Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2397/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 3046,04 manat əsas borc, 419,83 manat cari faiz borcu və 130 manat cari dəbbə borcu olmaqla, cəmi 3595,87 manat kredit borcunun və 56,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” X1 Cavabdeh3 arasında bağlanmış 15 sentyabr 2023-cü il tarixli GARA-21468- 3983 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 30% faizlə 24 ay müddətinə 3500 (üç min beş yüz) manat kredit verilib və kreditin aylıq 196 manat olmaqla ödənilməsi müəyyən edilib. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 15 sentyabr 2023-cü il tarixli GARA-21468-3983+GARA-21481 saylı zaminlik müqaviləsi bağlanıb. Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlib. Cavabdeh3 01 iyul 2024-cü il tarixinədək verilmiş kredit üzrə 3046,04 manat əsas borc, 419,83 manat cari faiz borcu və 130 manat cari dəbbə borcu olmaqla, cəmi 3595,87 manat məbləğində borcu yaranıb və ödənilməyib. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında qeyd edilir ki: “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. İddiaçının nümayəndəsi X2 məhkəməyə müraciət edərək, iddia tələbini tam şəkildə müdafiə etdiyini qeyd etmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edib izahat verərək bildirdi ki, kredit müqaviləsi üzrə borcu olduğunu qəbul edir. Həmin borcu birfəfəlik ödəməyə maddi imkanı yoxdur, borcu hissə-hissə ödəyə bilər. Məhkəmədən faiz və cərimə borcunun silinməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh3 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli GARA-21468-3983 saylı Kredit müqaviləsinə əsasən, "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh3 24 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə, 3500 manat məbləğində Kredit verilmişdir. Cavabdeh3 24 ay ərzində Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin Kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC, borclu Cavabdeh3 və zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GARA-21468- 3983+GARA-21481 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 qız həmin tarixli Kredit müqaviləsindən irəli gələn öhdəlikləri borclu Cavabdeh3 icra etmədikdə və ya lazımınca icra etmədikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər; - "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMCnin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda Kredit müqaviləsinə xitam verilməsi və borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMCnin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 3046,04 manat əsas borcu, 419,83 manat faiz borcu, 130 manat dəbbə borcu olmaqla, cəmi 3595,87 manat borcu vardır; - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən 56 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli GARA-21468- 3983 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə, 3500 manat məbləğində Kredit verilmiş, Cavabdeh3 həmin müddət ərzində Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin Kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2023-cü il tarixdə borcalanla birlikdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və Kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Lakin cavabdehlər Kreditin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (Kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh3 iddiaçı "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli GARA-21468-3983 saylı Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib Krediti və ona hesablanmış faizləri ödəməməklə və Kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və Kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin Kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin Kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh3 "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə Kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. İddiaçının cavabdehlərə ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərin müqavilə üzrə 303,78 manat faiz borcu yaranıb. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borc 3046,04 manat, faiz borcu 303,78 manat cərimə borcu isə 130 manat (tələbə uyğun) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 3046,04 manat əsas borc, 308,78 manat faiz borcu və 130 manat cərimə borcu olmaqla, cəmi 3484,82 manat kredit borcu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" MMC tərəfindən 56 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun 1,73 manatı iddiaçıya, 54,27 manatı cavabdehlərə, ödənilmiş 0,40 manat xidmət haqqının 0,02 manatı iddiaçıya, 0,38 manatı cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 3046,04 manat əsas borc, 308,78 manat faiz borcu və 130 manat cərimə borcu olmaqla, cəmi 3484,82 manat kredit borcu, 54,27 manat ödənilmiş dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,38 manat xidmət haqqı tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,73 manatı və 0,02 manat xidmət haqqı iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva