Məhkəmə qərarları › İş №e-2(007)-244/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-244/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-244/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-ci il tarixli 8025F saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 112000 manat məbləğində kredit verilib və təyinatı X2 məxsus, Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinın Cavabdeh tərəfindən alınması olub. Qeyri-yaşayış sahəsinin alınması və ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında 11 oktyabr 2019-ci il tarixli “alqı-satqı və ipoteka müqaviləsi” bağlanıb. Bu müqavilə Bakı şəhəri 6 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-cİ il tarixli 083001 nömrəli Çıxarış verilib. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilən müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməyib və Banka olan kredit üzrə borcunu ödəməyib. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulan cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********538 saylı xx.xx.2021-ci il tarixli, **********246 saylı 16 aprel 2021-ci il tarixlı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməyib və kredit borcunun Banka qaytarılmasını təmin etməyib. Bank tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyib. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilən borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 151501.05 manat təşkil edir.Bundan 111694.21 manat əsas, 36122,45 manat faiz, 3684.39 manat cərimə borcu təşkil edir.Qeyd edilənlərə əsasən Cavabdeh LPO AtaBank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 111694.21 manat əsas, 36122,45 manat faiz, 3684.39 manat cərimə borcu,ipoteka predmetinə tutma yönəldilməsi ilə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 manat rüsumun (xidmət haqqının) 30 manat dövlət rüsumunun,cəmi 151501.05 manat pulun tutulması,tutmanın ipoteka ilə yüklü edilmiş X2 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi,həmin əmlakın satış qiyməti müəyyən olunmaqla açıq hərracda satılması,satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi,satışdan əldə olunan vəsait kredit borcunun tam bağlannması üçün yetərli olmasa qalan borc məbləğinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması,ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və bunu onunla əsaslandırılmışdır ki,iddiaçı tərəfin göstərdiyi kredit müqaviləsi mövcud deyil. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: X5 (satıcı) İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ipotekasaxlayan) və Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş 11 oktyabr 2019-cu il tarixli “alqı-satqı və ipoteka müqaviləsi”-nin məzmunundan görünür ki, satıcı X5 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsini, ipotekaqoyan Cavabdeh mülkiyyətinə vermiş və ipotekasaxlayanİddiaçı Açıq Səhmdar Cəmiyyəti həminəmlakın dəyəri olan 112000 manat pulu xx.xx.2019-cu il tarixli, 8025F saylı, kredit müqaviləsinə əsasən alıcıipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. 17 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin banka 14.07.202`ci il tarixinə 151501.05 manat ödənilməmiş borcu vardır. DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə Cavabdeh mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdənm dövlət qeydiyyatından keçmişdir. DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış bildiriş məktublarından surətindən görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. "xxxx"Qiymətləndirmə Mərkəzi MMC-nin 04 mart 2022-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin bazar dəyəri 124300 manat,likvid dəyəri 105000 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-ci il tarixli 8025F saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi xx.xx.2019-ci il tarixinə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş əsas borcu 11694.21 manat,faiz borcu isə 60039.66 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi və “alqı-satqı və ipoteka müqaviləsi” bağlanmış satıcı X5 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsini, ipotekaqoyan Cavabdeh mülkiyyətinə vermiş və ipotekasaxlayanİddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin əmlakın dəyəri olan 112000 manat pulu xx.xx.2019-cu il tarixli,8025F saylı,kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödəmişdir. Cavabdeh əmlaka mülkiyyət hüququ əldə edən gün əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı məhkəmə araşdırması zamanı kredit müqaviləsinin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir.Lakin iş materiallarında olan digər sənədlərdən müəyyən olunur ki,həqiqətən də tərəflər arasında xx.xx.2019-cu il tarixli,8025F saylı,kredit müqaviləsi bağlanmışdır və həmin kredit müqaviləsinin təyinatı yuxarıda qeyd olunan “alqı-satqı və ipoteka müqaviləsi” üzrə özgəninkiləşdirilən və bankın xeyrinə ipoteka ilə yüklü edilən qeyri yaşayış sahəsinin dəyərinin əmlakın əvvəlki mülkiyyətçisi X2 ödəmək olmuşdur. Lakin kredit müqaviləsi məhkəməyə təqdim edilmədiyindən kreditin hansı faizlərlə verilməsini,ödənişin gecikdirilməsinə görə cərimənin nəzərdə tutulub-tutulmamasını müəyyən etmək mümkün mümkün olmamışdır. Bununla yanaşı iddiaçının təqdim etdiyi “alqı-satqı və ipoteka müqaviləsi”-dən, hesabdan çıxarışdan və digər sənədlərdən görünür ki,kreditin ümumi bəbləği 112000 manat olmuşdur və cavabdeh həmin məbləğdən 305.79 manat ödəmiş,əsas borca görə ödənilməmiş məbləğ 111694.21 manat təşkil edir. Ona görə də kredit borcunun qaytartılmasaı hissəsində tələb 111694.21 manat əsas borc hissəsində təmin olunmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh LPO AtaBank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 111694.21 manat əsas, ipoteka predmetinə tutma yönəldilməsi ilə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 manat rüsum (xidmət haqqı) 30 manat dövlət rüsumu,cəmi 111764.21 manat pul tutulmalı,tutma ipoteka ilə yüklü edilmiş bazar dəyəri 124300 manat,likvid dəyəri 105000 manat olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməli,həmin əmlak açıq hərracda satılmalı,satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli,satışdan əldə olunan vəsait kredit borcunun tam bağlannması üçün yetərli olmasa qalan borc məbləği Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı,ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakı boşaldılmalıdır.Qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh LPO AtaBank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 111694.21 manat əsas borc, ipoteka predmetinə tutma yönəldilməsi ilə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 manat rüsum (xidmət haqqı) 30 manat dövlət rüsumu, cəmi 111764.21 manat pul tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş bazar dəyəri 124300 manat, likvid dəyəri 105000 manat olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, b. 43 ünvanında yerləşən 376,6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilsin,həmin əmlak açıq hərracda satılsın,satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin,satışdan əldə olunan vəsait kredit borcunun tam bağlannması üçün yetərli olmasa qalan borc məbləği Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin əmlakı boşaldılsın.Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar