Məhkəmə qərarları › İş №e-2(007)-2750/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2750/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2750/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi ) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 409.51 manat məbləğində əsas borcun, 51.85 manat məbləğində faiz borcunun, 90.31 manat məbləğində cərimənin, cəmi 551.67 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 910 manat məbləğində əsas borcun, 141.04 manat məbləğində faiz borcunun, 71.85 manat məbləğində cərimənin, cəmi 1122.89 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1674,56 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması; tutmanın iddiaçının xeyrinə girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnam çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində iddiaçı və cavabdeh arasında 00533-23, xx.xx.2023-cü il tarixində 02309-23 saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 43% olmaqla 780 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 30% olmaqla 910 manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 12 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi qızıl zinət əşyaları girov qoyulması barədə xx.xx.2023cü il tarixli 00533-23/G saylı və xx.xx.2023-cü il tarixli 02309-23/G saylı müqavilələr bağlanmışdır. Girov müqaviləsinin 1 saylı əlavədə qızıl zinət əşyalarının çeşidləri, əyyarı və çəkisi göstərilmişdir. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, lakin cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sonuncu ödənişi xx.xx.2024-cü il tarixində 120 olmaqla cəmi 564,94 manat ödəniş edib. Ödənilən məbləğdən 370,49 manat əsas borca, 210,17 manat faiz borcuna silinmiş və xx.xx.2023cü il tarixli müqaviləyə əsasən heç bir ödəniş olunmamışdır. xx.xx.2024-cü il tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdeh şəxsən bildirişlə tanış edilmişdir. "xxxx" ASC-nin 10 avqust 2023-cü il tarixli 094 saylı əmrinə əsasən baş ofisdə Kredit Departamentinə “kredit üzrə baş mütəxəssis” vəzifəsində işləmiş X3 19 dekabr 2023-cü il tarixdə ərizə ilə ASC-yə müraciət edərək işdən azad olunmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli 157 saylı əmrlə ərizəsinə əsasən tutuduğu kredirt üzrə baş mütəxəssis vəzifəsindən azad edilmişdir. "xxxx" ASC-nin dekabr ayı üzrə ödənilmiş məbləğlərinin yoxlanıması zamanı X1 “kreditlərin verilməsinə dair Qayda”lara zidd olaraq müştərilərin ona kredit borcunun ödənilməsi üçün vermiş olduqları pul məbləğlərinin müxtəlif yollarla ələ keçirib mənimsəməsi faktı aşkar edilmiş, 25 yanvar 2024-cü il tarixli uyğunsuzluq aktı tərtib edilmişdir. 25 yanvar 2024-cü il tarixli uyğunsuzluq aktına, “Kreditlərin verilməsinə dair Qayda”ların pozulmasına və İdarə Heyətinin 25 yanvar 2024-cü il tarixli protokoluna əsasən 25 yanvar 2024-cü il tarixli 008 saylı əmr tərtib edilmişdir. Kredit Departamentinin kredit üzrə baş mütəxəssisi Elvin Biyabani barəsində araşdırma aparılarkən o, vəzifəsindən sui-istifadə edərək, 01 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək İddiaçı BOKT ASC-yə ziyan vurub qanunsuz olaraq ələ keçirib mənimsəmiş, kredit ödənişləri üzrə aparılan əməliyyat sistemində "xxxx" MMC-nin 25019 saylı terminal hesabından müştərilər tərəfindən kredit borcları üzrə məbləğlərin ödənildiyini qeyd etmiş lakin, həmin tarixlərdə İddiaçı BOKT ASC-nin hesabında qeyd edilən ödənişlərin olmadığı aşkar edilmişdir. Belə ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında 780 manat kreditin verilməsinə dair bağlanmış FN/00533-23 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 503,80 manat ödənişin xx.xx.2023-cü il tarixdə, 25019 saylı hesabdan İddiaçı BOKT ASC-nin hesabına ödənilmədiyi müəyyən edilmişdir. Sonradan 25019 saylı terminal hesabından müştərilərin kredit borclarına yönəltdiyi məbləğlərin həmin müştərilərin kreditləri üzrə qalıq borclarının bərpa edilərək səhvlərə düzəliş edilməsi, adları qeyd edilmiş müştərilərin əməliyyatlarının geri qaytarılması barədə 25 yanvar 2024-cü il tarixli 008 saylı əmr tərtib edilmişdir. Bundan sonra E.Biyabani barəsində Xaçmaz Rayon Polis İdarəsinə və Prokuroluq orqanlarına şikayətlə müraciət edilmişdir. Hal hazırda istintaq hərəkətləri davam etdirilir və təhqiqat işi Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda araşdırılır. Halhazırki iddia üzrə cavabdeh uyğunsuzluq aktında adı qeyd edilən şəxslərdən olduğu üçün sistem üzrə cavabdehin adına borc məbləği qeyd olunur. Belə ki, E.Biyabani sistem üzrə ilk kredit üzrə borcun ödənildiyini qeyd etdiyi üçün yeni kredit və girov müqaviləsi bağlanmışdır. Cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli 00533-23 saylı müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixinə olan borcu aşağıdakılardən ibarətdir. Əsas məbləğ: 409.51 manat əsas məbləğə hesablanmış faizlər: 51.85 manat cərimə: 90.31 manat cəmi: 551.67 manat cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixinə olan borcu aşağıdakılardan ibarətdir. Əsas məbləğ: 910 manat əsas məbləğə hesablanmış faizlər: 141.04 manat cərimə: 71.85 manat cəmi: 1122.89 manat cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Girov predmeti olan qızıllar Finex Kredit” Bank Olmayan Kredit X6 Cəmiyyətindədir. İkinci müqaviləni tam bağlayıb. BOKT-un əməkdaşına verib pulu ki, ödəsin. Əməkdaş ödəməyibsə onun problemi deyil. Növbəti məhkəmə iclasında qəbzləri gətirəcək.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin 25 yanvar 2024-cü il tarixli, 026 nömrəli protokolunun surətindən görünür ki, 25 yanvar 2024-cü il tarixli “Uyğunsuzluq aktı”na əsasən müəyyən edilmiş və aktda adları qeyd edilmiş müştərilər tərəfindən ödənilməyən kredit ödənişlərinin BOKT-nın keçmiş əməkdaşı kredit üzrə baş mütəxəssis X3 tərəfindən “Kreditlərin verilməsinə dair Qayda”lara zidd olaraq balansın “25019 saylı terminal hesabı”ndan müştərilərin kredit borclarına yönəltdiyi məbləğlər həmin müştərilərin kreditləri üzrə qalıq borcları bərpa edilərək səhvlərə düzəliş edilməsi, adları aktda qeyd edilmiş müştərilər üzrə əməliyyatlar geri qaytarılması, Uyğunsuzluq aktında adları qeyd edilmiş şəxslər dəvət edilərək izahatları alınması, X1 icra etdiyi qaydalara zidd əməliyyatların araşdırılması üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ünvanlanması, Qərarın 1-ci bəndinin icrası Kredit Departamentinin direktoru Çingiz Quliyevə və Maliyyə Departamentinin direktoru Sevinc Qurbanovaya, 2 və 3-cü bəndinin icrası hüquqşünas Ramin İbayevə tapşırılması, icrasına nəzarəti İdarə Heyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə 503,80 manat kredit borclarına yönəldilməmişdir.

9. 25.01.2024-cü il tarixli uyğunsuzluq aktının surətindən görünür ki, "xxxx" MMC-nin terminalı vasitəsilə dekabr ayı üzrə mədaxil edilən ödənişlərin siyahısı İddiaçı BOKT ASCnin müvafiq dövr üçün balansının 25019 saylı hesabı ilə üzləşdirildi və aşkar edildi ki, ümumilikdə 24878.10 manat məbləği terminaldan “Finex Kredit" BOKT ASC-nin müştəriləri tərəfindən ödənilməmişdir, həmin məbləğin ödənişləri Kredit Departamentinin baş mütəxəssisi olmuş X3 tərəfindən “Kreditlərin verilməsinə dair Qayda”lara zidd olaraq İddiaçı BOKT ASC-nin 25019 saylı hesabdan Cavabdeh xx.xx.2023-cü ıl tarixdə 503,80 manat məbləğində vəsaiti mənimsəmişdir.

10. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti tərəfindən X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis İdarəsinə şikayət edilmişdir.

11. Uyğuzsuzluq cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 503,80 manat məbləğində İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə bocu qalmışdır.

12. 20 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 iyun 2024cü il tarixinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 409.51 manat məbləğində əsas, 51.85 manat faiz, 90.31 manat cərimə, cəmi 551.67 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 910 manat əsas, 141.04 manat faiz, 71.85 manat cərimə, cəmi 1122.89 manat borcu vardır.

13. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/00533-23 saylı kredit müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 43 faiz dərəcəsi ilə 780 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

14. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/00533-23/G saylı girov müqaviləsindən görünür ki, Cavabdeh həmin tarixli 00533-23 saylı kredit müqaviləsi üzrə götürdüyü 780 manat kredit məbləğinin təminatı kimi özünə məxsus olan bu müqavilənin ayrılmaz hissəsi olan əlavədə sadalanan qızıl-zinət əşyalarını girov qoymuşdur. Girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 1140 manat təşkil edir.

15. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/00533-23 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay müddətinə hər ayın 17-dən gec olmayaraq hər ay 81.11 manat, sonuncu ay 81.17 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

16. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/02309-23 saylı kredit müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 910 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

17. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/00533-23/G saylı girov müqaviləsindən görünür ki, Cavabdeh həmin tarixli 00533-23 saylı kredit müqaviləsi üzrə götürdüyü 910 manat kredit məbləğinin təminatı kimi özünə məxsus olan bu müqavilənin ayrılmaz hissəsi olan əlavədə sadalanan qızıl-zinət əşyalarını girov qoymuşdur. Girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 1247 manat təşkil edir.

18. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/02309-23 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay müddətinə hər ayın 14-dən gec olmayaraq hər ay 88.71 manat, sonuncu ay 88.74 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

19. 15 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 409,51 manat məbləğində əsas, 20,06 manat məbləğində faiz, 32,51 manat məbləğində cərimə, cəmi 462,08 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 910 manat məbləğində əsas, 91,75 manat məbləğində faiz, 26,25 manat məbləğində cərimə, cəmi 1028 manat məbləğində kredit borcu vardır. kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Əks təqdirdə kredit borcunun ödənilməsi tələbi ilə bağlı barəsində məhkəmədə iddia qaldırılması və qanunvericiliyə əsasən məhkəmə üçün çəkiləcək xərclərin ondan tutulacağı xəbərdar edilmişdir.

20. Cavabdeh xx.xx.2024-cü il tarixdə 120 manat sonuncu ödənişi etmişdir.

21. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 37 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

22. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/00533-23 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 43 faiz dərəcəsi ilə 780 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, FN/00533-23/G saylı girov müqaviləsinə əsasən Cavabdeh həmin tarixli FN/00533-23 saylı kredit müqaviləsi üzrə götürdüyü 780 manat kredit məbləğinin təminatı kimi özünə məxsus olan bu müqavilənin ayrılmaz hissəsi olan əlavədə sadalanan qızıl-zinət əşyalarını girov qoymuşdur. Girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 1140 manat təşkil edir. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FN/02309-23 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 910 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, FN/00533-23/G saylı girov müqaviləsinə əsasən Cavabdeh həmin tarixli FN/00533-23 saylı kredit müqaviləsi üzrə götürdüyü 910 manat kredit məbləğinin təminatı kimi özünə məxsus olan bu müqavilənin ayrılmaz hissəsi olan əlavədə sadalanan qızıl-zinət əşyalarını girov qoymuşdur. Girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 1247 manat təşkil edir. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 466-cı maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

26. Məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqavilələri bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Beləliklə, Cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

27. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməmişdir. Odur ki, iddiaçı kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən plenum qərarına əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı 15 aprel 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Bu səbəbdən cavabdehin mənafeyi nəzərə alınaraq xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 409,51 manat məbləğində əsas, 20,06 manat məbləğində faiz, 32,51 manat məbləğində cərimə, cəmi 462,08 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 910 manat məbləğində əsas, 91,75 manat məbləğində faiz, 26,25 manat məbləğində cərimə, cəmi 1028 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Həmçinin məhkəmə cavabdehin kredit borcunu İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin əməkdaşına ödəməsinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə iclasında ödəniş qəbzlərini təqdim edəcəyini bildirsə də təqdim etməmişdir. Beləliklə, Cavabdeh BOKT-a kredit borcunu ödəməsi sübuta yetmir və təqdim olunmuş sənədlərdən onun İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətininə borcu qaldığı müəyyən edilir.

30. Məhkəmə həmçinin cavabdehə izah etməyi zəruri hesab edir ki, ödəniş qəbzlərini təqdim etməklə ayrıca ictaatda BOKT-un əməkdaşından ona dəymiş maddi zərəri tələb etmək hüququ var.

31. Məhkəmə, tələbin “tutmanın iddiaçının xeyrinə girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

32. Belə ki, borcalan Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını girov qoyma yolu ilə təmin etdiyi kredit müqavilələri üzrə öhdəliyini yerinə yetirmədiyi üçün Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin tələbləri həmin girov predmetinə yönəldilməli və iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov predmeti olan qızıl-zinət əşyalarının dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir.

33. Məhkəmə iddia tələbinin “girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddia tələbi borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində yəni 409,51 manat məbləğində əsas, 20,06 manat məbləğində faiz, 32,51 manat məbləğində cərimə, cəmi 462,08 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 910 manat məbləğində əsas, 91,75 manat məbləğində faiz, 26,25 manat məbləğində cərimə, cəmi 1028 manat borc təmin edilmişdir. Odur ki, girov predmetinin satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması artıq lüzumsuzdur. Çünki girov predmeti açıq hərracdan satıldıqdan sonra iddiaçıya olan borcun ödənilməsinə kifayət etməsə də, cavabdehin iddiaçıya olan ümümi borcunun tutulması təmin edilmişdir.

Məhkəmə baxışının hədləri:

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

35. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 37 manat dövlət rüsumunun 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:

36. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 409,51 manat məbləğində əsas, 20,06 manat məbləğində faiz, 32,51 manat məbləğində cərimə, cəmi 462,08 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 910 manat məbləğində əsas, 91,75 manat məbləğində faiz, 26,25 manat məbləğində cərimə, cəmi 1028 manat borc məbləği və iş üzrə ödənilmiş 25 manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh məxsus olan və girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə olan borc ödənilməli, qızıl-zinət əşyalarının hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitindən İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 409,51 manat məbləğində əsas, 20,06 manat məbləğində faiz, 32,51 manat məbləğində cərimə, cəmi 462,08 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 910 manat məbləğində əsas, 91,75 manat məbləğində faiz, 26,25 manat məbləğində cərimə, cəmi 1028 manat borc məbləği və iş üzrə ödənilmiş 25 manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus olan və girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilsin, qızıl-zinət əşyaları açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə olan borc ödənilsin. Qızıl-zinət əşyalarının hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitindən İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar