Məhkəmə qərarları › İş №e-2(007)-2467/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-2467/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2467/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMM-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMM Cavabdeh qarşı borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli **********8572 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2300 AZN məbləğində kredit verilib.Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 159 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılıb.Kredit məbləği kredit alana nağdsız qaydada,yəni balansında verilən kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilən,kredit kartında təqdim edilir.Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanan faiz, cərimələri, nəzərdə tutulan digər odəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.Tərəflər arasında bağlanan kredit müqaviləsinə gorə kreditin faktiki istifadə edilən məbləğinə hesablanan faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyib.Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc uzrə 2089.00 AZN, faiz borcuna ğorə 437.06 AZN, cərimə borcuna görə 103.66 AZN, cəmi 2629.72 AZN təşkil edir.Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz.Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMM-nin xeyrinə əsas borc uzrə 2089.00 AZN, faiz borcuna ğorə 437.06 AZN, cərimə borcuna görə 103.66 AZN, cəmi 2629.72 AZN borcun və 46.30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli **********8572 saylı kredit müqaviləsindən görünür ki, borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2300 AZN məbləğində kredit verilib. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin FİNCA Azerbaijan” MMM QBKT-na 2089.00 AZN, faiz borcuna ğorə 437.06 AZN, cərimə borcuna görə 103.66 AZN, cəmi 2629.72 AZN borcu vardır. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 46.30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli **********8572 saylı kredit müqaviləsi bağlanmış həmin müqaviləyə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2300 AZN məbləğində kredit verilmişdir.Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir.Cavabdehin həmin kredit müqaviləsi üzrə iddiaçıya 2089.00 AZN, faiz borcuna ğorə 437.06 AZN, cərimə borcuna görə 103.66 AZN, cəmi 2629.72 AZN borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMM-nin xeyrinə əsas borc uzrə 2089.00 AZN, faiz borcuna ğorə 437.06 AZN, cərimə borcuna görə 103.66 AZN, cəmi 2629.72 AZN borcun və 46.30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMM-nin xeyrinə əsas borc uzrə 2089.00 AZN, faiz borcuna ğorə 437.06 AZN, cərimə borcuna görə 103.66 AZN, cəmi 2629.72 AZN borcun və 46.30 manat dövlət rüsumu tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar