Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2858/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Kreditor Məhdud Məsuliyyətlki Cəmiyyətinin Borclu qarşı “borcun ödənilməsi” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1994-cü il təvəllüdlü Borclu tərəflər arasında bağlanmış 31 avqust 2019-cu il tarixli BXK5729797-M saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1142 (min yüz qırx iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu, 17 oktyabr 2019-cu il tarixli BXK5742109-M saylı nisyə alqı-atqı müqaviləsinə əsasən 221 (iki yüz iyirmi bir) manat əsas borc müqavilə üzrə hesablanmış 50 (əlli) manat faiz borcu və 100 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1713 (min yeddi yüz on üç) manat pulun alınaraq iddiaçı Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən etdim ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ərizədə Borclu ünvanı ünvan 1ı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu rəsmi qeydə alındığı yer ünvan 2 1 inzibati bina ünvanıdır. Beləliklə, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, kreditora, borclunun rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu kreditora büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 18:50:22) görünür ki, Kreditor nümayəndəsi Nümayəndə hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə belə qənaətə gəlirəm ki, Kreditor Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi geri qaytarıldığından ödənilmiş 100 manat dövlət rüsumu büdcədən kreditora geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Məhdud Məsuliyyətlki Cəmiyyətinin Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ kreditora izah olunsun. Əizənin verilməsinə görə Kreditor nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 100 ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 18:50:22) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2858/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2858/2023
12.09.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver