Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2461/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı "X1 Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X1 Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 091/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 8697,97 (səkkiz min altı yüz doxsan yeddi manat doxsan yeddi qəpik) manat əsas, 610,21 (altı yüz on manat iyirmi bir qəpik) manat faiz, 22,60 (iyirmi iki manat altmış qəpik) manat cərimə borcu, cəmi 9330,78 (doqquz min üç yüz otuz manat yetmiş səkkiz qəpik) manat kredit borcunun, ödənilmiş 114 (bir yüz on dörd manat) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9444,78 (doqquz min dörd yüz qırx dörd manat yetmiş səkkiz qəpik) manat borcun Cavabdeh tutularaq "xxxx" ASCyə ödənilməsi və tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan “Kia Optima” minik markalı, 99TM010 dövlət qeydiyyat nişanlı, BAN № 5XXGR4A68DG174787, Mühərrik №148494 nömrəli avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında ikinciyə illik 33 (otuz üç) faiz hesablanmaqla 24 (iyirmi dörd) ay müddətinə 12450 (on iki min dörd yüz əlli) manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 091/23A nömrəli kredit müqaviləsi imzalanıb, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə BA № 298909 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan “Kia Optima” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı, BAN №5XXGR4A68DG174787, Mühərrik №148494 nömrəli avtomobilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli, 091/23A nömrəli ipoteka müqaviləsi imzalanıb. Hazırda kredit müqaviləsi üzrə Cavabdeh bu gün üçün 8697,97 (səkkiz min altı yüz doxsan yeddi manat doxsan yeddi qəpik) manat əsas, 610,21 (altı yüz on manat iyirmi bir qəpik) manat faiz, 22,60 (iyirmi iki manat altmış qəpik) manat cərimə borcu, cəmi 9330,78 (doqquz min üç yüz otuz manat yetmiş səkkiz qəpik) manat kredit borcu mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və xx.xx.2023-cü il tarixli, 091/23A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA № 298909 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan “Kia Optima” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı, BAN № 5XXGR4A68DG174787, Mühərrik № 148494 avtomobilə tutma yönəldilməsinə başlayır. Belə ki, hazırda "xxxx" ASC ilə Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixli, 091/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış kredit borcu Cavabdeh tərəfindən tam şəkildə ödənilməyib. Bu halda kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair məhkəməyə müraciət etmək zərurəti yaranıb. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizələr ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, əmlakın 24000 manat qiymətləndirilməsinə etiraz etmədiyini qeyd etmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxt barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir, cəmi 9330 manat 78 qəpik borcun və 114 manat dövlət rüsumunu iddiaçıya ödəməyə razıdır. Tutmanın ipoteka predmeti olan “Kia Optima” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin hərrac vasitəsi ilə satılaraq satışdan əldə edilən məbləğin borc məbləğinə yönəldilməsinə razıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “X1 Olmayan Kredit Təşkilatı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 091/23A nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 33 faiz ödəmək şərti ilə 12450 manat məbləğində kredit verilmişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - “X1 Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 091/23A saylı ipoteka müqaviləsindən görünür ki, 2014-cü il buraxılışlı, ban nömrəsi 5XXGR4A68DG174787 olan "KİA OPTİMA" minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı, avtomobil bazar dəyəri 24000 manat qiymətləndirilərək xx.xx.2023-cü il tarixli 091/23A saylı kredit müqaviləsi üzrə və bu müqavilədə göstəriən öhdəliklərin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat imtahan şöbəsinin xx.xx.2023-cü il tarixli AA 150638 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış”ından görünür ki, **-TM-*** dövlət qeydiyyat nişanlı “KİA OPTİMA” markalı avtomobilin “X1 Olmayan Kredit Təşkilatı” ASC-yə ipoteka qoyulması qeydə alınmışdır; - “X1 Olmayan Kredit Təşkilatı” ASC-nin xx.xx.2024-ci il tarixli, 259/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixə xx.xx.2023-cü il tarixli 091/23A nömrəli kredit müqaviləsi üzrə əsas borcu 8697,97 manat, faiz borcu 610,21 manat,cərimə borcu isə 22,60 manatdır. - “X1 Olmayan Kredit Təşkilatı” ASC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka olan borc barədə, eyni zamanda ipoteka saxlayanın ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verilmədikdə, ipoteka predmetinə tutma yönəltmək hüququ barədə məlumat verilmişdir. - xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 114 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 091/23A nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 12450 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh oğlunun mülkiyyətində olan “Kia Optima” minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban- 5XXGR4A68DG174787), **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2023-cü il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Belə ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq “X1 Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 091/23A nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 33 faiz ödəmək şərti ilə 12450 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə “X1 Olmayan Kredit Təşkilatı” ASC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 091/23A saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə 8697,97 manat əsas, 610,21 manat faiz borcu, 22,60 manat cərimə, cəmi 9330,78 manat məbləğində borcu vardır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “Kia Optima” minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban5XXGR4A68DG174787), **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh oğluna məxsus “Kia Optima” minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban5XXGR4A68DG174787), **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, əmlakın dəyəri tərəflərin razılığına əsasən 24000 manat müəyyən edilmiş, iddiaçı əmlakın ilkin satış qiymətinin 24000 manat müəyyən edilməsinə etiraz etməmiş, məhkəmə iclasında cavabdehin istifadəsində olan mobil nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə qurulmuş və cavabdeh ilkin satış qiymətinin 24000 manat müəyyən edilməsinə etiraz etməmişdir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 8697,97 manat əsas, 610,21 manat faiz borcu, 22,60 manat cərimə, cəmi 9330,78 manat məbləğində borc iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh məxsus “Kia Optima” minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban5XXGR4A68DG174787), **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, avtomobilin ilkin satış qiyməti 24000 manat müəyyən edilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 9330,78 manat məbləğində borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 114 (yüz on dörd) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, “X1 Olmayan Kredit Təşkilatı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 091/23A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 8697,97 manat əsas borc, 610,21 manat faiz borcu, 22,60 manat cərimə, cəmi 9330,78 manat məbləğində kredit borcu və ödənilmiş 114 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X1 Olmayan Kredit Təşkilatı" ASC-yə ödənilməli, Cavabdeh məxsus “Kia Optima” minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban5XXGR4A68DG174787), **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilsin, ipoteka predmeti 24000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin “X1 Olmayan Kredit Təşkilatı” ASC-yə olan borcu ödənilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. “X1 Olmayan Kredit Təşkilatı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 091/23A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 8697,97 manat əsas borc, 610,21 manat faiz borcu, 22,60 manat cərimə, cəmi 9330,78 manat məbləğində kredit borcu və ödənilmiş 114 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X1 Olmayan Kredit Təşkilatı" ASC-yə ödənilsin. Cavabdeh məxsus “Kia Optima” minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban5XXGR4A68DG174787), **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilsin, ipoteka predmeti 24000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin “X1 Olmayan Kredit Təşkilatı” ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2461/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2461/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver