Məhkəmə qərarları › İş №e-2(007)-254/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-254/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-254/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli 003DSFFM saylı kredit müqaviləsinə əsasən tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2014-cü il tarixli 2322SBFFK saylı kredit müqaviləsi restruktrizasiya edilməklə qalıq məbləğ 3658 manat müəyyən olunmuş,kreditin 5 il müddətinə illik 1 %-lə qaytarılması razılaşdırılmışdır.Həmin müqavilə bağlanarkən digər Cavabdeh2 eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır.Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir.Hal-hazırda onun banka 3747.58 manat ödənilməmiş borcu vardır.Bundan 3652.19 əsas borc,95.34 faiz və 0.05 manat cərimə borcudur.Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2022 tarixli **********2592 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməyib və kredit borcunun Banka qaytarılmasını təmin etməyib. Bank tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyib. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2İddiaçı ASC-nin xeyrinə 3652.19 əsas borc,95.34 faiz və 0.05 manat cərimə olmaqla cəmi 3747.58 manat borcun və 58 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş,məhkəməyə ünvanlandığı müraciətdə onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, iddia ərizəsində göstərildiyi kimi, bankdan kredit götürmüşdür. İlk vaxtlar borcunu ödəsə də, sonradan borcu ödəmək imkanından məhrum olunmuşdur. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq borcu restrukturizasiya olunub və onunla yeni müqavilə bağlanıb. İmkanı olmadıığı üçün borcu ödəyə bilməmişdir. Çalışacaq ki, borcu ödəsin. Cavabdeh2 da iddianı qəbul edərək oxşar məzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli 003DSFFM saylı kredit müqaviləsinə əsasən tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2014-cü il tarixli 2322SBFFK saylı kredit müqaviləsi restruktrizasiya edilməklə qalıq məbləğ 3658 manat müəyyən olunmuş,kreditin 5 il müddətinə illik 1 %-lə qaytarılması razılaşdırılmışdır. AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki,sonuncu həmin kredit müqaviləsinə əsasən üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 05 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin banka xx.xx.2022-ci il tarixinə 3652.19 əsas borc,95.34 faiz və 0.05 manat cərimə olmaqla cəmi 3747.58 manat ödənilməmiş borcu vardır. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 58 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış bildiriş məktublarından surətindən görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.İddiaçı həmin müqavilə üzrə öz ohdəliklərinə əməl etsə də,Cavabdeh1 müqavilə öhdəliklərinə tam və layiqincə əməl etməmişdir.Nəticədə onun xx.xx.2022-ci il tarixinə 3652.19 əsas borc,95.34 faiz və 0.05 manat cərimə olmaqla cəmi 3747.58 manat ödənilməmiş borcu qalmışdır.Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Məhkəmə qeyd olunanları,eləcə də hər iki cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2İddiaçı ASC-nin xeyrinə 3652.19 əsas borc,95.34 faiz və 0.05 manat cərimə olmaqla cəmi 3747.58 manat borc və 58 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar