Məhkəmə qərarları › İş №e-2(007)-2507/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2507/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2507/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Raayon Məhkəməsinin 2(074)- 616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 12 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət olunmuşdur.«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir.Qeyd olunanlara əsasən Şamaxı Rayon Məhkəməsinin 2(074)-616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin artırılması, Cavabdeh 12 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay 192 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, iddianı qismən qəbul edir.Hal-hazırda heç yerdə işləmir, aylıq qəliri yoxdur. Xəstə anasına baxdıbığı üçün dövlət tərəfindən 80 manat təqaüd alır, həmin pulu da anasının dava-dərmanına verir. Lakin buna baxmayaraq hər ay 150 manat aliment ödəyə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı Raayon Məhkəməsinin 2(074)-616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamədən görünür ki, Cavabdeh 07 avqust 2013-cü il tarixdən başlayaraq 12 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İbrəhimova (Cəlilzadə) Aysel Azər qızının onun xeyrinə 100 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. X1 əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini,eləcə də Cavabdeh işləmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Şamaxı Raayon Məhkəməsinin 2(074)-616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmalı, Cavabdeh 12 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılsın. Cavabdeh 12 oktyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar