Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-273/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109826-15057 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh1 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 14961 ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, müqavilə üzrə kredit borcu xx.xx.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 13425,55 manat illik 1% (bir faiz) dərəcəsi ilə 60 (altmış) ay müddətinə verilmişdir (uzadılmışdır). Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan «Kio Rio» markalı, ağ rəngli, mühərrik G4FACS244271, ban KNADN412BD6185699 nömrəli avtomobili xx.xx.2019-cu il tarixli 1098xx-xx-6335 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq, kredit alan şəxs Cavabdeh1 Bank qarşısında pul öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi tam icra edilməsini zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli 557471 saylı zaminlik müqaviləsi ilə öz üzərinə götürmüşdür. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticəsində cavabdehin ümumilikdə 5953,46 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Bundan başqa, bank ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 109826-1-5057/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 5950,39 manat məbləğində əsas borc, 3,07 manat məbləğində faiz borcu ümumilikdə 5953,46 manat pul məbləğinin və 79,53 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan «Kio Rio» markalı, ağ rəngli, ** VB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Nümayəndə 19 dekabr 2023-cü il tarixdə məhkəmənin elektron kabineti vasitəsi ilə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə yükləyərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 109826-1-5057/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 3953,49 manat məbləğində əsas borc, 0,17 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3953,66 manat pul məbləğinin və 79,53 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan «Kia Rio» markalı, ağ rəngli, ** VB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Nümayəndə 22 dekabr 2023-cü il tarixdə məhkəmənin elektron kabineti vasitəsi ilə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə yükləyərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 109826-1-5057/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 3303,66 manat pul məbləğinin və 79,53 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan «Kia Rio» markalı, ağ rəngli, ** VB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, əlavə olaraq bildirdi ki, Cavabdeh2 banka borclu olduğu məbləğin müəyyən hissəsini ödəmiş və bank həmin məbləği çıxaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Hazırda tələbləri cavabdehlərin banka borclu olduğu əsas borc kimi 3303 manat 66 qəpik məbləğində pul və məhkəməyə iddia ərizəsi ilə müraciət edərkəb ödənilmiş 79.53 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasıdır. Tələbdə göstərilən məbləğ yalnız əsas borcdur və cərimə yoxdur. Göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edib izahatında bildirdi ki, onun gecikmələri olsa da, borclu olduğu məbləği hər zaman müntəzəm ödəmişdir. Faktiki olaraq banka hər ay ödənişlər etmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -18 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 109826-1- 5057/2 saylı 2xx.xx.2019-cu il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə 5950.39 manat əsas borc, 3.07 manat faiz borcu olmaqla, ümumilikdə 5953.46 manat borcu var və o, müqavilə üzrə öhdəliyini xx.xx.2023-cü il tarixdən icra etmir. -19 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 “Bank VTB (Azərbaycan) ASC-yə 109826-1-5057/2 saylı 2xx.xx.2019-cu il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə 3953.49 manat əsas borc, 0.17 manat faiz borcu olmaqla, ümumilikdə 3953.66 manat borcu var və o, müqavilə üzrə öhdəliyini xx.xx.2023cü il tarixdən icra etmir. -22 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 “Bank VTB (Azərbaycan) ASC-yə 109826-1-5057/2 saylı 2xx.xx.2019-cu il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixinə 3303.66 manat borcu var. -15 avqust 2023-cü il, 19 dekabr 2023-cü il və 22 dekabr 2023-cü il tarixli İddiaçı ASC-yə məxsus Cavabdeh1 25 dekabr 2019-cu il tarixdən 15 avqust 2023-cü il tarixədək olan müddətdə, AZ21VTBA**********9826AZN001 cari hesabı üzrə ödəniş cədvəlləri iş materiallarına əlavə edilmişdir. -25 dekabr 2019-cu il tarixli müqavilənin surətindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, 28 dekabr 2012-ci il tarixli 109826-1-5057/2 saylı “Nağd pul krediti müqaviləsi” Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar restrukturizasiya olunmuşdur. -28 dekabr 2012-ci il tarixli, 069037 nömrəli İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 (ipoteka qoyan) “Kia Rio minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 28 dekabr 2012-ci il tarixdən 28 dekabr 2017-ci il tarixədək qüvvədə olan 1098xx-xx-6335 saylı nəqliyyat vasitəsinin ipotekası haqqında bağlanmış müqavilə üzrə İddiaçı ASC (ipoteka saxlayan) qarşısında ipotekaya qoymuşdur. -25 dekabr 2019-cu il tarixli, 1098xx-xx-6335 saylı “Daşınar əmlakın sonrakı ipoteka müqaviləsinin (avtomobil)” surətindən görünür ki, İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında daşınar əmlakın sonraki ipoteka müqaviləsi bağlanmışdır. İpotekanın predmeti Kia markalı, Rio model, (mühərrik: G4FACS244271, ban: KNADN412BD6185699, buraxılış ili: 2012, rəng: ağ) avtomobildir. Müqavilənin: 2.5-ci bəndinə əsasən, xx.xx.2012-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, ipoteka predmeti 17602 (on yeddi min altı yüz iki) dollar dəyərində qiymətlədirilir. İpoteka qoyan və İpoteka saxlayan ipoteka predmetinin 17602 (on yeddi min altı yüz iki) dollar dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər; 3.2-ci bəndinə əsasən, 25 dekabr 2019-cu il tarixli 109826- 1-5057/2 nömrəli “Kredit müqaviləsi”nə əsasən, İpoteka qoyan, İpoteka saxlayan tərəfindən verilmiş 13425.55 (on üç min dörd yüz iyirmi beş manat, 55 qəpik) manat məbləğdə krediti 60 (altmış) ay müddətində qaytarmağı və həmin kredit üzrə illik 1 (bir) faiz və bu müqavilədə nəzərdə tutulmuş cərimələr tətbiq edilməklə ödəməyi öhdəsinə götürmüşdür. 25 dekabr 2019-cu il tarixli, 109826-1-5057/2 saylı kredit müqaviləsi ilə ümumi kreditin məbləği 13425.55 (on üç min dörd yüz iyirmi beş manat, 55 qəpik) manat təşkil edir; 5.1-ci bəndinə əsasən, İpoteka saxlayanın aşağıdakı hallarda ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır: İpoteka ilə təmin edilən öhdəliklər «Kredit alan» tərəfindən ardıcıl və ya ümumi 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə və ya ipoteka predmetinin dəyəri aşağı düşdükdə, habelə ipoteka predmeti üçün təhlükə yarandıqda, İpoteka ilə təmin edilən öhdəlik(lər) üzrə İpoteka saxlayan vaxtından əvvəl tələb etmə hüququ yarandıqda, bu müqavilənin 4.1.1-4.1.3, 4.1.7, 4.1.8, 4.1.10, 4.1.12, 4.1.13, 4.1.14 və 4.1.15-ci bəndləri ilə müəyyənləşdirilən vəzifələr İpoteka qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda, «İpoteka qoyan» bu Müqavilənin 4.1.11ci bəndində nəzərdə tutulan razılaşmam, «İpoteka Saxlayan» tərəfindən qanunvericiliyə uyğun olaraq göndərilən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişdə göstərilmiş müddətdə bağlamadıqda «İpoteka Saxlayan» həm məhkəməyə müraciət etmədən (notariusun icra qeydi vasitəsi ilə və ya digər qaydada), həm də müraciət etməklə ipoteka predmetinə qanunvericiliklə müəyyənləşdirilən qaydada tutma yönəltməyə haqlıdır. -AB seriyalı, 901978 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 “Kia Rio minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir. -11 mart 2015-ci tarixli, 06-00899-2015 saylı İddiaçı ASC-yə bank fəaliyyətinin həyat keçirilməsi üçün verilmiş “Bank Lisenziyası”nın surətindən görünür ki, İddiaçı ASC 22 oktyabr 1993-cü il tarixində 162 sayla lisenziyaların mərkəzi reystrinə daxil edilmişdir. -25 dekabr 2019-cu il tarixli, 557471 nömrəli “Zaminlik Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit alan- Cavabdeh1 109826-1-5057/2 saylı, 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik «Kredit alan» və «Bank» arasında bağlanmış «Kredit müqavilə»dən ona edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir (bundan sonra «Zaminliklə təmin edilmiş öhdəlik» adlanacaq), bu Müqaviləyə görə «Zamin» Müqavilənin 2.6.-cı bəndində göstərilən öhdəliklər üzrə «Kredit alan»nın «Bank» qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Bu müqavilə üzrə «Zamin» «Bank»ın tələbinə qarşı «Kredit alan»ın irəli sürə biləcəyi etirazları irəli sürmək hüququna malik deyildir. «Bank»ın başqa üsulla icraya etiraz etmədiyi hallar istisna olmaqla, bu müqavilə üzrə «Zamin»in «Bank» qarşısında üzərinə götürdüyü öhdəlik pul ifadəsində icra edilir. «Bank» və «Kredit alan» arasında bağlanmış «Kredit müqaviləsi»nin bütün şərtləri «Zamin»ə tam məlumdur, «Bank» və «Kredit alan» arasında bağlanmış «Kredit Müqaviləsindən irəli gələn öhdəliklər üzrə «Bank» tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə «Zamin» «Bank» qarşısında «Kredit alan»la eyni şərtlər daxilində məsuliyyət daşıyır, «Zamin» vəfat etdikdə onun bu Müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun qanun və ya vəsiyyətnamə üzrə vərəsələrinə keçir. -19 iyul 2023-cü il tarixli, 4798 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC tərəfindən tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul öhdəliyinin icra edilməsi və öhdəlik icra edilmədikdə qanunvericiliyin tələbinə uyğun tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilmişdir. -26 iyul 2023-cü il tarixli, 3202 saylı ərizənin surətindən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə ərizə ünvanlayaraq, kredit alan- Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə ipoteka qoyana 19 iyul 2023-cü il tarixdə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyi bildirilmişdir. -19 iyul 2023-cü il tarixli, 4799 saylı bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş ünvanlanmışdır. -19 iyul 2023-cü il tarixli 801062 saylı, 19 iyul 2023-cü il tarixli 801060 saylı və 21 iyul 2023-cü il tarixli 802024 saylı qaimələrin surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanına 19 iyul 2023-cü il və 21 iyul 2023-cü il tarixlərdə məktublar göndərilmişdir. -23 avqust 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 79.53 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109826-15057 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh1 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 14961 ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, müqavilə üzrə kredit borcu xx.xx.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 13425,55 manat illik 1% (bir faiz) dərəcəsi ilə 60 (altmış) ay müddətinə verilmişdir (uzadılmışdır). Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan «Kio Rio» markalı, ağ rəngli, mühərrik G4FACS244271, ban KNADN412BD6185699 nömrəli avtomobili xx.xx.2019-cu il tarixli 1098xx-xx-6335 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq, kredit alan şəxs Cavabdeh1 Bank qarşısında pul öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi tam icra edilməsini zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli 557471 saylı zaminlik müqaviləsi ilə öz üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə pul məbləğini bankdan almışdır. Lakin cavabdehlər kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 28 dekabr 2012-ci il tarixli 109826-1-5057 nömrəli kredit müqaviləsi (xx.xx.2019-cu il tarixdə qeyd olunan müqavilə restrukturizasiya edilmişdir) üzrə götürdüyü öhdəliyə əməl edib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, Cavabdeh2 Təmraz oğlu 28 dekabr 2012-ci il tarixli 109826-1-5057 nömrəli kredit müqaviləsi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi əsas verən haldır. Bununla da, müəyyən olundu ki, Cavabdeh1 özünə məxsus avtomobili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddəsinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli və iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan avtomobilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3303,66 manat əsas borc və 79,53 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş “Kia Rio minik” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə edilən pul vəsaitindən İddiaçı ASC-yə olan borc ödənilməli, artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3303,66 manat əsas borc və 79,53 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş “Kia Rio minik” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə edilən pul vəsaitindən İddiaçı ASC-yə olan borc ödənilsin, artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-273/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-273/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver