Məhkəmə qərarları › İş №e-2(007)-2654/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2654/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2654/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin (KATV1) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi may 2015 – fevral 2018-ci il tarixdə cavabdehə məxsus olmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən həmin ünvanda “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayımı ilə xx.xx.2006-cı il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 2 ünvanında yerləşən mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. xx.xx.2015ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 3327 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 3327 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmışdır. Həmin ünvana xx.xx.2016-cı və xx.xx.2018-ci il tarixdə keçirilən nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 5195 N və 7061 N saylı aktlar tərtib edilmişdir. 7061 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2017-ci il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Sözügedən ünvana 3327 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2014-cü il tarixdən təkrar qanunsuz qoşulma faktı barədə 5195 N saylı aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 599 gün, 7061 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2017-ci il tarixdən sonuncu təkrar qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2018-ci il tarixədək olan müddət 394 gün olmaqla cəmi 993 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafiq olaraq 30 qəpik (423 gün x 30 = 126,9 manat) və 33 qəpik (570 gün x 33 = 188,1 manat) maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 315 manat 00 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC“Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Qeyd edilənlərə əsasn Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 315 manat 00 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 495 manat 40 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 001 saylı arayışının surətindən görünür ki, İ.Zülfüqarov (köhnə M.Hadi) 29/40 küçəsi, mənzil 18 ünvanı may 2015-fevral 2018-ci il tarixdən Cavabdeh adına olmuşdur; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov (köhnə M.Hadi) 29/40 ünvanında yerləşən yaşayış binası KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2006-cı il tarixdən təmin eddilmişdir. Həmçinin qeyd edirlər ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov (köhnə M.Hadi ) 29/40 saylı evin, 18 saylı mənzilinin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 3327N saylı akt tərtib olunana qədər Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov (köhnə M.Hadi) 29/40 ünvanında yerləşən yaşayış binasında 18 saylı binasına sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmişdir; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 7061N saylı akt tərtib olunana qədər Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov (köhnə M.Hadi) 29/40 ünvanında yerləşən yaşayış binasında 18 saylı binasına sonuncu dəfə xx.xx.2017-ci il tarixdə baxış keçirilmişdir; - “Ədalət-A” hüquq firmasının, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 may 2015-ci il tarixli 3327N nömrəli aktdan görünür ki, ünvan 4 nvanındakı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamışdır; - “Ədalət-A” hüquq firmasının, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 23 fevral 2016-cı il tarixli 5195N nömrəli aktdan görünür ki, ünvan 4 nvanındakı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamışdır; - “Ədalət-A” hüquq firmasının, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 14 fevral 2018-ci il tarixli 7061N nömrəli aktdan görünür ki, ünvan 4 ünvanındakı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamışdır; - Məhkəməyə qonunsuz qoşulmanın movcudluğuna dair akt tərtib edilərkən cəmiyyətin əməkdaşları tərəfindən qeydə alınmış video yazısının əks olunduğu 1 ədəd disk təqdim edilmişdir; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh işi ilə bağlı İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firmasının (VÖEN **********) hesabına 150 manat pul ödənilmişdir; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh məxsus ünvan 4 ünvanında “KATV1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma olmuş, İddiaçı MMC-nin, həmin MMC-yə hüquqi xidmət göstərən “Ədalət-A” hüquq firmasının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən 27 may 2015-ci il, 23 fevral 2016-cı il və 14 fevral 2018-ci il tarixlərdə həyata keçirilmiş baxış zamanı həmin qanunsuz qoşulma faktı aşkar olunaraq bu barədə müvafiq akt tərtib olunmuşdur. Cavabdeh bununla iddiaçıya abunə haqqı qismində zərər vurmuş, cavabdehin təqsiri üzündən baş vermiş mülki hüquq pozuntusunun aradan qaldırılması məqsədi ilə iddiaçı hüquqi xidmət göstərilməsi üçün hüquq şirkəti ilə müqavilə bağlamalı və bank vasitəsi ilə dövlət rüsumu ödəməli olmuşdur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş maddi ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçıya maddi ziyan dəymiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma faktı abonentlə iddiaçı arasında müqavilə münasibətlərinə son qoyulduqdan sonra baş verdiyi üçün iddia tələbinin məhz həmin dövrdə mənzilin mülkiyyətçisi olmuş cavabdehə yönəldilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə 315 manat məbləğində vurulmuş maddi zərərə nisbətdə iddiaçının nümayəndənin göstərdiyi yardıma görə tələb etdiyi 150 manat ağlabatan məbləğ deyil, iddianın həmin hissədə tam təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 315 manat abunə haqqı qismində vurulmuş zərər, 30 (otuz) manat nümayəndəyə çəkilən xərc olmaqla, cəmi 345 manat pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 315 manat abunə haqqı qismində vurulmuş zərər, 30 (otuz) manat nümayəndəyə çəkilən xərc olmaqla, cəmi 345 manat pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar