Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2759/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Kreditor X1 borclu Guleryuzlu Ersinə qarşı “aliment” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor X2 borclu Guleryuzlu Ersinə qarşı “aliment” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 276.2.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.4-cü maddəsinə əsasən məhkəmə əmri tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə verilə bilər. 279.2.1-ci maddəsinə əsasən bundan başqa, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı aliment tələbi ilə bağlı məhkəmə əmri ilə bağlı ərizə versə də ərizə və ona əlavə edilmiş sənədlər ilə tərəflər arasında Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00210 saylı Barışıq Sazişi bağlanılmış və hazırda X2 həmin barışıq sazişi üzrə müəyyən olunmuş aliment məbləğinin qarşı tərəfdən tutulmasını istəyir. Hansı ki, Mediasiya prosesində bağlanılmış Barışıq sazişi barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. (AR MPM 355-23) Bundan əlavə məhkəmə qeyd edir ki, X2 tərəfindən Barışıq sazişi ərizəyə natam şəkildə əlavə edilmiş, sazişin yalnız birinci və sonuncu səhifələri əlavə edilmiş, nəticədə tərəflər arasında Barışıq Sazişi üzrə müəyyən olunmuş şərtlər və qaydalar, Barışıq sazişinin icra müddəti olan bəndlərlə bağlı hissələr əlavə edilməmişdir. Göründüyü kimi, Mediasiya prosesində bağlanılmış Barışıq sazişi üzrə aliment məbləğinin ödənilməsi barədə tələblər məhkəmə əmri icraatı qaydasında baxıla bilmədiyindən məhkəmə hesab edir ki, kreditor X1 borclu Guleryuzlu Ersinə qarşı “aliment” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor X1 borclu Guleryuzlu Ersinə qarşı “aliment” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2759/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2759/2025
10.07.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver