Məhkəmə qərarları › İş №e-2(007)-2726/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2726/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2726/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 18 (on səkkiz) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2023-cü il tarixində 4261/2023G saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan “CHEVROLET CRUZE” minik markalı (qeydiyyat nişanı- ** TY ***; buraxılış ili-2016, BAN:1G1BE5SMXG7305233, rəngi-ağ) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir (İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 150435 saylı xx.xx.2023-cü il tarixli çıxarış). Qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 3828.66 (üç min səkkiz yüz iyirmi səkkiz.66) manat, faiz borcu 667.06 (altı yüz altmış yeddi.06) manat, dəbbə 1242.12 (bir min iki yüz qırx iki.12) manat, ümumilikdə 5737.84 (beş min yeddi yüz otuz yeddi.84) manat təşkil edir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsi üzrə ümumilikdə 5737.84 (beş min yeddi yüz otuz yeddi 84) manat (əsas borcu 3828.66 (üç min səkkiz yüz iyirmi səkkiz 66) manat, faiz borcu 667.06 (altı yüz altmış yeddi 06) manat, dəbbə 1242.12 (bir min iki yüz qırx iki.12) manat) məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “CHEVROLET CRUZE” minik markalı (qeydiyyat nişanı- ** TY ***; buraxılış ili-2016, BAN:1G1BE5SMXG7305233, rəngi-ağ) nəqliyyat vasitəsinə yönəldilməsi, yuxarıda göstərilən nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına İddiaçı MMC-yə 5737.84 (beş min yeddi yüz otuz yeddi.84) manat məbləğində borcun və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi məhkəmənin elektron kabineti vasitəsi ilə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə yükləyərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsi üzrə ümumilikdə 6013.51 (altı min on üç.51) manat (əsas borcu 3828.66 (üç min səkkiz yüz iyirmi səkkiz.66) manat, faiz borcu 942.73 (doqquz yüz qırx iki.73) manat, dəbbə 1242.12 (bir min iki yüz qırx iki.12) manat) məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi; tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “CHEVROLET CRUZE” minik markalı (qeydiyyat nişanı- ** TY ***; buraxılış ili-2016, BAN:1G1BE5SMXG7305233, rəngi-ağ) nəqliyyat vasitəsinə yönəldilməsi; yuxarıda göstərilən nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına İddiaçı MMC-yə 6013.51 (altı min on üç.51) manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 550 (beş yüz əlli) manat məbləğində xidmət haqqı və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə verərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib izahatında bildirdi ki, o, noyabr ayının axırı yaranmış borcunu ödəyə biləcək. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 18 (on səkkiz) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsinin təminatı qismində bağlanmış xx.xx.2023-cü il tarixli 4261/2023G saylı İpoteka müqaviləsindən və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 150435 saylı xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan “CHEVROLET CRUZE” minik markalı (qeydiyyat nişanı- ** TY ***; buraxılış ili-2016, BAN:1G1BE5SMXG7305233, rəngi-ağ) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, cavabdeh yaranmış borcun ödənilməsi, əks halda borcun ipoteka predmetinə tutma yönəldiləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu həmin tarixə əsas borc üzrə 3828.66 manat, faiz borcu üzrə 942.73 manat, dəbbə pulu üzrə 1242.12 manat olmaqla, cəmi 6013.51 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 78 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% (otuz iki) faiz hesablanmaq şərti ilə, 18 (on səkkiz) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 4261/2023 saylı Kredit müqaviləsinin təminatı qismində bağlanmış xx.xx.2023-cü il tarixli 4261/2023G saylı İpoteka müqaviləsindən və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 150435 saylı xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan “CHEVROLET CRUZE” minik markalı (qeydiyyat nişanı- ** TY ***; buraxılış ili-2016, BAN:1G1BE5SMXG7305233, rəngi-ağ) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi əsas verən haldır. Bununla da, müəyyən olundu ki, Cavabdeh özünə məxsus avtomobili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddəsinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli və iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan avtomobilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin razılaşmasına əsasən 15.000 (on beş) min manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə tutulacaq olan dəbbə pulu məbləğinə münasibətdə isə qeyd edir ki, tələb olunan dəbbə pulu məbləği tələb olunan əsas borc məbləğinə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi hüquqi yardıma görə 550 manat pul vəsaiti tutulmasına hissəsinə münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, BD1 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən həmin tarixdə hüquqi yardım göstərilməsi üçün “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesabına 550 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3828,66 manat əsas, 942,73 manat faiz, 100 manat dəbbə borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə 550 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 68 manat hissəsi tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməli, tutma Cavabdeh məxsus olan və ipoteka qoyulmuş “Chevrolet Cruze minik” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobilin ilkin satış qiyməti 15.000 manat müəyyən edilməli və həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə edilən pul vəsaitindən "xxxx" MMC-yə olan borc ödənilməli, artıq pul vəsaiti qaldığı halda Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3828,66 manat əsas, 942,73 manat faiz, 100 manat dəbbə borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə 550 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 68 manat hissəsi tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. Tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş “Chevrolet Cruze minik” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, ilkin satış qiyməti 15.000 manat müəyyən edilsin və həmin avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə edilən pul vəsaitindən "xxxx" MMC-yə olan borc ödənilsin, artıq pul vəsaiti qaldığı halda Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar