Məhkəmə qərarları › İş №e-2(007)-2317/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2317/2022

18.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2317/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Paşayeva Səbinə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2014cü il tarixli, 2(007)-3720/2014 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının artıraraq, xx.xx.20008-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq, İddiaçı xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli, 2(007)-3720/2014 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin olunaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2009-cu il tarixli, 2(001)-897/2009 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarında dəyişiklik edilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 (bir yüz üç) manat sabit pul məbləğində alimentin, 14 oktyabr 2014-cü il tarixdən başlayaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Hazırda tutulmuş aliment uşağın saxlanması üçün kifayət etmir, bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bundan başqa İddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıqla həlledilməsi üçün ilkin mediasiya ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatının “X2 X4” 18 aprel 2022-ci il tarixli, MSB/4-00923 saylı arayışdan da göründüyü kimi Cavabdeh “alimentin artırılması tələbinə dair” ailə mübahisələri üzrə qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu mediasiya zamanı Ağdam rayonunda olduğunu bildirərək, həmçinin hər ay 200 (iki yüz) manat aliment ödəməyə razı olduğunu bildirərək mediasiya iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatının “X2 X4” 18 aprel 2022-ci il tarixli, MSB/4-00923 saylı arayışından o da görünür ki, İddiaçı X2 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə nəzərdə tutulan 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba köçürmə yolu ilə ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, o, məhkəmə qətnaməsi ilə 103 manat məbləğində aliment təyin edilməsinə baxmayaraq, onsuzda əvvəllər yığılmış aliment borcuna görə hər ay 200 manat ödəyir və hər zaman da 200 manat ödəyəcəkdir. Özü hazırda işləmir, vaxtaşırı yalnız taksi fəaliyyəti ilə məşğul olur, ankoliji xəstədir, evi yoxdur və kirayədə qalır. Bunlara baxmayaraq, pul qazandığı zaman uşağa bazarlıq edib verir və hər ay 200 manat aliment ödəyir. Ondan artıq ödəməyə gücü çatmır, bundan sonra da 200 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə xx.xx.2008-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 aprel 2009-cu il tarixli, 2(001 )-897/2009 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, cavabdehdən hər ay bütün gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq, ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli, 2(007)-3720/2014 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin olunaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2009-cu il tarixli, 2(001)-897/2009 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarında dəyişiklik edilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 (bir yüz üç) manat sabit pul məbləğində alimentin, 14 oktyabr 2014-cü il tarixdən başlayaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 200 manat olmasını xahiş edir. Məhkəməyə müraciət edilməmişdən qabaq mediasiya prosesində iştirak edilmiş, xx.xx.2022-ci il tarixli MŞB/4-00923 nömrəli “X2 X4” Arayışdan görünür ki, Cavabdeh qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh mediasiya zamanı Ağdam şəhərində olduğu üçün sessiyada iştirak edə bilməyəcəyini, lakin hər ay 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2014cü ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Məhəmməd oğlundan xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-3720/2014 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh Məhəmməd oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci bəndinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)- 3720/2014 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Məhəmməd oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait Cavabdeh Məhəmməd oğlundan tutularaq iddiaçıya ödənilsin. Cavabdeh Məhəmməd oğlundan 50 manat məğləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar