Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2522/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək bildirmişdir ki,tərəflər arasında barışıq sazişi imzalanmaışdır.Ona görə barışıq sazişinin təsdiq olunması və işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişi də məhkəməyə göndərilmişdir. Barışıq sazişinin şərtlərinə görə: ÜMUMİ MÜDDƏALAR 1.1.Tərəflər bəyan edir ki, onlar tərəfindən imzalanan 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2.Tərəflər bəyan edir ki, Barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.ƏSAS ŞƏRTLƏR 2.1.Cavabdeh 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə Tərəflər arasında yaranmış münasibətlər nəticəsində İddiaçıya dəymiş zərərin əvəzi olaraq 80,000 (səksən min) manat məbləğində vəsaiti İddiaçıya Barışıq Sazişi imzalandığı andan notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. 2.2.İddiaçı Barışıq Sazişinin 2.1-ci bəndində qeyd edilən öhdəliyin cavabdeh tərəfindən vaxtında və lazımı qaydada icra edilməsindən sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan e-2(007)-2522/2022 saylı mülki iş üzrə iddia tələblərindən imtina etməyi və həmin iş üzrə icraata xitam verilməsi üçün zəruri və mümkün tədbirləri görməyi öhdəsinə götürür. İddiaçı Barışıq Sazişinin 2.1-ci bəndində qeyd edilən öhdəliyin cavabdeh tərəfindən vaxtında və lazımı qaydada icra edilməsindən sonra tərəflər arasında imzalanmış 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə və/və ya onunla əlaqədar gələcəkdə hər hansı iddia qaldırmayacağına və tələblə çıxış etməyəcəyinə dair zəmanət verir. 2.3.Barışıq Sazişi üzrə ödənişin icra edilməsi üçün çəkiləcək xərclər (notariat xərcləri və hər iki tərəfin bank komissiyası xərcləri) Cavabdeh tərəfindən ödəniləcək. 2.4.Tərəflər razılaşır və təsdiq edir ki, tərəflər arasında icarə münasibətləri yaranmamışdır və Barışıq Sazişinin 2.1-ci bəndində göstərilən vəsait 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş zərəri (İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə öhdəliklərin icra edilməsi üçün aparılmış söküntü nəticəsində dəymiş zərər və s.) kompensasiya etmək məqsədi ilə ödənilir. 3.SAZİŞİN MÜDDƏTİ 3.1.Barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 4.BARİŞİQ SAZİŞİNİN TƏSDİQİ VƏ HÜQUQİ NƏTİCƏLƏRİ 4.1.Barışıq Sazişi notariat qaydasında və məhkəmədə təsdiq edilir. 4.2.Barışıq Sazişi üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda tərəflər Barışıq Sazişinin şərtlərinə əməl edilməsi üçün Barışıq Sazişinin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. 4.3.Barışıq Sazişinin hər hansı bir bəndinin və ya onun bir hissəsinin məhkəmə və ya hər hansı digər səlahiyyətli orqan tərəfindən etibarsız hesab edilməsi Sazişin digər bəndlərinin hüquqi qüvvəsinə təsir göstərmir. 4.4.Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilir və imzalanır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalı və hazırkı işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ilə Cavabdeh MMC arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq olunsun: 1.1.Tərəflər bəyan edir ki, onlar tərəfindən imzalanan 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2.Tərəflər bəyan edir ki, Barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.ƏSAS ŞƏRTLƏR 2.1.Cavabdeh 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə Tərəflər arasında yaranmış münasibətlər nəticəsində İddiaçıya dəymiş zərərin əvəzi olaraq 80,000 (səksən min) manat məbləğində vəsaiti İddiaçıya Barışıq Sazişi imzalandığı andan notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. 2.2.İddiaçı Barışıq Sazişinin 2.1-ci bəndində qeyd edilən öhdəliyin cavabdeh tərəfindən vaxtında və lazımı qaydada icra edilməsindən sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan e-2(007)-2522/2022 saylı mülki iş üzrə iddia tələblərindən imtina etməyi və həmin iş üzrə icraata xitam verilməsi üçün zəruri və mümkün tədbirləri görməyi öhdəsinə götürür. İddiaçı Barışıq Sazişinin 2.1-ci bəndində qeyd edilən öhdəliyin cavabdeh tərəfindən vaxtında və lazımı qaydada icra edilməsindən sonra tərəflər arasında imzalanmış 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə və/və ya onunla əlaqədar gələcəkdə hər hansı iddia qaldırmayacağına və tələblə çıxış etməyəcəyinə dair zəmanət verir. 2.3.Barışıq Sazişi üzrə ödənişin icra edilməsi üçün çəkiləcək xərclər (notariat xərcləri və hər iki tərəfin bank komissiyası xərcləri) Cavabdeh tərəfindən ödəniləcək. 2.4.Tərəflər razılaşır və təsdiq edir ki, tərəflər arasında icarə münasibətləri yaranmamışdır və Barışıq Sazişinin 2.1-ci bəndində göstərilən vəsait 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş zərəri (İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə 20 avqust 2021-ci il tarixli ilkin razılaşma üzrə öhdəliklərin icra edilməsi üçün aparılmış söküntü nəticəsində dəymiş zərər və s.) kompensasiya etmək məqsədi ilə ödənilir. 3.SAZİŞİN MÜDDƏTİ 3.1.Barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 4.BARİŞİQ SAZİŞİNİN TƏSDİQİ VƏ HÜQUQİ NƏTİCƏLƏRİ 4.1.Barışıq Sazişi notariat qaydasında və məhkəmədə təsdiq edilir. 4.2.Barışıq Sazişi üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda tərəflər Barışıq Sazişinin şərtlərinə əməl edilməsi üçün Barışıq Sazişinin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. 4.3.Barışıq Sazişinin hər hansı bir bəndinin və ya onun bir hissəsinin məhkəmə və ya hər hansı digər səlahiyyətli orqan tərəfindən etibarsız hesab edilməsi Sazişin digər bəndlərinin hüquqi qüvvəsinə təsir göstərmir. 4.4.Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilir və imzalanır. İddiaçı Cavabdeh MMC-nə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair e- 2(007)-2522/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2522/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2522/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver