Məhkəmə qərarları › İş №e-2(007)-2807/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2807/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2807/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8347,37 manat məbləğində əsas borc və 612,6 manat faiz borcu olmaqla, cəmi 8959,97 (səkkiz min doqquz yüz əlli doqquz manat 97 qəpik) manat borcun və 110,15 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14 oktyabr 2024 il tariхli, 109804-803089/2 nömrəli istehlak krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 9000 (Doqquz min (.00)) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 11 iyul 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 8347,37 manat məbləğində əsas bоrc və 612,6 manat faiz borcu оlmaqla, cəmi 8959,97 (səkkiz min doqquz yüz əlli doqquz (.97)) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirərək əlavə olaraq qeyd etdi ki, övladının xəstəliyi üçün pul götürmüş, vaxtında ödənişləri etmiş, sonradan uşağının vəziyyəti pisləşdiyi üçün ödəniş edə bilməmişdir. O, 2-3 aydır ki, işə girmişdir, gələn aydan ödənişləri vaxtında edəcəkdir. Ona bankdan ödənişi gecikdirəndə zəng etmişdilər. O, 1-2 ay bundan əvvəl, həmçinin bu yaxınlarda da 2-3 dəfə 100 manat olmaqla ödəniş etmişdir. Bundan əvvəl də bankdan pul götürmüş, onu vaxtından əvvəl qaytarmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizə verərək məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar üzürlü səbbədən məhkəmə iclasında iştirak edə bilmədiklərini, borclu ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmadığını bildirərək mülki iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış 14 oktyabr 2024 il tariхli, 109804-803089/2 nömrəli istehlak krеdit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixinə borc olması barədə bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış (xx.xx.2025-ci il tarixinə borc olması bildirişdə göstərilən məbləğdə) 409,74 manat faiz borcunu tələb edə bilər. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 8126,44 manat əsas borc, 820,43 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8946,87 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 408.7-ci, 421.3-cü, 448.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdeh tərəfindən ödənişlərin edilməsini, bunu iddiaçının qəbul etməsini və məhkəməyə ən son təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışını, həmçinin xx.xx.2025-ci il tarixli bildiriş ilə mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən bildirişdə göstərilən faiz məbləğini nəzərə alaraq hesb edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində qismən təmin edilərək cavabdehdən 8126,44 manat əsas borc və 409,74 manat faiz borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 109,60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8126,44 manat əsas borc, 409,74 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8536,18 manat məbləğində borc və 109,60 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar