Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2306/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "A-X1 Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - "A-X1 Təşkilatı” MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - xx.xx.2022-ci il tarixli İstifadəçi müqaviləsi. Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilə. Ödəniş xidmətinə dair müqavilə. Müqavilənin predmeti- kredit müqaviləsi. Tələb olunan məbləğ – 468,60 manat məbləğində əsas overdraft borcu və 30 manat dövlət rüsumu. Sübutlar - İstifadəçi müqaviləsi, Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında müqavilə, Ödəniş xidmətinə dair müqavilə, Ərizə-anket və imza nümunəsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci, 1091-ci və 1092.1-ci, 445.7-ci maddələri. Məhkəmə iddianı əsas borc hissəsində əsaslı hesab edir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşə əlavə olunmuş sübutlardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli İstifadəçi müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən virtual kart əldə etmişdir. Kartdan istifadə zamanı xx.xx.2023-cü il tarixdə 520 manat vəsait kartdan digər karta köçürülmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraft yaranmışdır. Bundan başqa, Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-nin cavabdehə qarşı olan tələb hüququ "A-X1 Təşkilatı” MMC-yə keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus plastik kartdan xx.xx.2023-cü il tarixdə 519,60 manat məbləğində pul vəsaiti mədaxil olunmuş, xx.xx.2023-cü il tarixdən 468,60 manat məbləğində pul vəsaiti isə həmin kartdan məxaric olunmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının hesabına hüquqi əsas olmadan 468,60 manat məbləğində pul vəsaiti əldə etmişdir. Hazırda iddiaçı cavabdehin qaytarmadığı həmin vəsaiti tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydalarına uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 468,60 manat məbləğində əsas overdraft borcu və 30 manat dövlət rüsumunun əvəzi "A-X1 Təşkilatı” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2306/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2306/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver