Məhkəmə qərarları › İş №e-2(007)-238/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-238/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-238/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 5446,02 manat (beş min dörd yüz qırx altı manat, 02 qəpik) məbləğində vəsaitin, 74,46 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan ** UK *** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 10446,02 manat (on min dörd yüz qırx altımanat, 02 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 10446,02 manat (on min dörd yüz qırx altımanat, 02 qəpik) məbləğində sığorta ödənişi (8852,56 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 1593,46 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 5446,02 manat (beş min dörd yüz qırx altı manat, 02 qəpik) subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 5446,02 manat (beş min dörd yüz qırx altı manat, 02 qəpik) məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddinın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil. Ekspert avtomobilə dəymiş zərəri müəyyən edərkən, bir illik köhnəlmə faizini tətbiq etməklə qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı tərəfindən 8852,56 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 1593,46 manat ƏDV olmaqla, cəmi 10446,02 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000 (beş min) manat məbləğində vəsait ödənilmişdir. Hazırda tələbləri qalıq məbləğ olan 5446,02 manat təşkil edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, avtomobilə dəymiş ziyanın məbləği ilə razı deyil. Avtomobilin dəyişdirilən hissələrinin ona təqdim edilməsini tələb edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AC 253295 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2013-cü il buraxılışlı, ** UK *** dövlət qeydiyyat nişanlı, "Hyundai Grandeur" minik markalı avtomobil Cavabdeh mülkiyyətindədir; - AE 017678 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2021-ci il buraxılışlı, ** AZ *** dövlət qeydiyyat nişanlı "BMW X7 XDRİVE 30D" markalı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir; - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin balasında olan 2021-ci il buraxılışlı, ** AZ *** dövlət qeydiyyat nişanlı "BMW X7 XDRİVE 30D" markalı avtomobil X2 Respublika daxilində və xarici ölkələrdə idarə etməsinə etibar edilir; - Avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsinin surətindən görünür ki, ** AZ *** dövlət qeydiyyat nişanlı “BMW X7 XDRİVE 30D” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il saat 00:00-dan xx.xx.2025-ci il saat 23:59dək sığortalanmışdır. Sığorta predmetini dəyəri 95000 manat, sığorta məbləği 95000 manat, sığorta haqqı 7600 manat, azadolma məbləği 100 manat nəzərdə tutulmuşdur; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesab fakturasından görünür ki, ** AZ *** dövlət qeydiyyat nişanlı “BMW X7 XDRİVE 30D” markalı avtomobilə dəymiş maddi zərərin həcmi 10446,02 manat təşkil edir; - Bakı şəhəri RPİ DYPİ-nin 17 dekabr 2021-ci il tarixli, 58702 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 06 dekabr 2021-ci il tarixdə saat 22:15-də Atatürk prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh mülkiyyətində olan ** UK *** dövlət qeydiyyat nişanlı, "Hyundai Grandeur" minik markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir; - TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixində saat 22:15-də ** UK *** dövlət qeydiyyat nişanlı, "Hyundai Grandeur" minik markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur; -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, zərər dəymiş əmlaka (** AZ *** dövlət qeydiyyat nişanlı “BMW X7 XDRİVE 30D” markalı avtomobil) görə sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin hesabına 10446,02 manat pul köçürülmüşdür; -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 10446,02 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür; - 29 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 74,46 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0,40 manat xidmət haqqı tutulmuşdur; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8340 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli elektron qaimədəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “BMW X7 XDRİVE 30D” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9207,24 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan ** UK *** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 10446,02 manat (on min dörd yüz qırx altımanat, 02 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 10446,02 manat (on min dörd yüz qırx altımanat, 02 qəpik) məbləğində sığorta ödənişi (8852,56 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 1593,46 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000 (beş min) manat məbləğində vəsait ödənilmişdir. Sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 5446,02 manat (beş min dörd yüz qırx altı manat, 02 qəpik) subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmişdir, cavabdeh pulu ödəmədiyindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh mülkiyyətində olan ** UK *** dövlət qeydiyyat nişanlı “Hyundai Grandeur” markalı avtomobillə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtomobillə xx.xx.2021-ci il tarixdə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, qüsur aktına əsasən maddi ziyanın və ödəniləcək sığorta məbləğinin həcmi 10446,02 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ ödənilmişdir. Həmçinin, təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000 (beş min) manat məbləğində vəsait ödənilmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Araşdırma zamanı cavabdeh iddiaçının subroqasiya tələbini qəbul etmiş, lakin avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertizanın xx.xx.2023-cü il tarixli 9/8340 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli elektron qaimədəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “BMW X7 XDRİVE 30D” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9207,24 manat müəyyən edilmişdir. Ekspert rəyində avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilsə də, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən ekspert bununla düzgün qənaətə gəlməmişdir. Belə ki, həmin Qaydaların: 35.1-ci maddəsinə əsasən sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. 35.2-ci maddəsinə əsasən aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: 35.2.1. avtomobilin tam məhvi; 35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Belə ki, ** AZ *** dövlət qeydiyyat nişanlı BMW X7 XDRİVE 30D markalı avtomobil 2021-ci il buraxılışlı olmaqla, avtomobilə ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi elə həmin il, yəni 2021-ci il tarixdə baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert avtomobilə dəymiş ziyanı müəyyən edərkən köhnəlmə faizini tətbiq etməklə yanlışlığa yol vermişdir. Eksepert rəyi ilə müəyyən edilir ki, köhnəlmə faizini tətbiq edilmədən avtomobilin təmir-bərpa xərci təxminən 8241,92 manat dəyişdirilməli hissələrin dəyəri, 1295 manat təmir-bərpa işlərinin dəyəri olmaqla, cəmi 9536,92 manat müəyyən edilmişdir. Rəy dəyişdirilməli hissələrin dəyərinə münasibətdə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qaiməni təsdiqləsə də, təmir bərpa işlərinin dəyərini daha çox müəyyən etmişdir (dəmirçi haqqını daha artıq göstərmiş). Həmçinin, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesab fakturasından görünür ki, ** AZ *** dövlət qeydiyyat nişanlı “BMW X7 XDRİVE 30D” markalı avtomobilə dəymiş zərər hesablanıb, təmir olunarkən 1593,46 manat X4 (18%) hesablanmış, iddiaçı qeyd edilən məbləği "xxxx" MMC-yə ödəmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspert rəyini natamam hesab edərək, istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və 5446,02 manat sığorta ödənişi (ƏDV daxil olmaqla) məbləği Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 74,46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/8340 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 74,46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 5446,02 manat sığorta ödənişinin, 74,46 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 5446,02 manat sığorta ödənişinin, 74,46 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar