Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-270/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermişdir. İddai tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filiaiı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, NRNPU-08758 saylı kredit müqaviləsinə əsasən illik 15 %(on beş) faiz dərəcəsi olmaqla 18 (on sekkiz) ay müddətinə 2000 (iki min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 10 Avqust 2021-ci il tarixdə İddiaçı ASC-nin Nərimanov filial ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 10 avqust 2021-ci il tarixli, NRNPU-08758 sayfikredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır.10 avqust 2021-ci il tarixli, NRNPU-08758 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar.Tərəflər arasında bağlanmış 10 avqust 2021-ci il tarixl, NRNPU-08758 saylı kredit müqaviləsinə görə,cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 10-dan gec olmayaraq hər ay 124,77 (bir yüz iyirmi dörd manat 77 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir.Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 10 avqust 2021-ci il tarixli, NRNPU-08758 saylı kredit müqaviləsi üzrə borcu əsas borca görə 944,3 (doqquz yüz qırx dörd manat 30 qəpik) manat, laiz borcuna görə 41,25 (qırx bir manat 25 qəpik) manat, dəbbə borcuna görə 173,28 (bir yüz yetmiş üç manat 28 qəpik) manat, cəmi 1158,83 (bir min bir yüz əlli səkkiz manat 83 qəpik) manat təşkil edir.Lakin məhkəmədə işə baxılarkən cavabdeh əsas borcundan müəyyən ödənişlər etmişdir.Ona görə də əsas borcu azalmış,faiz və cərimə borcu artmışdır.Belə ki, hal hazırda əsas borc 744,3 manat, faiz borcu 84.23 manat, dəbbə borcu isə 400 manat olmaqla cəmi 1228.53 manat təşkil edir.Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 744,3 manat, faiz borcu 84.23 manat, dəbbə borcu isə 400 manat olmaqla cəmi 1228.53 manat kredit borcunun 32.29 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə nümayəndəsini göndərməmişdir.Bank tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçı iddianı müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC-nin Nərimanov filiaiı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, NRNPU-08758 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə bank tərəfindən illik 15 %(on beş) faiz dərəcəsi olmaqla 18 (on sekkiz) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Nərimanov filiaiı ilə cavabdeh - Cavabdeh2 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 həmin kredit müqaviləsi ilə bağlı öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10 avqust 2021-ci il tarixli, NRNPU-08758 saylı kredit müqaviləsi üzrə 794.3 əsas borc,55.56 faiz borcu,332.25 manat cərimə borcu olmaqla 1182.11 manat ödənilməmiş borcu qalmışdır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 32.29 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış xəbərdarlııq məktybundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit və zaminlik müqavilələri bağlanmışdır.Həmin müqavilə əsasında Cavabdeh1 2000 manat kredit verilmişdir. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunaraq razılışdırılmış məbləğdə kredit Cavabdeh1 verilsə də, sonuncu öz öhdəliklərini tam və lazimi qaydada icra etməmişdir. Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Hal-hazırda Cavabdeh1 10 avqust 2021-ci il tarixli, NRNPU-08758 saylı kredit müqaviləsi üzrə 744,3 manat, faiz borcu 84.23 manat, dəbbə borcu isə 400 manat olmaqla cəmi 1228.53 manat kredit borcu qalmışdır.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 744,3 manat, faiz borcu 84.23 manat, dəbbə borcu 400 manat olmaqla cəmi 1228.53 manat kredit borcu və 32.29 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC-nin Nərimanov filiaiı ilə Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, NRNPU-08758 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 744,3 manat, faiz borcu 84.23 manat, dəbbə borcu 400 manat olmaqla cəmi 1228.53 manat kredit borcu və 32.29 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-270/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-270/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver