Məhkəmə qərarları › İş №e-2(007)-2864/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2864/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2864/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********83 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, banka ödənilməmiş 496.06 manat əsas, 120.25 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış BPM**********83 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və CavabdehAbdrakipovnaya xx.xx.2023-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak, ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********76-05101- 093025 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh məxsus 1/3 hissədən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh BPM**********83 nömrəli, xx.xx.2020-ci il tarixlikredit müqaviləsinə əsasən, tam kredit borcu üzrə, Banka ödənilməmiş– 496.06 manat əsas və 120.25 manat faiz borcu qalmışdır. Cavabdeh Akçurin RaisAbdrakipoviçinvərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş materialları :

3. X4 məxsus hesab üzrə xx.xx.2020-xx.xx.2024-cü dövrü əhatə edən çıxarışdan görünür ki, hesab üzrə sonuncu dəfə ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.

4. Maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 496.06 manat əsas, 120.25 manat faiz borcu vardır.

5. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-22573/24 saylı bildirişindən görünür ki, "xxxx" ASCnin Mərdəkan şöbəsi ilə X5 arasında bağlanılmış BPM**********83 nömrəli, xx.xx.2020-ci il tarixli, kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla, 500 məbləğində kredit limiti ayrılmış, X5 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notarius ofisinin xx.xx.2024-cü il tarixli, məktubuna əsasən X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. BPM**********83 nömrəli, xx.xx.2020-ci il tarixli, kredit müqaviləsi üzrə əsas borca görə 496.06 manat və buna müvafiq olaraq hesablanmış faiz borcunun 3 gün müddətində ödənilməsi, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

6. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın miras qoyanın bacısı Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilmiş və ona miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.

7. xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi bacısı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

9. İddiaçının nümayəndəsinin məhkəməyə ünvanlandırdığı ərizədən görünür ki, mülki iş üzrə əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş edilmişdir.

Tərəflərin izahatları :

10. İddiaçı "xxxx" ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

11. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və mülki iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

12. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

15. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.

17. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

18. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən mülki iş üzrə əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən və Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş baxılmamış saxlanılmalıdır.

Nəticə :

19. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

20. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, Vöen:**********, büdcə təsnifat kodu:14221102, qəbzin nömrəsi:**********, tarix:xx.xx.2024, saat:16:29:37) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

21. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, Vöen:**********, büdcə təsnifat kodu:14221102, qəbzin nömrəsi:**********, tarix:xx.xx.2024, saat:16:29:37) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya iddianın baxılmamış saxlanması üçün əsas olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar