Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2792/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2500 manat əsas borc, vəfat etdiyi tarixə 28.75 manat faiz borcu olmaqla, cəmi 2528.75 manat borcun, kart limiti üzrə 207.7 manat əsas borc, 4.32 manat faiz borcu olmaqla, cəmi 212.02 manat borcun və ödənilmiş 47.41 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli BPM**********64 nömrəli X6 müqaviləsi və xx.xx.2021-ci il tarixli BPM**********29 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X3 illik 24%-lə, 36 ay müddətinə 1000 manat məbləğində kart limiti ayrılmış və illik 18%-lə, 24 ay müddətinə 2500 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 243299 nömrəli ölüm haqqında şəhadətaməyə əsasən, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1572/2023 nömrəli məktubdan görünür ki, Cavabdeh 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və miras əmlak Cavabdeh tərəfindən qəbul edilmişdir. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 2500 manat əsas borc, vəfat etdiyi tarixə 28.75 manat faiz borcu olmaqla, cəmi 2528.75 manat borcu, Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2023cü ilədək Banka ödənilməmiş kart limiti üzrə 207.7 manat əsas borc, 4.32 manat faiz borcu olmaqla, cəmi 212.02 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 47.41 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 19828/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahat verərək bildirdi ki, mərhum cavabdeh onun anasıdır. Anası bankdan kredit götürüb, daha sonra vəfat edib. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********70 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 illik 24%-lə, 36 ay müddətinə 1000 manat məbləğində kart limiti ayrılmış və illik 18%-lə, 24 ay müddətinə 2500 manat nağd kredit verilmişdir. X4 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş borcun 5 gün ərzində qaytarılması və ödənilməsi tələb olunmuşdur, əks təqdirdə "xxxx" ASC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdar etmişdir. - "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə nağd kredit üzrə 2500 manat əsas borc, 28.75 manat faiz borcu, cəmi 2528.75 manat borc, kart limiti üzrə 207.7 manat əsas borc, 4.32 manat faiz borcu olmaqla, cəmi 212.02 manat borcu vardır. - AZ-İİ seriyalı 243299 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir; - 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial ofisinin xx.xx.2023-cü il tarixli 1572/2023 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 52, mənzil 63-də qeydiyyatda olmuş X2 vərəsəlik işinin açılmasına dair mərhumun oğlu Cavabdeh müraciət etmiş və o miras əmlakdan tam hissədə paya dair Qanun üzrə Vəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 47.41 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0.40 manat bank xidmət haqqı tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli BPM**********64 nömrəli X6 müqaviləsi və xx.xx.2021-ci il tarixli BPM**********29 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X3 illik 24%-lə, 36 ay müddətinə 1000 manat məbləğində kart limiti ayrılmış və illik 18%-lə, 24 ay müddətinə 2500 manat nağd kredit verilmişdir. X4 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X4 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Mərhumun oğlu Cavabdeh vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Qeyd edilən səbəblərdən iddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial ofisinin xx.xx.2023-cü il tarixli 1572/2023 saylı məlumatından da göründüyü kimi, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəlik işinin açılmasına dair mərhumun oğlu Cavabdeh müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Cavabdeh mənzili miras əmlakı kimi qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdeh borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X2 vərəsəsi olan Cavabdeh miras əmlakını qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh yaranmış borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2500 manat əsas borc, vəfat etdiyi tarixə 28.75 manat faiz borcu olmaqla, cəmi 2528.75 manat borc, kart limiti üzrə 207.7 manat əsas borc, 4.32 manat faiz borcu olmaqla, cəmi 212.02 manat borc və ödənilmiş 47.41 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2500 manat əsas borc, 28.75 manat faiz borcu olmaqla, cəmi 2528.75 manat borc və kart limiti üzrə 207.7 manat əsas borc, 4.32 manat faiz borcu olmaqla, cəmi 212.02 manat borc və ödənilmiş 47.41 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2792/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2792/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver