Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-232/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli, 2021/00255-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 13.260 manat məbləğində qalıq, ona hesablanmış 2572.40 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2466 manat məbləğində dəbbə pulu, cəmi 18.298.40 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144.9 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 45.000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 13.260 manat məbləğində qalıq, ona hesablanmış 2572.40 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2466 manat məbləğində dəbbə pulu, cəmi 18.298,40 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144.9 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00255-01 N-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36 faiz hesablanmaq şərti ilə 13.700 məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ü ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2021-ci il tarixli, 2021/00255-01İP N-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 45.000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 25 avqust 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 13.260 AZN məbləğində qalıq, ona hesablanmış 2572.40 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2466 AZN, cəmi 18.298.40 AZN məbləğində borc yaranmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00255-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 12.910 manat məbləğində qalıq, ona hesablanmış 3719.12 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3301.70 manat məbləğində dəbbə pulu, cəmi 19.930,82 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144.9 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 45.000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 12.910 manat məbləğində qalıq, ona hesablanmış 3719.12 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3301.70 manat məbləğində dəbbə pulu, cəmi 19.930,82 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 144.9 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdi, maddi imkanı olmadığından iddiaçıya olan borcunu ödəyə bilmədiyini bildirdi. İşə baxılan müddətdə borcundan qismən ödəniş etmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, oğlu Rüfət bankadan kredit götürmüş, kreditin təminatı kimi ona məxsus mənzil ipotekaya qoyulmuşdur. Lakin maddi imkanları olmadığından banka olan borclarını ödəyə bilməmişlər. İşə baxılan müddətdə borcdan qismən ödəniş etmişlər. Qalan borcu da hissəhissə ödəyəcəklər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00255-01 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 istehlak məqsədilə 36 ay müddətinə illik 36% dərəcəsi ilə 13700 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı BOKT ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00255-01EY nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli 2021/00255-01 saylı kredit müqaviləsinin təminatı olmaqla Cavabdeh1 məxsus 45.000 manat dəyərində qiymətləndirilmiş və ümumi sahəsi 54.2 kv.m olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83 ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2022-ci il tarixdə təqdim olunmuş borc haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağanmış müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 13260 manat əsas borcu, 2572.40 manat faiz borcu, 2466 manat cərimə borcu olmaqla, cəmi 18298.40 manat borcu vardır. - xx.xx.2022-ci il tarixdə təqdim olunmuş borc haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında bağanmış müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 12910 manat əsas borcu, 3719.12 manat faiz borcu, 3301.70 manat cərimə borcu olmaqla, cəmi 19930,82 manat borcu vardır. - İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00255-01 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh 36 ay müddətinə 13700 manat krediti hər ayın 26-dan gec olmayaraq hər ay 627.51 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - 26 noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 13700 manat kredit verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83 Cavabdeh1 xüsusi mülkiyyətindədir və İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ə yönəldilməsi proseduruna başlanılacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 İddiaçı BOKT ASC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında kredit alaraq həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 12910 manat, faiz borcu 3719.12 manat, cərimə 3301.70 manat təşkil etmişdir. Beləliklə, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla təmin edilməli, Cavabdeh2 12910 manat məbləğində əsas borc, 3719.12 manat məbləğində faiz borcu alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. Həmin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 12910 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 3301.70 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə 300 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00255-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ə yönəldilməsi, əldə olunan vəsait hesabına İddiaçı BOKT ASC-yə olan borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, tərəflər müqavilə ilə müəyyən edilmiş ilkin satış qiyməti ilə razı olduqlarından, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına və əmlakın boşaldılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 144.90 manat dövlət rüsumunun 123 manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00255-01 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 12910 manat məbləğində əsas, 3719.12 manat məbləğində faiz, 300 manat məbləğində cərimə olmaqla, cəmi 16929.12 manat məbləğində kredit borcu, ödənilmiş 123 manat dövlət rüsumu tutularaq bank olmayan kredit təşkilatı İddiaçı ASC-nin xeyrinə ödənilməli, məhkəmə xərclərinə aid olan 21.90 manat dövlət rüsumu iddiaçıya aid edilməli, tutma Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ə yönəldilməli, mənzil açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına bank olmayan kredit təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli, mənzilin hərracda ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməli, hərrac yolu ilə əldə edilən pul vəsaitindən bank olmayan kredit təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh1 verilməli, hərrac yolu ilə satıldıqdan bir ay sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13-də yerləşən 83 saylı mənzil boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00255-01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 12910 manat məbləğində əsas, 3719.12 manat məbləğində faiz, 300 manat məbləğində cərimə olmaqla, cəmi 16929.12 manat məbləğində kredit borcu, ödənilmiş 123 manat dövlət rüsumu tutularaq bank olmayan kredit təşkilatı İddiaçı ASCnin xeyrinə ödənilsin. Məhkəmə xərclərinə aid olan 21.90 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Tutma Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, mənzil 83-ə yönəldilsin, mənzil açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına bank olmayan kredit təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Mənzilin hərracda ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilsin, hərrac yolu ilə əldə edilən pul vəsaitindən bank olmayan kredit təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh1 verilsin. Hərrac yolu ilə satıldıqdan bir ay sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13-də yerləşən 83 saylı mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-232/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-232/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver