Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-24/2024 29.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş maddi ziyanın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı İB-nin vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı İB Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş aktlar üzrə borc 6518,88 manat, ödənilmiş dövlət rüsumu 91,75 manat və hüquqi yardım üçün ödənilmiş 400 manat cəmi 7010,63 manat məbləğində pul tutularaq İddiaçı İB-nin (Alan müştərinin adı: X1, İBAN: AZ50İBAZ********************, Alan bank: Azəriqaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-64/2023 nömrəli, xx.xx.2023cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərtib olunmuş aktlar üzrə 6518,88 manat, dövlət rüsumuna görə 91,75 manat və vəkil xərcinə görə 400 manat olmaqla, cəmi 7010,63 manat məbləğində pul tutularaq İddiaçı İB-nin (Alan müştərinin adı: X1, İBAN: AZ50İBAZ********************, Alan bank: Azəriqaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi qət edilmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-64/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(007)-64/2023 saylı, qiyabi qətnaməsindən verdiyi ərizə təmin edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-64/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKX01898xx/xx-2019 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00024 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə G-4 markalı 1002AQ**********8 nömrəli qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına, sayğaca müdaxilə edilməsinə görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 885.6 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2268 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.4 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 354.24 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 354.24 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 6518.88 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Cavabdehin etirazı:
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddiasında ona aid olan xx.xx.2018-ci il tarixdə quraşdırılmış G-4 markalı, 1002AQ1012AQ**********8 nömrəli sayğaca baxış keçirilməsi nəticəsində sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsinin aşkar olunmasını göstərmiş və bu barədə çoxsaylı akt tərtib edərək ümumilikdə 7010,63 manat pulun ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, aşağıdakı səbəblərə görə iddia tələbi təmin edilməməlidir. Belə ki, yuxarıda göstərdiyi qaz sayğacının ona heç bir aidiyyatı yoxdur. İddiaçı ilə onun arasında xx.xx.2019-cu il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilə bağlanmamışdan əvvəl xx.xx.2019-cu il tarixdə qaz sayğacının quraşdırılması haqqında ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən onun evinə G-4 markalı **********4 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğac smart kartla işləyən sayğacdır. Kartla yüklədikdən sonra qazdan istifadə mümkündür. O, sayğac quraşdırıldıqdan sonra əsasən istilik enrjisi kimi işıqdan istifadə etmişdir. Eyni zamanda uzun müddət evdə yaşayış olmadığından qazdan bu müddət ərzində az istifadə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş aktlar həqiqəti əks etdirmir. Belə ki, aktlardan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci tarixədək 15 dəfə iddiaçının əməkdaşları onun yaşadığı ünvana gələrək akt tərtib etmişlər, hər dəfə də guya onun aktlara imza etməkdən imtina etməyi barədə aktda göstəriblər. Bu həqiqətə uyğun deyildir. Bir dəfə də olsun əməkdaşlar onu sayğaca baxış keçirərkən dəvət etməyiblər və onun bütün bunlardan xəbəri olmayıb. Yalnız icra şöbəsi onu dəvət etdikdən sonra bütün bunlardan xəbəri olmuşdur. İddaçının göstərdiyi kimi ona aid olan sayğaca tərəfindən heç bir müdaxilə olmamışdır. Bundan əlavə bu müddət ərzində nə üçün bu qədər akt tərtib edilib. Amma sayğaca gələn qaz xəttini əsas xətdən kəsib bağlamayıblar.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Nəticədə cavabdeh tərəfindən 6518,88 manat ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli akt üzrə müddət ötüb. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
İş materialları:
8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKX01898xx/xx- 2019 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.
9. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2019-cu il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 2x24x90=2592 m3, 5x24x90=3240 m3, 4x24x90=3024 m3, cəmi 8856 m3 hesablanmışdır.
10. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 dekabr 2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
11. Dəymiş ziyanın bərpasına dair 30 yanvar 2020-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, cəmi 1944 m3 hesablanmışdır.
12. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 yanvar 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
13. Dəymiş ziyanın bərpasına dair 28 fevral 2020-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, 1.4x24x30=1008 m3, cəmi 2952 m3 hesablanmışdır.
14. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 28 fevral 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
15. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x270=7776 m3, 1.5x24x270=9720 m3, 0.8x24x270=5184 m3, cəmi 22680 m3 hesablanmışdır.
16. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 dekabr 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
17. Dəymiş ziyanın bərpasına dair 26 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, 0,8x24x30=576 m3, cəmi 2520 m3 hesablanmışdır.
18. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 26 fevral 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
19. Dəymiş ziyanın bərpasına dair 31 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, 1.4x24x30=1008 m3, cəmi 2952 m3 hesablanmışdır.
20. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 31 mart 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
21. Dəymiş ziyanın bərpasına dair 30 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, 0.8x24x30=576 m3, cəmi 2520 m3 hesablanmışdır.
22. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 aprel 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
23. Dəymiş ziyanın bərpasına dair 31 may 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, cəmi 1944 m3 hesablanmışdır.
24. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 31 may 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
25. Dəymiş ziyanın bərpasına dair 30 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, cəmi 1944 m3 hesablanmışdır.
26. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 iyun 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
27. Dəymiş ziyanın bərpasına dair 30 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, cəmi 1944 m3 hesablanmışdır.
28. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 iyul 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
29. Dəymiş ziyanın bərpasına dair 31 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, cəmi 1944 m3 hesablanmışdır.
30. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 31 avqust 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
31. Dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, 1.4x24x30=1008 m3, cəmi 2952 m3 hesablanmışdır.
32. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
33. Dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, 1.4x24x30=1008 m3, cəmi 2952 m3 hesablanmışdır.
34. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 29 oktyabr 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
35. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3, 1.4x24x30=1008 m3, cəmi 2952 m3 hesablanmışdır.
36. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 noyabr 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
37. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni xəttin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin (24L) maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.2x24x30=864 m3, 2.6x24x30=1872 m3, 2x1.4x24x30=2016 m3, cəmi 4752 m3 hesablanmışdır.
38. İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 dekabr 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur.
39. Cavabdeh adına verilmiş **********00024 nömrəli abonentin saldosundan görünür ki, Abşeron rayonu, 28 May qəsəbəsi ünvanında yerləşən fərdi yaşatış evinə xx.xx.2020-ci il tarixdə “Smart G-4 İtron Gallus pay” markalı, **********4 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 2019-cu il üzrə 885.60 manat, 2020-ci il üzrə 2757.60 manat, 2021-ci il üzrə 2875.68 manat borc hesablanmışdır.
40. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialının 13 fevral 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Agentliyin Sumqayıt filialının əməkdaşları tərəfindən Abşeron rayonu, 28 May qəsəbəsi ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinə çəkilmiş qaz xətti üzərində G-4 tipli STS**********4 nömrəli əvvəlcədən ödənişli (Smart-kart) qaz sayğacının, fərdi yaşayış evində isə 1 ədəd PQ-4 qaz pilətəsi (1.2 m3/saat) və 1 ədəd istilik sobasının (1.6 m3/saat) quraşdırıldığı müəyyən edilmişdir. Beləliklə, baxış zamanı müəyyən olunmuş qaz qurğuları, həmin qurğuların xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi), qaz sayğacının markası və ilin mövsümü nəzərə alınmaqla Qaydaların 6.5-3-cü bəndinə əsasən aşağıdakı kimi müəyyən edilir. 12 aylıq həmin hesabat -1.2 m3 x 12 saat x 365 gün + 1.6 m3 x 12 saat x 180 gün = 8712 m3, həmin dövr üzrə orta aylıq sərfiyyatın 8712 m3 / 12 ay = 726 m3 olduğu müəyyən edilir.
İşin faktiki halları:
41. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 dekabr 2020-ci il tarixli ******* saylı, 26 fevral 2021-ci il tarixli ******* saylı, 31 mart 2021-ci il tarixli ******* saylı, 31 may 2021-ci il tarixli ******* saylı, 30 iyun 2021-ci il tarixli ******* saylı, 30 iyul 2021-ci il tarixli ******* saylı, 31 avqust 2021-ci il tarixli ******* saylı, 30 sentyabr 2021-ci il tarixli ******* saylı, 29 oktyabr 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı, 30 dekabr 2021-ci il tarixli ******* saylı aktlara əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, 28 May qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olmuşdur. İddiaçıya 6518,88 manat borc hesablanmışdır. Hesabat müddəti 30, 90 və 270 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərtib olunmuş aktlar üzrə borc 6518,88 manat, ödənilmiş dövlət rüsumu 91,75 manat və hüquqi yardım üçün ödənilmiş 400 manat cəmi 7010,63 manat məbləğində pul tutularaq İddiaçı İB-nin hesabına ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:
2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
44. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı:
İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı:
İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
Məhkəmə baxışının hədləri:
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmənin mövqeyi:
49. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
50. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Lakin göründüyü kimi iddiaçı tərəfindən belə bir hərəkət edilməmiş, qanunsuz xətt dərhal qazpaylayıcı tərəfindən şəbəkədən ayrılmamışdır. Həmçinin göründüyü kimi cavabdehə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı smart tiplidir, smart tipli qaz sayğaclarına hər ay baxış keçirilməsinə ehtiyac yoxdur. Bu səbəbdən İddiaçı əməkdaşları tərəfindən hər ay tərtib edilmiş aktlar qanunaziddir.
51. Beləliklə, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialının 13 fevral 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə yazılmış borc aşağıdakı kimi hesablanmalıdır. 30 dekabr 2019-cu il tarixli ******* saylı akt üzrə 726 m3, 28 fevral 2020-ci il tarixli ******* saylı akt üzrə 726 m3, 30 dekabr 2020-ci il tarixli ******* saylı akt üzrə 726 m3, 26 fevral 2021-ci il tarixli ******* saylı akt üzrə 726 m3, cəmi 4 ay x 726 m3 = 2904 m3 x 0,10 = 290,40 manat.
52. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur.
53. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AKX01898xx/xx- 2019 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” bağlanmış müqavilə üzrə Cavabdeh qaz xəttinə özbaşına qoşulmasına, sayğaca müdaxilə edilməsinə görə yazılmış aktlardan birincisi 30 dekabr 2019-cu il tarixli ******* saylı aktdır. İddiaçı isə dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə 31 mart 2022-ci ildə müraciət etmişdir.
54. Beləliklə, iş materiallarından göründüyü kimi Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti İddiaçı tərəfindən ötürülməmişdir.
55. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 290,40 manat məbləğində borc Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
56. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 91,35 manat dövlət rüsumunun 04 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
Nəticə:
57. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh 290,40 manat borc və ödənilmiş dövlət rüsumunun 04 manatı İddiaçı xeyrinə tutulmalıdır.
58. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 290,40 manat borc və ödənilmiş dövlət rüsumunun 04 manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova