Məhkəmə qərarları › İş №e-2(007)-2727/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2727/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2727/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 284 (iki yüz səksən dörd) manat, borc məbləği 28 (iyirmi səkkiz) manat cərimələr üzrə borc qalığı və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaitinin tutularaq tələbkara ödənilməsinə dair qətnaməsi çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh ilə arasında 16 may 2018-ci il tarixli 01-AGT000024654 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 990 (doqquz yüz doxsan) manat olan “İphone 7” 128 black (İMEİ: **********52001) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ayın 16-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 82 (səksən iki) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-284 (iki yüz səksən dörd) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malm dəyərini ödəməkdən yayınmışdır.

İş materialları :

3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 may 2018-ci il tarixli, 01- AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “satıcı” alıcı Cavabdeh 9 ay müddətinə 990 manat dəyərində əmtəəni (İphone 7 128 black markalı mobil telefon və apple iph usb power adapter) satmağı, cavabdeh onu qəbul edib ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 may 2018-ci il tarixli, 01- AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2018-ci il tarixdən başlayaraq hər ayın 16-dən gec olmayaraq 9 ay müddətində hər ay 82 manat, sonuncu ay 84 manat ödəmək şərti ilə ilkin ödəniş 250 manat ödəməklə, cəmi 990 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

5. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, “Faktorinq müqaviləsi”ndən görünür ki, müştəri siyahısı və ümumi dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini Faktora güzəşt etməyi, faktor isə bunun müqabilində müqavilə üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərinin Faktora güzəşt etməyi, Faktor isə bunun müqabilində Müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öhdəsinə götürür.

6. İşə əlavə edilmiş materiallardan görünür ki, 16 may 2018-ci il tarixli, 01- AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələbin güzəşti barədə bildiriş Cavabdeh ünvanına göndərilmişdir.

7. xx.xx.2022-cü il tarixli, 01-AGT000024654 müqaviləsinə əlavə № 1-dən görünür ki, "xxxx" MMC tərəfindən alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt xx.xx.2018-ci il tarixli, 01-AGT000024654 saylı alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilmişdir.

8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 01- AGT000024654 saylı girov müqaviləsindən görünür ki, “Apple İPH USB Power adapter copy İMEİ:G2208; USB İPH5/6 COPY 1M İMEİ:G21230; İphone 7 128 GB Black modeli, 990 manat məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədi ilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaqla şərtilə girov qoyur.

9. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 16 may 2018-ci il tarixli, 01-AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 284 manat əsas borc, 28 manat cərimə olmaqla, ümumilikdə 312 manat borcu vardır.

10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh 16 may 2018-ci il tarixli, 01-AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2023-cü il tarixinə 312 manat borcu yaranmışdır. Cavabdeh borcunu 5 (beş) gün ərzində ödəmədiyi təqdirdə nisyə alqı-satqı müqaviləsinə xitam verilməsi məqsədi ilə və ümumi borcun məcburi, o cümlədən təminatın hesabına ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir.

11. xx.xx.2024-ci il tarixli mədaxil ********** saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları :

12. "xxxx" MMC ilə Cavabdeh arasında 16 may 2018-ci il tarixli, 01-AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin "xxxx" MMC qarşısında borcunun yaranması və "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-cü il tarixli faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh ilə arasında bağlanmış 16 may 2018-ci il tarixli, 01-AGT000024654 saylı alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququnun iddiaçıya güzəşt edilməsi işin mübahisəsiz hallarıdır.

13. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

14. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16 may 2018-ci il tarixli, 01-AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

19. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

20. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 may 2018-ci il tarixli, 01- AGT000024654 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, 16 may 2018-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək hər ay 82 manat ödəmək şərti ilə, ilkin ödəniş 250 manat ödəməklə, ümumi dəyəri 990 manat olan mobil telefon satın almışdır.

21. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

22. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 284 manat əsas borc, 28 manat cərimə borcu olmaqla, ümumilikdə 312 manat borcu vardır.

23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 001 nömrəli faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin tərəf olduğu və ya olmadığı alqı-satqı müqaviləsi üzrə tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.

25. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında faktorinq müqaviləsi bağlanılmış və 16 may 2018-ci il tarixli, 01-AGT000024654 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə güzəşt edilmişdir.

26. Mülki qanunvericiliyə əsasən faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.

27. Belə olan halda məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən 16 may 2018-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququ İddiaçı MMC-yə güzəşt ediliyindən və Cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının əsas borca görə 284 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

28. 16 may 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.3-cü maddəsinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsini tələb edə bilər.

29. xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinin 2.1-ci bəndinə əsasən borc tələbi hüququ faktora güzəşt edildiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Öhdəliyin icrasını təmin edən hüquqular, borc tələbilə bağlı olan digər hüquqlar, ödənilməmiş faizlərə (o cümlədən cərimə faizləri) hüquq, girov və ipoteka hüququ, habelə verilmiş zaminlik üzrə hüquqlar faktora keçir. Belə olan halda 16 may 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənişin gecikdirilməsinə görə müəyyən edilmiş 28 manat cərimə pulu üzrə tələb hüququ faktora keçmişdir.

30. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 28 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

31. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

32. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

33. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və 16 may 2018-ci il tarixli, 01-AGT000024654 saylı müqavilə üzrə 284 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 289 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16 may 2018-ci il tarixli, 01-AGT000024654 saylı müqavilə üzrə 284 manat əsas borc və cərimə qismində 5 manat olmaqla, cəmi 289 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar