Məhkəmə qərarları › İş №e-2(007)-2495/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2495/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2495/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “X3 Bakı Filialının” cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3 Bakı Filialı” cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, «X3» Bakı filialı ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 15 aprel 2019-cu il tarixli siyahıda adı göstərilən borclu Cavabdeh1 arasında imzalanan «06» sentyabr 2019-cu il tarixli 31 №lи güzəştli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 5 il müddətinə 1.260,00 manat məbləğində kredit restrukturizasiya edilib.Həmən tarixdə verilən güzəştli kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı filialı ilə Cavabdeh2 arasında 36 saylı zaminlik müqaviləsi imzalanıb.Kredit müqaviləsinin 4.1 - ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq Banka 1 il müddətində hesablanmış faiz olaraq hər ayın həmin günü 1.05 manat 1 ildən sonra isə ssuda borcu ssuda hesabının qalığına hesablanan faizlər də daxil olmaqla 26,79 manat ödəməli idi.Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanan faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır.Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 22 İyul 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 601,98 manat ödəniş yerinə yetirməli idi.Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a cəmi 232,21 manat ödəniş edilib.Bank tərəfimindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunub.Lakin borcalan kredit borcunu yerinə yetirməyib.Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilən hər bir gün üçün, «Borcalan» «Bank»a illik 1.02% ödəməlidir.22 İyul 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablanan faizlərlə birlikdə 1.065,03 manat təşkil edir. Bundan 1055,98 manat əsas borc və 9,05 manat faiz borcu təşkil edir.Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməyib.Cavabdeh1 ilə bağlanan 06 sentyabr 2019-cu il tarixli, 31 saylı güzəştli kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 36 saylı zaminlik müqaviləsi imzalanıb.Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır.Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür.Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 “X3”-ın xeyrinə 1055.98 manat əsas,9.05 faiz borcu olmaqla cəmi 1.065.03 manat kredit borcunun və 30.65 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: “X3” Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən gprünür ki, tərəflər arasında əvvəl bağlanmış 11 noyabr 2025-ci il tarixli restruktrizasiya edilərək qalıq borcu 1260.0 manat məyyən edilmiş həmin borcun 5 il müddətinə 1% dərəcəsi ilə qaytarılması barədə tərəflər arasında razılıq əldə edilmişdir. “X3” Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki,zamin Cavabdeh2 həmin kredit müqaviləsi ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür Maliyyə arayışından görünür ki, Cavabdeh1 22 iyul 2022-ci il tarixinə 1055.98 manat əsas,9.05 faiz borcu olmaqla cəmi 1.065.03 manat kredit borcu borcu vardır. Mədaxil qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 30.65 manat dövlət rüsumu ödəmişdir.Xəbərdarlıq məktubundan görünür ki,bank pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,iddiaçı ilə Cavabdeh1 Yaqubovi arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.Bank həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun banka 22 iyul 2022-ci il tarixinə 1055.98 manat əsas,9.05 faiz borcu olmaqla cəmi 1.065.03 manat kredit borcu borcu qalmışdır.Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Ona görə də məhkəmə hesab edir ki iddia əsaslıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli arşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “X3”-ın xeyrinə 1055.98 manat əsas,9.05 faiz borcu olmaqla cəmi 1.065.03 manat kredit borcu və 30.65 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 “X3”-ın xeyrinə 1055.98 manat əsas,9.05 faiz borcu olmaqla cəmi 1.065.03 manat kredit borcu və 30.65 manat dövlət rüsumu xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar