Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-281/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştrakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh 12064,71 ABŞ dolları məbləğində əsas borcu, 6914,64 ABŞ dolları məbləğində faiz borcu, 1584,24 ABŞ dolları məbləğində Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumilikdə 20563.59 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 195 manat dövlət rüsumunun tutulub, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 22.062015-ci il tarixli, 014/15- K saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə, illik 18% dərəcəsi olmaqla 40 000 ABŞ dolları məbləğində kredit vəsait verilmişdir. 001- 02/16 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavə ilə müqavilə müddəti xx.xx.2020-ci il tarixədək müüddətə uzadılmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzlanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtı-vaxtında etməmişdir. Bunun nətcəsində banka 12064.71 ABŞ dolları məbləğində əsas borcu, 6914.64 ABŞ dolları məbləğində faiz borcu, 1584.24 ABŞ dolları faiz borcu, ümumilikdə 20563.59 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Bank tərəfində cavabdehə pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə şifahi formada, o cümlədən yazılı xəbərdarlıq edilmiş və qeyd olunan “Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin istifadəsinin gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlin bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, rəyin faizin azaldılması hissəsi ilə razı deyil. xx.xx.2020-ci il tarixə qədər faiz borcu 6914,64 ABŞ dolları olmuşdur. Həmçinin girov ilə bağlı bildirdi ki, arxivdə kreditin təminatı ilə bağlı sənədlərin müəyyən edilməsi mümkün olmamışdır. Borcu girova yönəltmək ya da yönəltməmək bankın hüququdur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini, ekspert rəyi ilə razı olduqlarını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən 17000 ABŞ dollarından çox ödəniş edilmişdir. Lakin borc məbləği hesablanarkən ödənişlər tam nəzərə alınmamışdır. Kredit müqaviləsində qeyd edilir ki, 50000 manat girov qoyulub, lakin kredit müqaviləsi üzrə tələbinin kredit müqaviləsinin təminatına yönəldilməsi tələb edilməmiş və girov müqaviləsi iddia tələbi üzrə sənədlərə əlavə edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 014/15-K saylı kredit müqaviləsinə əsasən borcluya illik 18% ödənilməsi şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə kreditin təminatı olaraq X4 məxsus **********5990001 saylı depozit hesabından 30000 manat vəsait və X7 məxsus **********3360000 saylı depozit hesabından 20000 manat məbləğində pul vəsaiti təminat verilmişdir. Lakin kreditin təminatı ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. xx.xx.2016-cı il tarixli 001-02/16 saylı kredit müqaviləsinə əlavəyə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri qüvvədə qalmaqla xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. X2 həmin müddət ərzində kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.20022-ci il tarixə cavabdehin 12064.71 ABŞ dolları əsas, 6914.64 ABŞ dolları faiz borcu 1584.24 ABŞ dolları cərimə olmaqla cəmi, 20563,59 ABŞ dolları borcu yarandığı müəyyən edilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil maliyyə arayışında göstərilən məbləğlə razılaşmadığından onun vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 9/9424 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin sonuna - əsas borc üzrə 12064,97 ABŞ dolları, faiz borcu üzrə 4077,96 ABŞ dolları (xx.xx.2020-ci il tarixə), iddia tarixinə- əsas borc üzrə 12064,97 ABŞ dolları, faiz borcu üzrə 4077,96 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 1.558,39 ABŞ dolları olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borclu qismində əsas borc üzrə 12064,71 ABŞ dolları, faiz borcu üzrə 6914,64 ABŞ dolları, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1584,24 ABŞ dolları faiz borcu borc müəyyən edilsə də, cavabdehdən iddiaçının xeyrinə əsas borc qismində xx.xx.2022-ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 12064,71 ABŞ dolları əsas borc və ekspert rəyi ilə müəyyən olunmuş 4077,96 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmaqla 1.558,39 ABŞ dolları məbləğində faiz borc tutulmalıdır. Məhkəmə həmçinin kredit müqaviləinin təminatı olaraq depozit hesablarının qoyulmasına baxmayaraq iddia tələbində onlarla bağlı tələb irəli sürülməməsinə münasibətdə bildirir ki, hazırda iddiaçı iddiasında müqavilə üzrə borc məbləğinin tutulmasını tələb etdiyi üçün, məhkəmə də iddia tələbi həcmində işə baxıb qətnamə çıxarmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12064,71 ABŞ dolları əsas borc, 4077,96 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1558,39 ABŞ dolları faiz borcu və ödənilmiş 195 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12064,71 ABŞ dolları əsas borc, 4077,96 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1558,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17701,06 ABŞ dolları borc məbləği və ödənilmiş 195 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-281/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-281/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver