Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-252/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 24% olmaqla 15000 manat məbləğində kredit verib. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilib. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12633,91 manat məbləğində əsas borcun, 2171,24 manat məbləğində faiz borcunun, cəmi 14805,15 manat borcun və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, ekspert rəyi ilə razı deyil, çünki ekspert rəylərində cərimə nəzərə alınmayıb. Hesabdan çıxarışdan görünür ki, borclu ödəniş edib, bir dəfə 9,50 manat, 117,13 manat və 420,43 manat hissəsi, fərq 500 manat civarında yaranır, həmin məbləğlər əsas və faiz borcdan çıxılıb, o da cəriməyə çıxılıb. 547,06 manat fərq əsas və faiz borcundan çıxılıb. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, ekspert rəyi ilə razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/56829/83/14 saylı əsas kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh 48 müddətinə, illik 24 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. O, 48 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - xx.xx.2021-ci il tarixli məxaric orderindən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə 15000 manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı ASC-dən təhvil alınmışdır; - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12633,91 manat əsas borcu, 2171,24 manat faiz borcu və 0 manat cərimə borcu vardır. - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh yaranmış borcun ödənilməsi, əks halda kredit müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi, borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8971 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CC/56829/83/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə sualda qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə olan borcu 14242,85 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 12515,15 manat, faiz borcu üzrə 1727,70 manat; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2473 nömrəli rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021 -ci il tarixli, CC/56829/83/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 29 avqust 2023-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 14242.85 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 12515.15 manat, faiz borcu üzrə 1727,70 manat. Qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “AZ53JBPK2434000CC5682914A83P” saylı hesabda cərimə faizlərinin silindiyi əks olunmuşdur. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “2434” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları”-na, “7061” saylı hesabın isə “Alınmış cərimələr, peniya, dəbbə pulu və s. məbləğlər - milli valyutada” aid olduğu müəyyən edildi. Belə olduğu halda, xx.xx.2021-ci il tarixli, CC/56829/83/14 №-li kredit sazişi üzrə Cavabdeh cərimə borcu hesablanıb silinmədi; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/6640 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 30 oktyabr 2021-ci il tarixli, CC/56829/83/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Bildirişin tərtib edildiyi tarixə yəni xx.xx.2023cü il tarixə: əsas borc üzrə 12515,15 manat; faiz borcu üzrə 1510,77 manat. Sualda qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12515,15 manat; faiz borcu üzrə 1727,70 manat. Qeyd: Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 30 oktyabr 2021-ci il tarixli, CC/56829/83/14 №-li kredit müqaviləsinin 2.4-cü bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/56829/83/14 saylı əsas kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh 48 müddətinə, illik 24 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Müqavilə üzrə pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021ci il tarixli kredit sazişi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MM-in: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh müraciət edərək, borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv ediləcəyi və borcun tutulması barədə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehi xəbərdar etmişdir. Bununla da, iddiaçı öz iradə ifadəsini cavabdehə Cavabdeh bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12633,91 manat əsas borcu, 2171,24 manat faiz borcu vardır. Məhkəmə araşdırması zamanı Cavabdeh faiz borcuna etirazı nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/8971 nömrəli rəydən (ekspert Ramil Rüstəmzadə) görünür ki, xx.xx.2021-ci il tarixli CC/56829/83/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixinə (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 12515,15 manat, faiz borcu üzrə 1727,70 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında eksperin dindirilməsi təmin edilmiş və ekspert cərimə ödənişləri ilə bağlı ayrıca çıxarış təqdim edilmədiyini və müvafiq sənədlər əsasında tətqiqat apardığını qeyd etmişdir. Bundan sonra, məhkəmə iddiaçının nümayəndəsinin rəy tərtib edilərkən cərimənin hesablanmaması barədə mövqeyini nəzərə alaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2473 nömrəli rəyinə (ekspert Sevil Həşimova) əsasən xx.xx.2021ci il tarixli CC/56829/83/14 saylı kredit müqaviləsində qeyd edilən şərtlər nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) əsas borc üzrə 12515,15 manat, faiz borcu üzrə 1727,70 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “AZ53JBPK2434000CC5682914A83P” saylı hesabda cərimə faizlərinin silindiyi əks olunmuşdur. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “2434” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları”-na, “7061” saylı hesabın isə “Alınmış cərimələr, peniya, dəbbə pulu və s. məbləğlər - milli valyutada” aid olduğu müəyyən edildi. Belə olduğu halda, xx.xx.2021-ci il tarixli, CC/56829/83/14 №-li kredit sazişi üzrə Cavabdeh cərimə borcu hesablanıb silinmədi. Məhkəmə həmin ekspert rəyi ilə razılaşmayaraq, xəbərdarlıq məktubu göndərilən tarixinə borcun müəyyən edilməsi məqsədi ilə, həmçinin iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/6640 nömrəli rəyinə əsasən Cavabdeh bildirişin tərtib edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12515,15 manat, faiz borcu üzrə 1510,77 manat müəyyən edilmişdir. Həmçinin, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 30 oktyabr 2021-ci il tarixli, CC/56829/83/14 №-li kredit müqaviləsinin 2.4-cü bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, cavabdehdən 12515,15 manat məbləğində əsas borc və 1510,77 manat faiz borcu (xx.xx.2023-cü il tarixədək olan) tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, CC/56829/83/14 saylı kredit sazişi üzrə 12515,15 manat əsas borc, 1510,77 manat faiz borcu olmaqla, cəmi 14025,92 manat borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/8971 nömrəli, xx.xx.2024-cü il tarixli 9/2473 nömrəli və xx.xx.2024-cü il tarixli 9/6640 nömrəli ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 300 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 7,1 manatı iddiaçıya, 127,9 manatı cavabdehlərə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 300 manatın 150 manatı iddiaçıdan, 150 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, CC/56829/83/14 saylı kredit sazişi üzrə 12515,15 manat əsas borc, 1510,77 manat faiz borcu olmaqla, cəmi 14025,92 manat borc və ödənilmiş 127,9 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 7,1 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 150 manatı İddiaçı ASC-dən və 150 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-252/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-252/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver