Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2387/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia həcminin azaldılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" ASC-nin “Yasamal” filialı ilə X3 arasında bağlanan xx.xx.2018-ci il tarixli, BPM**********34 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 46 ay müddətinə, kreditdən istifadəyə görə illik 27 % dərəcəsi ilə hesablanmaqla, 9800 manat məbləğində kredit verilib. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli, BPM**********34 nömrəli zaminlik müqaviləsi bağlayıb və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürüb.Kredit müqaviləsinin 4.4.2-ci yarımbəndi ilə müəyyən edilib ki, borcalan həmin Müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə kredit məbləğini qaytarmalı və ondan istifadəyə görə hesablanan faizləri ödəməlidir.Borc alan X3 xx.xx.2020-ci il tarixdə vəfat edib. Bakı şəhəri 19 Notariat Ofisinin məktubu ilə müəyyən edilib ki, mərhum X2 adına vərəsəlik işi açılıb və qanun üzrə vərəsəsi olan Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib.Bank tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X2 vəfat etdiyi tarixə Banka ödənilməyən 3404.14 manat əsas borcu olmaqla, cəmi 3404.14 manat borcu qalıb. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməyiblər.Qeyd olunanlara əsasən mərhum X2 vərəsəsi Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli, BPM**********34 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 3104.14 manat əsas borcun,0.02 manat faiz borcu olmaqla cəmi 3104.16 borcun, 54.04 manat dövlət rüsumunun və 0.40.manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh2 iddianı etiraf etdi və izahat verərək göstərdi ki,həqiqətən də, mərhum həyat yoldaşı Ədalət bankdan kredit götürmüşdür. İlk vaxtlar borcunu ödəsə də, sonradan o, vəfat etdi və onlar borcu ödəyə bilmədilər. O, mərhum həyat yoldaşının varisi olduğu üçün bu gün onu məhkəməyə veriblər.O da yavaş-yavaş borcun qalan hissəsini ödəməyə başlamışdır. Çalışacaq ki, qalan borcu da ödəsin. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" ASC-nin “Yasamal” filialı ilə X3 arasında bağlanan xx.xx.2018-ci il tarixli, BPM**********34 №-li kredit müqavilədən görünür ki, Bank tərəfindən Borcalana 46 ay müddətinə, illik 27 % dərəcəsi ilə hesablanmaqla, 9800 manat məbləğində kredit verilməsinə dair tərflər arasında razılıq əldə edilib. "xxxx" ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanan zaminlik müqaviləsindən görünür zamin Cavabdeh1 həmin kredit müqaviləsinin ödənilməsinin təminatçısı kimi öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki,X3 07 noyabr 2020-ci il tarixdə Bakı şəhərində fəfat etmişdir. 19 saylı Notariat Ofisindən verilmiş verilmiş 214 saylı 12 mart 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, 07 noyabr 2020-ci il tarixdə Bakı şəhərində fəfat etmiş X2 yeganə vərəsəsi kimi arvadı Cavabdeh2 tanınmışdır. Xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Ödəniş tapşırığından görünür ki,məhkəmədə iddia qaldırmaq üçün iddiaçı 30 manat dövlət rüsumu,0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Yasamal” filialı ilə X3 arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə borcalana 46 ay müddətinə, kreditdən istifadəyə görə illik 27 % dərəcəsi ilə hesablanmaqla, 9800 manat məbləğində kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmin olunması məqsədi ilə Bankla Cavabdeh1 ilə arasında zaminlik müqaviləsi bağlanıb. X1 xx.xx.2020-ci il tarixdə vəfat edib və arvadı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. İddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də, Cavabdeh2 öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Digər Cavabdeh1 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin 3104.16 manat borcu qalmışdır. Məhkəmə Qeyd olunanları, eləcə də Cavabdeh2 borcu etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli, BPM**********34 №-li kredit müqaviləsi üzrə 3104.14 manat əsas borc,0.02 manat faiz borcu olmaqla cəmi 3104.16 manat kredit borcu, 54.04 manat dövlət rüsumu və 0.40.manat xidmət haqqı "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2387/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2387/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver