqavilə müddəti üçün hesablanan faiz borcu, 237.31 manat məbləğində cərimə borcu, 43.34 manat gecikdirilən vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 619.10 manat kredit borcunun və 30 manat dövlət rüsümunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ddianı qəbul etmədi və izahat verərək göstərdi ki, bəli, bankdan kredit götürmüşdür. Lakin ödənişin gecikdirilməsi ondan asılı olmayıb, bank bağlanıb və ödəməyə yer olmadığı üçün ödəniş edə bilməmişdir. İllər keçdikdən sonra məhkəmədən bildiriş gəlir və ona məlum olur ki, borcu şişirdilib.Bundan başqa, hesab edir ki, iddia müddəti ötürülüb,ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 1xx/xx/90455/14 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit verilibş Maliyyə arayışından görünür ki,cavabdehin banka 300.08 manat məbləğində əsas borc, 38.37 manat müqavilə müddəti üçün hesablanan faiz borcu, 237.31 manat məbləğində cərimə borcu, 43.34 manat gecikdirilən vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 619.10 manat kredit borcu borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Nuzami Rayon Məhkəmsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müddəalarının şamil olunması məqsədi ilə iddia ərizəsi baxılmamış saxlanmışdır.Lakin iddiaçının nümayəndəsinin bildirdiyinə görə həmin Fərmanla müəyyən olunan 1 il ərzində cavabdeh kredit borcunun restrktizasıyası ilə əlaqədar müraciət etməmişdir.Ona görə də ləğv prosesində olan QSC “Bank Standard” KB icraatın təzələnməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış,bank həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək razılaşdırılmış məbləğdə krediti müştəriyə vermişdir.Lakin sonuncu müqavilə öhdəliklərini tam və layiqincə icra etməmişdir, nəticədə onun banka 300.08 manat məbləğində əsas borc, 38.37 manat müqavilə müddəti üçün hesablanan faiz borcu, 237.31 manat məbləğində cərimə borcu, 43.34 manat gecikdirilən vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 619.10 manat kredit borcu qalmışdır.Cavabdeh borcun olduğunu etiraf etsə də məbləğin şişirdildiyini bildirir və mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş edir. Məhkəmə hesab edir ki,iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.Belə ki, kredit müqaviləsi xx.xx.2014- cü il tarixində 2 il müddətində bağlanmışdır.xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin müddəti başa çatır.3 illik iddia müddəti şamil edildikdə məhkəməyə müraciət etmək üçün son tarix xx.xx.2019-cu il müəyyən olunur.İddiaçı da məhz həmin tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki,iddia əsas və faiz borcunun,eləcə də dövlət rüsumunun turulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə 237.31 manat cəriməni əsas borca nisbətdə mütanasib hesab etmir və cərimənin azaldılaraq 10 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı,Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 300.08 manat məbləğində əsas borc, 38.37 manat müqavilə müddəti üçün hesablanan faiz borcu, 10 manat məbləğində cərimə borcu, 43.34 manat gecikdirilən vaxt üçün hesablanan faiz məbləği,cəmi 391.79 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 300.08 manat məbləğində əsas borc, 38.37 manat müqavilə müddəti üçün hesablanan faiz borcu, 10 manat məbləğində cərimə borcu, 43.34 manat gecikdirilən vaxt üçün hesablanan faiz məbləği,cəmi 391.79 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar