Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-253/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli FM-00058-01/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədilə 51 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 50000 (əlli min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıyla FMG-00058-01/20A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3 ünvanında yerləşən 45 nömrəli mənzili ipoteka saxlayana ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı kredit müqaviləsinin 8.3-cü və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 15186.16 manat, faizlərin məbləği 143.38 manat, dəbbə borcu 222.22 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 15551.76 manat təşkil edir. X3 ilə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Göstərilənlərə əsasən, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli FM-00058-01/20A saylı kredit müqaviləsindən irəli gələn il xx.xx.2024-cü il tarixinə olan 15186.16 manat əsas borc, 143.38 manat faiz borcu, 222.22 manat dəbbə borcu, ümumilikdə 15551.76 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 137 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3 ünvanında yerləşən və ümumi sahəsi 87.3 kvadrat metrdən ibarət olan 45 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron kabineti vasitəsi ilə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə yükləyərək göstərmişdir ki, cavabdeh e-2(007)- 2950/2024 saylı iş məhkəmə icraatında olan zaman müəyyən ödənişlər etmişdir. Buna görə də iddia tələbində dəyişiklik olmuşdur. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmışxx.xx.2020-ci il tarixli FM-00058-01/20Asaylı kredit müqaviləsindən irəli gələn il xx.xx.2024-cü il tarixinə olan 7376.14 manat əsas borc, sıfır manat faiz borcu, sıfır manat dəbbə borcu omaqla, ümumilikdə 7376.14 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 137 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3 ünvanında yerləşən və ümumi sahəsi 87.3 kvadrat metrdən ibarət olan 45 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron kabineti vasitəsi ilə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə yükləyərək göstərmişdir ki, cavabdeh tərəfindən məhkəməyə müraciət edildikdən sonra kredit borcundan ödənişlər edildiyindən iddia ərizəsinə dəqiqləşmə vermək zərurəti yaranmışdır. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli FM-00058-01/20A saylı kredit müqaviləsindən irəli gələn il xx.xx.2025-ci il tarixinə olan 3819 manat əsas borc, 0 manat faiz borcu, 0 manat dəbbə borcu, ümumilikdə 3819 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 137 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3 ünvanında yerləşən və ümumi sahəsi 87.3 kvadrat metrdən ibarət olan 45 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron kabineti vasitəsi ilə ərizə təqdim edərək, iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli FM-00058-01/20A saylı kredit müqaviləsinə əsasən həmin şəxsə 50000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixə X1 banka əsas borc məbləği 15186.16 manat, ümumi faiz borcu 143.38 manat və dəbbə borcu 222.22 manat olmaqla, cəmi 15551.76 manat təşkil edir. -1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bank BTB ASC-nin xx.xx.2024-cü il tarixli elektron müraciətinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. -xx.xx.2020-ci il tarixli FM-00058-01/20A saylı kredit müqavilənsinin surətindən görünür ki, borcalanlar X3 və Cavabdeh mülkiyyətinə 50000 manat məbləğində kredit illik 20% olmaqla, 51 ay müddətinə istehlak krediti verilmişdir. Borcalan isə onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcalan X2 və ipoteka qoyan Cavabdeh kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizi ödəmələri bildirilmiş, əks təqdirdə aralarında bağlanmış müqavilənin ləğv edilməsi və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh (ipoteka qoyan/borcalan) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak 51 ay müddətinə, xx.xx.2020-ci il tarixdə "xxxx" ASCnin Sənaye filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak Cavabdeh xüsusi mülkiyyətində olmaqla, xx.xx.2011-ci il tarixdə tam pay hüququ ilə ********** nömrə ilə qeydə alınmışdır. -xx.xx.2020-ci il tarixli, FMG-00058-01/20A saylı “sonrakı ipoteka müqaviləsinin” (üç tərəfli) surətindən görünür ki, "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan/borcalan) və X3 (borcalan) arasında daşınmaz əmlakın sonraki ipoteka müqaviləsi bağlanmışdır. İpotekanın predmeti Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3, 87.3 kv.m ümumi, 63.6 kv.m yaşayış sahəsi, 23.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 45 saylı mənzildir. - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. -LBC-17/2024 saylı, xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsi ekspertizasından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3, 87.3 kv.m ümumi, 63.6 kv.m yaşayış sahəsi, 23.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 45 saylı mənzilin bazar dəyəri 175000 manat, likvid dəyəri 160000 manat təşkil edir. -xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 137 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalanlar X3 və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli FM-00058-01/20A saylı kredit müqaviləsinə əsasən həmin şəxsə 50000 manat məbləğində kredit illik 20% olmaqla, 51 ay müddətinə istehlak krediti verilmişdir. Borcalan isə onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3, 87.3 kv.m ümumi, 63.6 kv.m yaşayış sahəsi, 23.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 45 saylı mənzil xx.xx.2020-ci il tarixli, FMG-00058- 01/20A saylı “sonrakı ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalanlar müqavilə üzrə pul məbləğini bankdan almışdır. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli FM-00058-01/20A saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi əsas verən haldır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bununla da, müəyyən olundu ki, Cavabdeh özünə məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddəsinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli və iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan avtomobilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3819 manat əsas borc və 137 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3 ünvanında yerləşən 45 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 160.000 manat müəyyən edilməli və həmin mənzil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə olan borc ödənilməli, artıq pul vəsaiti qaldığı halda Cavabdeh qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3819 manat əsas borc və 137 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 3 ünvanında yerləşən 45 saylı mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 160.000 manat müəyyən edilsin və həmin mənzil açıq hərrac yolu ilə satılsın. Satışdan əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə olan borc ödənilsin, artıq pul vəsaiti qaldığı halda Cavabdeh qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-253/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-253/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver