Məhkəmə qərarları › İş №e-2(007)-2321/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2321/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2321/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- "xxxx" QSC. Cavabdeh- Cavabdeh. Tələb olunan məbləğ: 94,18 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu. Sübutlar: “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1663/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi Xidmət haqqında” müqavilə, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələri. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1663/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 440,19 manat əsas borc, 55,90 manat faiz borcu, 49,16 manat cərimə, 2,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 3,40 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 551,15 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 94,18 manat məbləğində xidmət haqqı ödənilmişdir. Belə olan halda məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh cəmiyyətə olan borcunun vaxtında və lazimi qaydada geri qaytarılmamasına görə cəmiyyətin çəkdiyi xərclərinin ödənilməsini öz üzərinə götürdüyündən, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən ödənilmiş 94,18 manat məbləğində xidmət haqqı cavabdehdən tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 94,18 manat məbləğində maddi zərər və 30 manat məbləğində dövlət rüsumu tutularaq “X1 Azərbaycan" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar