Məhkəmə qərarları › İş №e-2(007)-283/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-283/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-283/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “icra qeydlərinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab olunaq mənzillərin yüklülükdən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab olunaq mənzillərin yüklülükdən azad edilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Almaniya Federativ Respublikasının vətəndaşı Alıjew Elschad 200000 manat məbləğində ona pul borc verib. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə 100000 manat pul borc verib. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisinin notariusu X4 tərəfindən rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən ünvan 4, mənzil 69 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən ona məxsus ümumi sahəsi 111,1 kv.m olan mənzil və ünvan 4, mənzil 70 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən ona məxsus ümumi sahəsi 111,1 kv.m olan mənzillər cavabdehin xeyrinə yüklü edilib. Cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət edərək, 14 sentyabr 2022ci il tarixli icra qeydləri alıb və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərib. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinə əsasən tələb olunan 300000 (üç yüz min) manat məbləğində kredit məbləği üzrə icra qeydləri qanunsuz və əssasız olduğu üçün ləğv olunmalıdır. Belə ki, cavabdeh 10 noyabr 2020-ci il tarixli müqavilə üzrə kredit müqaviləsi rəsmiləşdirildiklə 6 (altı) ay 8000 manat olmaqla, 48000 manat pulu əvvəlcədən ondan çıxmaqla bu məbləği ona verib və 6000 manat pulu isə onun nümayəndəsi Şahid ondan evinin həyətində qəbul edib. Cavabdeh 20 avqust 2021-ci il tarixli müqavilə üzrə kredit müqaviləsi rəsmiləşdirildiklə 6 (altı) ay 7000 manat olmaqla, 42000 manat pulu əvvəlcədən ondan çıxmaqla bu məbləği ona verilmiş 5000 manat isə onun nümayəndəsi Şahid məndən evinin həyətində qəbul edib. Əks təqdirdə isə onun marağı nədən ibarət olub ki, faizsiz olaraq bu məbləğdə vəsaiti müddətli borc rəsmiləşdirməklə ona verib. Bu məbləğləri çıxanda onun cavabdehə borcu 199000 manatdır. Əlavə olaraq qeyd etmək istəyir ki, barəsində Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin mövcud olduğunu, bu yaxın vaxtlarda Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən edilən telefon zəngindən və onun əsasında çağırış əsasında məlumatı olub. Belə ki, cavabdehlə aralarında bağlanmış müqavilələrin şərtlərinə əsasən ondan 300000 (üç yüz min) manat məbləğində pulun ödənilməsini tələb edir. Lakin borc yuxarıda qeyd etdiyi kimi 199000 manat civarında olmalıdır. Lakin Bakı şəhəri 18 saylı Notariat Ofisi icra qeydinə əsasən 300000 manat məbləğin ondan tutularaq cavabdehə ödənilməsi tələb olunur. Bundan başqa, ipoteka rəsmiləşdirilməsi də düzgün icra edilməyib və 100000 manat kredit müqaviləsi bağlandığı vaxt mənzillər yüklü edilməyib və sonradan 10 noyabr 2020-ci il tarixdə rəsmiləşdirildikdə Neftiçilər ərazisində yerləşən notariat kontorunda rəsmiləşsə də 50 saylı notariat ofisində rəsmiləşdirildiyi sənədlərlə müəyyən edilir və hər iki müqavilə ayrı reyestr nömrələri ilə qeydiyyata alınsa da, yəni 7435 və 7436 nömrələri düzgün olmadan qeydiyyata alınıb və xx.xx.2021-ci il tarixdə rəsmiləşdirildiyi görsənir. Halbuki müqaviləyə baxdıqda görsənir ki, 10 noyabr 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Hesab edir ki, burada qanunvericiliyin tələbləri pozulub. Həmçinin, icra işi ilə əlaqədar ipotekaya yönəldilmə barədə tələb olmadığından hesab edir ki, yüklülüyün qalması da mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyət cavabdeh Alıjew Elschad tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanıb və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli icra sənədi bu qayda da icra edilə bilməz və onun icrası “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq icra məcburi dayandırılmalıdır. Beləliklə kredit ödənişinin gecikdirmənin əsas səbəbi həmin müddət ərzində dünyaya yayılmış pandemiyanın ölkədə də ağır nəticələrə səbəb olması və Respublikada xüsusi karantin rejiminin tədbiq olunması nəticəsində ondan irəli gəlib. Hesab edir ki, bu hal MM-nin tələbinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Qeyd edilənlərə əsasən Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 santyabr 2022-ci il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi və 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 4, mənzil 69 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus ümumi sahəsi 111,1 kv.m olan və ünvan 4, mənzil 70 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus ümumi sahəsi 111,1 kv.m olan mənzillərin yüklülükdən (həbsdən) azad edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh Elschad Alıjew iddianı qəbul etmir, hesab edir ki, iddia ərizəsində göstərilən hallar uydurma olmaqla iddia təmin edilməməlidir. Caavabdeh bildirir ki, həqiqətən də onunla iddiaçı arasında Bakı şəhəri 50 saylı notariat ofisində iki kredit müqavilələri və kreditlərin təminatı kimi ipoteka müqaviləsi bağlanmış, iddiaçıya 300000 (üç yüz min) manat borc (kredit) vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 8610 nömrəli reyestrlə qeydə alınmış 14 santyabr 2022-ci il tarixli və 8611 nömrəli reyestrlə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinin qanunsuz olduğundan ləğv edilməsi və 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 4, mənzil 69 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus ümumi sahəsi 111.1 kv.m olan və ünvan 4, mənzil 70 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus ümumi sahəsi 111.1 kv.m olan mənzillərin yüklülükdən (həbsdən) azad edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı (səlahiyyətli nümayəndəsi), cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisi, Bakı şəhəri 50 saylı Notariat Ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tam qanunsuz və əsassız olmaqla rədd olunmalıdır. Çünki icra qeydinin verilməsinə əsas olmuş hallar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda birbaşa olaraq göstərilib. Orada 21 gün gözləmə səbəbləri var. İş materiallarından da iddiaçının göstərdiyi ərizədə, bağlanan 2020 və 2021-ci il tarixli kredit müqavilələri üzrə müvafiq ipoteka və sonrakı ipoteka müqavilələri üzrə müddət keçdiyindən və tərəf müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən, burada iddiaçı qeyd edir, xüsusi vurğulamaq istəyir ki, öhdəlik birbaşa depozit hesabı, yəni bank hesabı vasitəsi ilə olmalıdır. Mövcud qeydiyyata görə əgər bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclu öz borcunu ödəmək niyyətindədirsə və bunu sübut etmək üçün məhkəmədə hər hansı bir sənəd təqdim etməlidirsə, mütləq şəkildə borclu olduğu şəxsin adına açılmış bank hesabı ilə əlaqədə qəbzlər təqdim etməlidir. İş materiallarını araşdırdıqda orada hər hansı bir qəbz görməyib. Ona görə də mövcud vəziyyətdə 200000 və 100000 manat məbləğində borc olduğu kimi qalır. Qanunamüvafiq şəkildə də müraciətə əsasən icra qeydi aparılıb. Ona görə də, iddianı tam qanunsuz və əsassız hesab edir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır. Borc müqaviləsi notarial qaydada bağlandığı halda borc da notarial qaydada qaytarılmalı idi. Elschad Alıjewin nümayəndəsi olub. 18 saylı Notariat Ofisində 200000 manat, 50 saylı Notariat Ofisində 100000 manat borca dair müqavilə bağlanılıb. Notariat Ofisində pul kassaya verilib və kassadan da pul götürülüb. İddiaçı Qərı̇ b oğlunu tanıyır. Borcu verən şəxs Elschad Alıjew olub. O, sadəcə vasitəçi olub. İddiaçı Qərı̇ b oğlu ona pul qaytarmayıb. Əgər İddiaçı Qərı̇ b oğlu pulu qaytarsaydı, notarial qaydada borcdan silinməsini tələb edərdi. İddiaçı pulu kassadan götürüb, kassaya da qaytarmalı idi. Bu barədə İddiaçı məlumatı olub. O, İddiaçı heç bir pul məbləği qəbul etməyib. O, başqa şəxslərin adına və ya öz adına kartlar verməyib. İddiaçı 300000 manatdan ona heç bir məbləğ qaytarmayıb. Məhkəmə cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elschad Alıjew ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, Elschad Alıjew İddiaçı xx.xx.2021-ci il tarixinədək, 200000 manat məbləğində kredit vermişdir.Tərəflər kreditin faisiz veriməsini şərtləndirir. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yaızlı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. - İpoteka saxlayan Elschad Alıjew ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4, mənzil 69 (Yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən və ünvan 4, mənzil 70 (Yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən mənzillərini kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Öhdəliyin ölçüsü illik 0 faiz dərəcəsi ilə verilmiş 200000 manat təşkil edir. - Elschad Alıjew ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, Elschad Alıjew İddiaçı xx.xx.2022-ci il tarixinədək, 100000 manat məbləğində kredit vermişdir.Tərəflər kreditin faisiz veriməsini şərtləndirir. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yaızlı bildiriş göndərməsindən 20 gün sonra notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. - İpoteka saxlayan Elschad Alıjew ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-728 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4, mənzil 69 (Yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən və ünvan 4, mənzil 70 (Yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən mənzillərini 3M-727 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə sonrakı ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Öhdəliyin ölçüsü illik 0 faiz dərəcəsi ilə verilmiş 100000 manat və həmin öhdəliyin icrasının təminatı olan əlavə öhdəliklər təşkil edir. - Elschad Alıjew tərəfindən borclu İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu öhdəliyi icra etmədiyi təqdirdə Azəraycan Respublikasının qanunlarına əsasən məhkəmədə ona qarşı müqavilə öhdəliyin icra edilməsi və borucn ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmiş, həmçinin qeyd olunan bildiriş poçt vasitəsilə də borcluya göndərilmiş və bildiriş xx.xx.2024-cü ildə borcluya çatdırılmışdır. - Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, reyestrdə 8İ-8610 ilə qeyd edilmiş icra qeydin surətindən görünür ki, Almaniya Federativ Respublikasının vətəndaşı, müvəqqəti ünvan 6 ünvanında qeydiyyatda olan Elschad Alıjewin xeyrinə ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 200000 manatın tutulması, bundan əlavə ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 200025 manat 00 qəpik pulun tutulması təklif edilmişdir. - Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, reyestrdə 8İ-8611 ilə qeyd edilmiş icra qeydin surətindən görünür ki, Almaniya Federativ Respublikasının vətəndaşı, müvəqqəti ünvan 6 ünvanında qeydiyyatda olan Elschad Alıjewin xeyrinə ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 100000 manatın tutulması, bundan əlavə ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 100025 manat 00 qəpik pulun tutulması təklif edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Elschad Alıjew ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi əsasən Elschad Alıjew İddiaçı xx.xx.2021-ci il tarixinədək, 200000 manat məbləğində, həmçinin Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixinədək, 100000 manat məbləğində kredit vermişdir. İddiaçı öhdəliyi vaxtında ödəcəyəyinə dair öhdəlik götürmüşdür. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan Elschad Alıjew ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə və Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-728 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4, mənzil 69 (Yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən və ünvan 4, mənzil 70 (Yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən mənzillərini kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə həmin müqavilələr üzrə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Kreditor tərəfindən borclu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməkdən müxtəlif yollarla yayındığı üçün İddiaçı barəsində icra qeydinin aparılması xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məktub göndərilmiş və kredit müqaviləsi üzrə borcun qaytarılması xahiş edilmişdir. Həmin bildiriş İddiaçı xx.xx.2022-ci ildə çatdırılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə icra qeydləri aparılmışdır. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, reyestrdə 8İ-8611 ilə qeyd edilmiş icra qeyinə əsasən Elschad Alıjewin xeyrinə İddiaçı 100025 manat 00 qəpik pulun və həmin notarius tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, reyestrdə 8İ-8611 ilə qeyd edilmiş icra qeydinə əsasən Elschad Alıjewin xeyrinə İddiaçı cəmi 100025 manat 00 qəpik pulun tutulması təklif edilmişdir. Hazırda isə iddiaçı həmin icra qeydlərinin qanunsuz olduğundan ləğv edilməsi və 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 4, mənzil 69 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus ümumi sahəsi 111.1 kv.m olan və ünvan 4, mənzil 70 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus ümumi sahəsi 111.1 kv.m olan mənzillərin yüklülükdən (həbsdən) azad edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçı Elschad Alıjew tərəfindən borcunun düzgün hesablanmadığını qeyd etsə də, göstərilən hal icra qeydinin ləğv edilməsi üçün əsas deyil, Elschad Alıjew ilə iddiaçı arasında mövcud olan mübahisədir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı tələbində icra qeydinin ləğvi əsası kimi Azərbaycan Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad etmişdir. Belə ki, MM-in 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. İddiaçı həmin normaya istinad edərək, pandemiya səbəbindən kredit ödənişinin gecikdirildiyini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, hazırkı iddianın predmeti kredit müqavilələrinin ləğvi deyil, icra qeydinin ləğvi və digər tələblərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2022-ci il tarixli icra qeydlərinin verilməsinə əsas Elschad Alıjew ilə borclu İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il xx.xx.2021-ci il tarixli kredit müqavilələri olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X2 qanunvericiliyin tələblərinə uyğun olaraq Elschad Alıjewin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirdirmişdir, Elschad Alıjew isə ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “18 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı isə iddiaçının nümayəndəsi və vəkili iddiaçıya göndərilən bildirişin çatdırılmasına dair qaimədəki imzanın ona məxsus olmadığını iddia edərək, müvafiq edkpertizanın keçirilməsi xahiş edilmişdir. Bundan sonra məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətini nəzərə alaraq xx.xx.2024-cü il tarixdə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizanın keçirilməsi qərarını almışdır. Lakin müvafiq sənədlərin əsli (qaimənin) təqdim edilmədiyindən ekspertizanın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəməyə təqdim edilmiş 524736 saylı qaimənin surətindən görünür ki, bildiriş iddiaçının ünvanına, yəni Nəsimi küçəsi, ev 15, məznil 15 ünvanına göndərilmiş və xx.xx.2024-cü ildə “Həsənov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmçinin, cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkilini tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktub xx.xx.2022-ci ildə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia etdiyi hal, yəni bildirişin iddiaçı tərəfindən təhvil alınmaması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı buna dair mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddianı “icra qeydlərinin ləğvi” hissəsində əsassız hesab edir. Məhkəmə iddia tələbinin “20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması” hissəsinə münasibətdə qeyd edir ki, ipoteka saxlayan Elschad Alıjew ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan 69 və 70 saylı mənzillərini kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Öhdəliyin ölçüsü illik 0 faiz dərəcəsi ilə verilmiş 200000 manat təşkil edir. Həmçinin, İpoteka saxlayan Elschad Alıjew ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M- 728 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan 69 və 70 saylı mənzillərini 3M-727 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə sonrakı ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Öhdəliyin ölçüsü illik 0 faiz dərəcəsi ilə verilmiş 100000 manat və həmin öhdəliyin icrasının təminatı olan əlavə öhdəliklər təşkil edir. Hər iki müqavilə üzrə ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 300000 manat müəyyən edilmişdir. Belə ki, tərəflər arasında ilkin olaraq xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və kredit müqaviləsi üzr öhdəlikləriin icrasının təminatı kimi xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi, bundan sonra isə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı ancaq sonuncu ipoteka müqaviləsinin etibarsız hesab olunmasını xahiş edir. MM-in: 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırda məhkəmə araşdırması zamanı xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsızlığı əsasları müəyyən edilməmişdir. Mübahisələndirilən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə əsasızdır. Məhkəmə həmçinin qeyd edir ki, “iddiaçıya məxsus mənzillərin yüklülükdən (həbsdən) azad edilməsi” tələbi “20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması” tələbindən törəmə tələbdir. İddianın “ipoteka müqaviləsinin etibarsız hesab olunması” hissəsi təmin edilməyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “icra qeydlərinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab olunaq mənzillərin yüklülükdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “icra qeydlərinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab olunaq mənzillərin yüklülükdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar