Məhkəmə qərarları › İş №e-2(007)-2553/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2553/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2553/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh2,Cavabdeh1,Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC Cavabdeh2,Cavabdeh1,Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3136.48 (üç min yüz otuz altı) manat məbləğində kredit götürmüşdür.O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundаn ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kredit borcundan 227.6 manat ödəniş etmiş və iddiaçıya 2908.88 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 437 gün üçün hesablanmış faiz borcu 29.66 manat təşkil edir.Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən hər gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 437 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1107.95 manat təşkil edir.Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4983.86 (dörd min doqquz yüz səksən üç) manat məbləğində kredit götürmüşdür.O, kredit müqaviləsinin 1.2ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kredit borcundan 482.19 manat ödəniş etmiş və onun iddiaçıya 4501.67 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 408 gün üçün hesablanmış faiz borcu 43.50 manat təşkil edir.Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 408 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1574.69 manat təşkil edir.Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Yuxarıda göstərilən kredit müqavilələri üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Qeyd olunanlara əsasən İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009A********** və xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqavilələrinin ləğv edilməsi,xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2908.88 manat məbləğində kredit borcu, 29.66 manat məbləğində faiz borcu və 1107.95 manat məbləğində cərimə olmaqla, cəmi 4046 (dörd min qırx altı) manat 49 (qırx doqquz) qəpik məbləğində borcun;xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4501.67 manat məbləğində kredit borcu, 43.50 manat məbləğində faiz borcu və 1574.69 manat məbləğində cərimə olmaqla, cəmi 6119 (altı min yüz on doqquz) manat 86 (səksən altı) qəpik məbləğində borcun, 120.5 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə səlahiyyətli nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, həqiqətən də bankdan kredit götürmüşdür. Ona övladının xəstəliyi ilə bağlı pul lazım olduğu üçün bu addımı atmışdır. Çox şükür övladı sağalıb, o da çalışacaq ki, borcu qaytarsın. Buna görə də, məhkəmədən xahiş edir ki, cərimə borcu silinsin qalan borcu hissə-hissə ödəyəcək. Digər cavabdehlər- Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağlanmış 009A********** saylı kredit müqaviləsindən görünür ki,bank tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3136.48 (üç min yüz otuz altı) manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağlanmış 009A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4983.86 (dörd min doqquz yüz səksən üç) manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki,onlar X1 ilə bank arasında bağlanmış hər iki kredit müqavilələri üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər. Maliyyə arayışlarından görünür ki,xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2019-cu il tarixli 009A********** saylı müqavilə üzrə 2908.88 manat məbləğində kredit borcu, 29.66 manat məbləğində faiz borcu və 1107.95 manat məbləğində cərimə olmaqla, cəmi 4046 borcu, xx.xx.2019-cu il tarixdə bağlanmış 009A********** saylı kredit müqaviləsi üzrə 4501.67 manat məbləğində kredit borcu, 43.50 manat məbləğində faiz borcu və 1574.69 manat məbləğində cərimə olmaqla, cəmi 6119 (altı min yüz on doqquz) manat 86 (səksən altı) qəpik məbləğində borcu vardır. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 120.5 manat dövlət rüsumu ödəmişdir. Cavabdehlərə ünvanlanmış məktubların məzmunundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə cavabdehin deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1 -ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. İşin hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 qanunla müəyyən olunan qaydada xx.xx.2019-cu il tarixdə iki kredit müqaviləsi bağlanmış və cavabdehə hər iki müqavilə üzrə tərəflərin razılaşdıqlari məbləğdə kredit verilmişdir.İddiaçı müqavilələrin şərtlərinə əməl edərk krediti cavabdehə versə də Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəliklərə tam və layiqincə əməl etməmiş və onun hər iki müqavilə üzrə ödənilməmiş kredit borcu yaranmışdır. Digər cavabdehlər Cavabdeh1,Cavabdeh3,Cavabdeh4 isə üzərinə götürdükləri zaminlik öhdəliklərinə əməl etməmişdir. Məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki,iddia hər iki müqavilə üzrə əsas borcun,faiz borcunun,məhkəmə xərclərinin tələb olunması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. 009A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 1107.95 manat məbləğində cərimə borcunun, 009A********** saylı kredit müqaviləsi üzrə 1574.69 manat məbləğində cərimə borcunun tələb olunması hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki,qeyd olunan məbləğdə cərimə borcları əsas borclara nisbətdə mütanasib deyil ona görə də1107.95 manat cərimənin azaldılaraq 100 manat, 1574.69 manat məbləğində cərimə borcunun isə azaldılaraq 150 manat müəyyən olunmasını məqsədəuyğun sayır.Bu nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini rəhbər tutur. Belə ki, həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 387.09 manat məbləğində dəbbə pulu azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009A********** və xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqavilələri ləğv edilməli,xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2908.88 manat məbləğində kredit borcu, 29.66 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 3038.54 məbləğində borc;xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4501.67 manat məbləğində kredit borcu, 43.50 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 4695.17 məbləğində borc 120.5 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 009A********** və xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqavilələri ləğv edilsin. xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2908.88 manat məbləğində kredit borcu, 29.66 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 3038.54 məbləğində borc; xx.xx.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4501.67 manat məbləğində kredit borcu, 43.50 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 4695.17 məbləğində borc tutulsun. Cavabdehlərdən müştərək qaydada 120.5 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar