Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2324/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5400 AZN icarə haqqı (fevral, mart və aprel aylarının), icarə haqqının gecikdirilməsinə görə 1692 AZN (01 fevral 2025-05 may 2025-ci il tarixinədək olan tarixə, 94 x 1800 x 1%) və icarə predmetinin dəyəri olan 15000 AZN, ümumilikdə 22092 AZN pulun və ödənilmiş 156,28 manat dövlət rüsumunun Cavabdeh MMC tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı ərizəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(007)-2324/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmış, məhkəmənin həmin tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 5400 manat məbləğində pul, icarə haqqının gecikdirildiyi hər gün üçün aylıq məbləğin 1 faizi məbləğində hesablanmış 1692 manat əlavə ödəniş, icarə predmetinin satınalma dəyəri olan 15000 manat məbləğində pul, cəmi 22092 manat məbləğində pul və 156,28 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə xx.xx.2025-ci il tarixli, e-2(007)-2324/2025 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, satınalma şərti ilə icarə müqaviləsi bağlanıb. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, icarəyə verən, səhnə və şou kostyumlarının (bundan sonra “icarə predmeti”) İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavildə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, icarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən, icarə müddətinin sonunda tərəflər icarə müddətinin uzadılması barədə razılığa gəlməsələr, icarəçi icarə predmetini bu müqavilədə nəzərdə tutulmuş qaydada satın almağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1800 AZN (min səkkiz yüz manat) təşkil edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən, icarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə icarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğinin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Aylıq icarə haqqı 60 gündən çox gecikdiyi təqdirdə icarəyə verən etiraz edərsə, müqavilə qüvvədən düşmüş sayılır və bu təqdirdə icarə predmeti icarəçi tərəfindən satın alınmalıdır. Həmin müqavilənin 2.3-ci maddəsinə əsasən, icarə predmetinin satınalma dəyəri 15000 AZN müəyyən olunur. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti 5 (beş) ay müəyyən olunur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, icarə müddətinin bitməsinə 10 (on) gün qalmış tərəflərin müqavilə müddətinin uzadılmasına etirazı olmazsa, müqavilə bütün bəndləri qüvvədə qalmaqla avtomatik uzadılmış olur. Müqavilə müddəti bitdikdə sonuncu ayın icarə haqqının ödənilməsindən sonrakı 10 gün ərzində icarə predmeti icarəçi tərəfindən satın alınmalıdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Bildirmək istəyir ki, müqavilə üzrə 3 (üç) ayın icarə haqqı ödənilsə də, fevral, mart və aprel ayları üçün müqavilədə nəzərədə tutulmuş icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixli, № İM 0228/2024 saylı müqavilə icarəyə verən tərəfindən xx.xx.2025-ci il tarixdə ləğv edilib. Odur ki, 5400 AZN icarə haqqı (fevral, mart və aprel aylarının), icarə haqqının gecikdirilməsinə görə 1692 AZN (01 fevral 2025-05 may 2025-ci il tarixinədək olan tarixə, 94 x 1800 x 1%) və icarə predmetinin dəyəri olan 15000AZN, ümumilikdə 22092 AZN Cavabdeh MMC tərəfindən ona ödənilməlidir. Bununla əlaqədar tərəflərindən xx.xx.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ilə müraciət edilib, 5 gün ərzində məbləğin ödənilməsi xahiş edilib, lakin buna baxmayaraq bu günədək həmin məbləğ ödənilməyib.
İş materialları:
5. İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 0228/2024 saylı Satınalma şərti ilə İcarə müqaviləsindən görünür ki, 1.1. İcarəyə verən səhnə və şou kostyumlarının (bundan sonra “icarə predmeti”) İcarəçiyə icarəyə verir. İcarəçi isə bunun müqabilində Müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. 1.2. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. 1.3. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. 1.4. İcarə müddətinin sonunda tərəflər icarə müddətinin uzadılması barədə razılığa gəlməsələr, İcarəçi icarə predmetini bu müqavilədə nəzərdə tutulmuş qaydada satın almağı öhdəsinə götürür. 2.1. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan, 1800 AZN (min səkkiz yüz manat) təşkil edir. 2.2. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Aylıq icarə haqqı 60 gündən çox gecikdiyi təqdirdə icarəyə verən etiraz edərsə, müqavilə qüvvədən düşmüş sayılır və bu təqdirdə icarə predmeü icarəçi tərəfindən satın alınmalıdır. 2.3. İcarə predmetinin satınalma dəyəri 15000 AZN müəyyən olunur 3.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 5 (beş) ay müəyyən olunur. 3.2. İcarə müddətinin bitməsinə 10 (on) gün qalmış tərəflərin müqavilə müddətinin uzadılmasına etirazı olmazsa, müqavilə bütün bəndləri qüvvədə qalmaqla avtomatik uzadılmış olur. Müqavilə müddəti bitdikdə sonuncu ayın icarə haqqının ödənilməsindən sonrakı 10 gün ərzində icarə predmeti icarəçi tərəfindən satın alınmalıdır.
6. İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıqdan görünür ki, 5400 AZN icarə haqqı (fevral, mart və aprel aylarının), icarə haqqının gccikdirilməsinə görə 1692 AZN (01 fevral 2025-05 may 2025-ci il tarixinədək olan tarixə, 94 x 1800 x 1%) və icarə predmetinin dəyəri olan 15000 AZN, ümumilikdə 22092 AZN pulun 5 gün ərzində İddiaçı ödənilməsi xahiş olunmuşdur.
7. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 156,28 manat dövlət rüsumu ödənilib.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 30 oktyabr 2024-cü il tarixli, № İM 0228/2024 saylı satınalma şərti ilə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən, səhnə və şou kostyumlarının (bundan sonra “icarə predmeti”) icarəçiyə icarəyə verir, icarəçi isə bunun müqabilində müqavildə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1800 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən, icarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə icarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğinin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Aylıq icarə haqqı 60 gündən çox gecikdiyi təqdirdə icarəyə verən etiraz edərsə, müqavilə qüvvədən düşmüş sayılır və bu təqdirdə icarə predmeti icarəçi tərəfindən satın alınmalıdır. Həmin müqavilənin 2.3-ci maddəsinə əsasən, icarə predmetinin satınalma dəyəri 15000 manat müəyyən olunur. İcarə müddəti 5 (beş) ay müəyyən olunur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, icarə müddətinin bitməsinə 10 (on) gün qalmış tərəflərin müqavilə müddətinin uzadılmasına etirazı olmazsa, müqavilə bütün bəndləri qüvvədə qalmaqla avtomatik uzadılmış olur. Müqavilə müddəti bitdikdə sonuncu ayın icarə haqqının ödənilməsindən sonrakı 10 gün ərzində icarə predmeti icarəçi tərəfindən satın alınmalıdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Müqavilə üzrə 3 (üç) ayın, yəni fevral, mart və aprel ayları üçün icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı cavabdehlə mütəmadi olaraq əlaqə saxlayıb. Cavabdehin təkcə iddiaçıya deyil, bir çox şəxslərə borcu var. Cavabdeh müxtəlif şəxslərlə müqavilə bağlayır, lakin borcu ödəyə bilmir. Cavabdeh şou və səhnə kostyumları icarəyə götürüb. 2025-ci ilin fevral ayından ödəniş edilmir. Müqavilə bağlanan kimi əşyalar cəmiyyətə təhvil verilib. Qarşı tərəf ziddiyətli mövqələr bildirir, gah deyir ki, əşyalar təhvil verilməyib, gah da deyir ki, ödəniş qabiliyyətləri olmayıb deyə, icarə haqqını ödəməyiblər. İddia ərizəsində də qeyd edilib ki, ilk 3 aylıq icarə haqqı ödənilib. Hazırda onda “whatsapp” proqramında aparılmış yazışmalar və qəbzlər var, daha əvvəl cavabdeh tərəf təhvil-təslim məsələsini mübahisələndirmədiyi üçün həmin sübutları təqdim etməyib. Əgər mallar təhvil verilməyibsə, cavabdeh niyə icarə haqqı ödəyirdi.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onda icarə haqqı ödənişləri ilə bağlı məlumat yoxdur. İş materiallarına icra obyektlərinin icarəverən tərəfindən icarəçiyə təhvil verilməsi ilə bağlı akt yoxdur. Tərəflər arasında tikiş xidməti haqqında müqavilə bağlanılıb, sonra tikilən məhsullar icarəyə verilib. İddiaçı özü sübut etməlidir ki, əşyalar cavabdehə təhvil verlib. İddiaçıya pul ödənilib, pul səhv də ödənilə bilər. İddiaçı pulun hansı vaxtdan ödənilmədiyini bildirir, o, həmin halı mübahisələndirmir. İcarəyə götürülmüş əşyalar tədbirlərin təşkilində istifadə olunurdu, əsasən uşaq əyləncə kostyumları idi. Keçən il təyyarə qəzasından sonra dekabr ayının planlaşdırılmış tədbirlər təxirə salınırdı, tədbirlər təxirə salındığından gəlir əldə olunmayıb. Cəmiyyət gəlir əldə edə bilmədiyindən ödəniş qabiliyyətində problemlər olub, təxminən fevral-mart ayında sonuncu ödənişlər olub. Maliyyə çətinlikləri yaşayıb. Tərəflər arasında icarə münasibəti olub. Əşyaların cavabdehə verilməsi barədə iş materiallarına akt əlavə edilməyib. Qiyabi qətnamə qəbul edilərkən icarə haqqı hesablanan zaman vergi çıxılmayıb, həmçinin, dəbbə tənasübsüz hesab edilir.
Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2.1-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, hallarda ləğv edə bilər. 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü madddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
13. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun: 8-ci maddəsini İ bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir.
İşin faktiki halı:
15. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, icarəyəverən İddiaçı və icarəçi Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Satınalma şərti ilə icarə müqaviləsinə əsasən İddiaçı Əlavə № 1-də göstərilən 20 adda əşyanı icarəçinin istifadəsinə veməyi, icarəçi isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 5400 AZN icarə haqqı (fevral, mart və aprel aylarının), icarə haqqının gecikdirilməsinə görə 1692 AZN (01 fevral 2025-05 may 2025-ci il tarixinədək olan tarixə, 94 x 1800 x 1%) və icarə predmetinin dəyəri olan 15000 AZN, ümumilikdə 22092 AZN pulun və ödənilmiş 156,28 manat dövlət rüsumunun Cavabdeh MMC tutularaq ona ödənilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
16 Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
17. Məhkəmə hesab edir ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuşdur. Belə ki, icarənin predmeti gəlir əldə etməyə yararlı olan, mülki dövriyyədən çıxarılmamış və ya dövriyyəsi məhdudlaşdırılmayan istənilən daşınar və daşınmaz əşyalar, o cümlədən torpaq sahələri, binalar, müəssisələr, habelə hüquqlar ola bilər. İcarə müqaviləsinin əmlak kirayəsi müqaviləsindən ən başlıca fərqi ondadır ki, kirayə müqaviləsi üzrə kirayəçi verilmiş əşyalardan ancaq istifadə hüququ əldə edirsə, icarə müqaviləsi üzrə icarəçi götürdüyü əşyalardan və ya hüquqdan istifadə ilə yanaşı, əşyanın bəhərindən də istifadə etmək və əşyanın istifadəsindən gəlir götürmək hüququna da malik olur. Əmlak kirayəsi müqaviləsindən fərqli olaraq icarə müqaviəsində trəflər müvafiq olaraq icarəyə verən və içarəçi adlandırılır. Hazırda tərəflər arasında bağlanmış müqaviləyə əsasən 20 adda əşya cavabdehə icarəyə verilmiş, cavabdehdə həmin əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
18. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən icarənin müddəti 5 ay müəyyən edilmişdir. Lakin müqavilənin müddətinin bitməsinə 10 gün qalmış tərəflərin müqavilə müddətinin uzadılmasına etirazı olmadığından müqavilə müddəti avtomatik uzadılmışdır. İddiaçının məhkəməyə verdiyi məlumata əsasən cavabdeh 3 ay (noyabr, dekabr və yanvar) ayları üçün icarə haqqını ödəsə də, sonrakı 3 ay (fevral mart və aprel) üzrə icarə haqqı ödəməmişdir. Bundan sonra aylıq icarə haqqı ödənilmədiyindən iddiaçı cavabdehi xəbərdar etməklə xx.xx.2025-ci il tarixdən müqaviləyə xitam vermişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1800 AZN təşkil edir. Hazırda cavabdeh 3 ay (fevral mart və aprel) üzrə icarə haqlarının ödənilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
19. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili icarə premdeti olan 20 adda əşyanın cəmiyyətə təhvil verilməsinə dair iş materiallarına akt əlavə olunmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi məlumatlara əsasən cavabdeh cəmiyyət icarə haqqı ödənişlərini edib, hətta cavabdehin nümayəndəsi və vəkili 2024-cü ilin dekabr ayında baş vermiş təyyarə qəzasından sonra tədbirlərin təxirə salınması səbəbindən cəmiyyətin ödəniş qabiliyyətinin azaldığını qeyd etmişdir. Göründüyü kimi, adıçəkilən müqavilə üzrə müəyyən aylar üzrə ödənişlər edilib, lakin qeyd edilən səbəblərdən icarə ödənişlərinin edilməsi dayandırılıb. Məhkəmə icarə haqqı ödənişi edildiyi halda, cavabdehin nümayəndəsi və vəkilinin icarə obyektlərinin cavabdehə təhvil verilməməsi ilə bağlı mövqeyini əsassız hesab edir, əgər həmin əşyalar həqiqətən cəmiyyətə təhvil verilməsə idi, icarə ödənişlərinin edilməməsi səbəbi əşyaların ümumiyyətlə təhvil verilməməsi olardı.
20. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Qeyd edilənlərə əsasən məhkəmə xx.xx.2024-cü il tarixli müqavilənin 2.1-ci bəndini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən 3 aylıq icarə haqqı ödənişləri üzrə ondan 5400 (1800x3) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
22. Məhkəmə iddia tələbinin “icarə haqqının gecikdirilməsinə görə 1692 AZN (01 fevral 2025-05 may 2025-ci il tarixinədək olan tarixə, 94 x 1800 x 1%) pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 3 aylıq icarə haqqı ödənilsə də, sonrakı 3 ay ərzində ödənişlər edilməmiş və bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir.
23. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.
24. Bu səbəbdən məhkəmə hər iki müqavilə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlandığını, tərəflər arasında bağlanmış adıçəkilən müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğinin 1 faiz miqdarında əlavə ödəniş etməlidir.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə əsaslıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 1692 manat miqdarında cərimə pulu 5400 manat məbləğinə uyğun deyil və həmin məbləğ azaldılaraq 270 manat müəyyən edilməlidir.
28. Məhkəmə iddia tələbinin “icarə predmetinin dəyəri olan 15000 AZN pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci maddəsinə əsasən aylıq icarə haqqı 60 gündən çox gecikdiyi təqdirdə icarəyə verən etiraz edərsə, müqavilə qüvvədən düşmüş sayılır və bu təqdirdə icarə predmeti icarəçi tərəfindən satın alınmalıdır. Həmin müqavilənin 2.3-ci maddəsinə əsasən, icarə predmetinin satınalma dəyəri 15000 manat müəyyən olunur.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək 3 ay ardıcılıq olaraq icarə haqqını ödəməmişdir. Bu səbəbdən icarə predmeti olan əşyalar icarəçi tərəfindən satın alınmış hesab edilir və müqaviləyə və 1 saylı əlavəyə uyğun olaraq müəyyənləşdirilmiş onların dəyəri olan 15000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 5400 manat məbləğində pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 270 manat əlavə ödəniş, icarə predmetinin satınalma dəyəri olan 15000 manat məbləğində pul, cəmi 20670 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
31. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 156,28 manat dövlət rüsumu ödənilmişdir.
32. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 156,28 manat dövlət rüsumunun 10,06 manatı iddiaçıya, 146,22 manatı Cavabdeh MMC-yə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Satınalma şərti ilə İcarə müqaviləsi” üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 5400 manat məbləğində pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 270 manat əlavə ödəniş, icarə predmetinin satınalma dəyəri olan 15000 manat məbləğində pul, cəmi 20670 manat məbləğində pul və 146,22 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 10,06 manatı İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva