Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2872/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı CavabdehMMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilə azadlığı, qarışıq müqavilə”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi- vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "Obraz Baku” MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "Obraz Baku” MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "Obraz Baku” MMC ilə aralarında bağlanmış satınalma şərli ilə icarə müqavilələri üzrə yaranmış, ümumilikdə 122.084,5 manat borcun və ödənilmiş 407 manat dövlət rüsumunun cavabdeh “Obraz Baku1' MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarındaa xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli “Satınalma şərti ilə icarə müqavilə”ləri bağlanmışdır. Müqavilələrin 1-ci bəndinə əsasən tərəflərindən səhnə və şou kostyumları, dekor ləvazimatları icarəyə götürülmüşdür. Həmin bəndə görə icarə müddətinin sonunda icarə predmetinin icarəçi tərəfindən, onlar tərəfindən satın alınmış olduğu qeyd olunmuşdur. Sözügedən müqavilələr də tərəflərindən imzalanmış və möhürlənmişdir. Bildirir ki, qeyd edilən müqavilələr üzrə icarə haqqları ödənilməmişdir. İcarə haqlarının ödənilməməsi gecikmə yaranmasına səbəb olmuşdur ki, müqavilələrin 2.2-ci maddəsinə görə də hər gecikmə günü üçün aylıq ödənişin 1 faizi həcmində dəbbə pulu müəyyən olunmuşdur.
İş materialları :
3. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0199/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 10.000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.
4. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış 02 oktyabr 2024-cü il tarixli TM0199/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 10000 manat dəyərində 20 adda, 31 ədəd geyim əşyası sifarişlə tikilmişdir.
5. xx.xx.2025-ci il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında 02 oktyabr 2024-cü il tarixli TM0199/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi X1 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 10000 manat dəyərində olan 31 ədəd, 20 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.
6. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış 02 oktyabr 2024-cü il tarixli İM0199/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1666 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.
7. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış 02 oktyabr 2024-cü il tarixli İM0199/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, 10000 manat dəyərində 31 ədəd, 20 adda geyim əşyası icarənin predmetini təşkil edir.
8. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli TM0292/2024 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 22.500 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.
9. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış 15 dekabr 2024-cü il tarixli TM0292/2024 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli əlavədən görünür ki, 22500 manat dəyərində 19 adda, 158 ədəd geyim əşyası sifarişlə tikilmişdir.
10. 15 dekabr 2024-cü il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında 15 dekabr 2024-cü il tarixli TM0292/2024 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi X1 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 22500 manat dəyərində olan 158 ədəd, 19 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.
11. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış 15 dekabr 2024-cü il tarixli İM0292/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən dekor ləvazimatlarını (bundan sonra “icarə predmeti”) İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində Müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə prednıetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 3750 manat təşkil edir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.
12. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış 15 dekabr 2024-cü il tarixli İM0292/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, 22500 manat dəyərində 158 ədəd, 19 adda geyim əşyası icarənin predmetini təşkil edir.
13. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli TM031/2025 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 7000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.
14. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli TM031/2025 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli Əlavədən görünür ki, 7000 manat dəyərində 13 adda, 28 ədəd geyim əşyası sifarişlə tikilmişdir.
15. xx.xx.2025-ci il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli TM031/2025 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi X1 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 7000 manat dəyərində olan 28 ədəd, 13 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.
16. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM031/2025 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1073 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.
17. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM031/2025 saylı “satınalma şərti ilə icarə” müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, 7000 manat dəyərində 28 ədəd, 13 adda geyim əşyası icarənin predmetini təşkil edir.
18. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli TM0348/2025 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 8000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.
19. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli TM0348/2025 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli Əlavədən görünür ki, 8000 manat dəyərində 15 adda, 30 ədəd geyim əşyası sifarişlə tikilmişdir.
20. xx.xx.2025-ci il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli TM0348/2025 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi X1 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 8000 manat dəyərində olan 30 ədəd, 15 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.
21. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM0348/2024 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 2560 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 5 ay müəyyən olunur.
22. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM0348/2025 saylı “satınalma şərti ilə icarə” müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, 8000 manat dəyərində 30 ədəd, 15 adda geyim əşyası icarənin predmetini təşkil edir.
23. İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli TM032/2025 saylı “tikiş xidməti müqaviləsi”ndən görünür ki, icraçı sifarişçi üçün sifarişlə tikiş xidmətləri göstərib, hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 7000 manat təşkil edir. Sifarişçi xidmət haqqını tam şəkildə xidmətin icrası başlananadək nağdsız qaydada icraçıya ödəyir.
24. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli TM032/2025 saylı “tikiş xidmətinin göstərilməsi haqqında müqavilə”yə 1 nömrəli Əlavədən görünür ki, 7000 manat dəyərində 13 adda, 28 ədəd geyim əşyası sifarişlə tikilmişdir.
25. xx.xx.2025-ci il tarixli “xidmətin təhvil verilməsi haqqında” aktdan görünür ki, “sifarişlə tikiş xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli TM032/2025 saylı müqavilə üzrə icraçı Cavabdeh MMC və sifarişçi X1 bu aktı təsdiq edirlər ki, siyahıda qeyd edilmiş hazır məhsullar- 7000 manat dəyərində olan 28 ədəd, 13 adda geyim əşyası icraçı tərəfindən hazırlanaraq, sifarişçiyə təhvil verilmişdir.
26. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM032/2025 saylı “satınalma şərti ilə icarə” müqaviləsindən görünür ki, icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verir, İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Tərəfərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir. İcarə müddəti ərzində icarə predmetinin təmiri, kimyəvi təmizlənməsi, yuyulması və saz vəziyyətdə saxlanılması icarəçinin öhdəliyindədir. İcarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. İcarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 1073 manat təşkil edir. İcarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarənin müddəti 12 ay müəyyən olunur.
27. İddiaçı ilə "Obraz Baku” MMC arasında bağlanılmış xx.xx.2025-ci il tarixli İM032/2025 saylı “satınalma şərti ilə icarə” müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, 7000 manat dəyərində 28 ədəd, 13 adda geyim əşyası icarənin predmetini təşkil edir.
28. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli,xx.xx.2025-ci il tarixli, 10.01.205-ci il tarixli və xx.xx.2025-ci il tarixli “Satınalma şərti ilə icarə” müqavilələri bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən tərəflərindən səhnə və şou kostyumları, dekor ləvazimatları icarəyə götürülmüşdür. Qeyd olunan müqavilələr üzrə icarə haqqları ödənilməmişdir. İcarə haqqlarının ödənilməməsi gecikmə yaranmasına səbəb olmuşdur ki, müqavilələri 2.2-ci maddəsinə görə hər gecikmə günü üçün aylıq ödənişin 1 faizi həcmində dəbbə pulu müəyyən olunmuşdur. Tərəflərindən dəfələrlə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmiş, lakin borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Qeyd olunan müqavilələr üzrə 116732.3 manat borc 3 gün müddətində ödənilmədiyi təqdirdə dəyən zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
29. İş materiallarına ödəniş qəbzləri əlavə edilmişdir.
30. İş materiallarına “WhatsApp” mobil tətbiqində “Obraz Company” kanalında yerləşdirilmiş elanlara dair çıxarışlar əlavə edilmişdir.
31. İş materiallarına 1 ədəd CD disk əlavə olunmuşdur.
32. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 407 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
33. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Cavabdeh ilə 2024-cü il tarixdən “WhatsApp” mobil tətbiqi üzərindən bir neçə ay danışıqlar aparılmışdır. Onların imkanları ilə yerində gedib tanış olmuşam. Cavabdehnun Gəncə şəhərində, Lənkəran şəhərində filialları, Bakı şəhərində 2 filialı vardır. Birinci dəfə cavbadeh ilə 7000 manatlıq, daha sonra isə 10000 manat müqavilələr bağlamışlar. Müqavilənin şərtlərinə əsasən o pulu verir, cavabdeh tikir və arendaya verir. Sonra onun ödənişini geri qaytarırlar. Cavadeh tərəfindən fevral ayının 1 və 2-ə qədər olan ödənişlərlə bağlı heç bir problemi yoxdur, belə ki fevral ayının 1-2-sinə qədər olan bütün ödənişlər ödənilmişdir.
34. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə var və müqavilə mülki qanunvericiliyə uyğun bağlanılmışdır. Əvvələr tərəflər arasında hər hası bir problem yaranmamışdır. Sonradan cavabdeh tərəf ödənişləri gecikdirməyə başalamış və iddiaçı tərəfdən gecikmələrlə bağlı vaxt istəmişdir. İddiaçı tərəf kifayət qədər ödənişlərin olunması ilə bağlı vaxt vermişdir. Məhkəmədən öncə cavabdeh tərəfə pretenziya qaydasında da, müraciət olunmuş, lakin heç bir nəticə olmamışdır. Bütün bunlara əsasən iddia tələbinin təmin edilməsini və Cavabdeh MMC-dən 122.084,5 manat borcun və ödənilmiş 407 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkil və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbininə münasibətləri neytraldır. İddiaçı tərəfin sübutları kifayət qədər deyildir. Onların ödədiyi məbləği təsdiq edən sənədlər yoxdur. Müqavilələr bağlanıb, amma malların təhvil verilməsi ilə bağlı məlumat yoxdur. Elə müqavilələr varki hələ müddəti tam olmayıb, ancaq iddia ərizəsində qeyd olunmuşdur. Müqavilələrə uyğun ödədiyi ödənişin qəbzini məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda şirkətin real vəziyyəti yaxşı deyil. Keçən il təyyarə qəzasından sonra şənliklər təxirə salındığından şirkətin maliyyə durumu kəskin şəkildə pisləşmişdir. Ona görə də belə bir nəticə yaranmışdır. Bu günə olan təklif odur ki, hazır məhsul var, ancaq pul yoxdur. Pulun əvəzinə məhsullar verilə bilər.
İşin faktiki halı :
36. Cavabdeh MMC şəhnə və şou kostyumlarının, dekor ləvazimatlarının satışını, icarəsini və uşaq əyləncə tədbirlərinin təşkilini həyata keçirir.
37. Cavabdeh MMC tərəfindən yatırım qoymaqla 50-100% gəlir əldə etmə imkanı ilə müqavilə bağlamaq təklifi elan edilmişdir. Elan edilmiş təklif onun tərəfindən hazırlanan səhnə və şou kostyumlarının satın alınaraq cavabdehə icarəyə verilməsi ilə bağlı olmuşdur.
38. Elan edilmiş təklif üzrə iddiaçı ilə cavabdeh arasında razılaşma əldə edilmiş və müvafiq müqavilələr bağlanılmışdır.
39. Tərəflər arasında əldə edilmiş ilk razılaşma üzrə iddiaçı tərəfindən müvafiq məbləğdə pul vəsaitinin yatırım olaraq qoyulması və cavabdeh tərəfindən isə müqavilə müddəti ərzində razılaşdırılmış gəliri hər ay hissə-hissə ödəmək, müqavilə müddətinin sonunda isə yatırım olaraq qoyulmuş pul vəsaitini tam şəkildə ödəmək barədə razılaşmışlar.
40. Daha sonra əldə edilmiş razılıq üzrə iddiaçı tərəfindən yatırım olaraq qoyulmuş pul vəsaitinin müqavilə müddəti ərzində hər ay razılaşdırılmış gəlir ilə birlikdə hissə-hissə ödəmənilməsi barədə razılaşmışlar.
41. Tərəflər arasında qeyd edilə müqavilə münasibəti tərəflər arasında bağlanmış “tikiş xidməti müqaviləsi” və “satınalma şərti ilə icarə müqaviləsi” ilə rəsmiləşdirilmişdir.
42. “Tikiş xidməti müqaviləsi”nə əsasən cavabdeh tərəfindən hazır məhsullar (səhnə və şou kostyumları, dekor ləvazimatları) dəyəri nağd şəkildə ödənilməklə iddiaçıya təhvil verilmişdir.
43. “Satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən iddiaçı tərəfindən həmin səhnə və şou kostyumlarının, dekor ləvazimatlarının hər ay icarə haqqı ödəməklə cavabdehə icarəyə verilməsi və ödənilmiş icarə haqqlarının yarısının satınalma dəyərinə hesablanmaqla sonda icarə predmetinin cavabdeh tərəfindən satın alınmış hesab edilməsi barədə razılaşmışlar.
Məhkəmə baxışının hədləri:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq:
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü madddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmənin mövqeyi :
47. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
48. İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı “122.084.5 manat pul vəsaitinin tutulması” tələbi tərəflər arasında bağlanmış “satınalma şərti ilə icarə müqaviləsi” üzrə icarə haqqlarının ödənilməməsi ilə əsaslandırılmışdır.
49. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
50. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
51. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir (“Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı).
52. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, Cavabdeh MMC şəhnə və şou kostyumlarının, dekor ləvazimatlarının satışını, icarəsini və uşaq əyləncə tədbirlərinin təşkilini həyata keçirir. Onun tərəfindən rəsmi internet səhifələrində yatırım qoymaqla 60%, 100% gəlir əldə etmək imkanını nəzərdə tutan müqavilə bağlanılmasına dair təklif verilmişdir.
53. Cavabdeh MMC tərəfindən verilmiş təklif İddiaçı tərəfindən qəbul edilərək tərəflər arasında eyni gündə “tikiş xidməti müqaviləsi” və “satınalma şərti ilə icarə” müqaviləsi bağlanılmışdır.
54. Tərəflər arasında bağlanmış “Tikiş xidməti müqaviləsi”nin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icraçı (Cavabdeh MMC) sifarişçi (İddiaçı) üçün sifarişlə tikiş xidmətləri göstərib aşağıda göstərilən hazır məhsulları ona təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürür. İcraçı tərəfindən tikiş xidməti göstərilən səhnə və şou kostyumlarının siyahısı (adı, sayı, qiyməti və dəyəri göstərilməklə) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə №1-də göstərilir.
55. Tərəflər arasında bağlanmış “Satınalma şərti ilə icarə müqaviləsi”nin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəyə verən (İddiaçı) dekor ləvazimatlarını və ya səhnə və şou kostyumlarını icarəçiyə (Cavabdeh MMC) icarəyə verir. İcarəçi isə bunun müqabilində müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür.
56. Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarə predmeti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilən Əlavə № 1-də göstərilir.
57. Müqavilənin 1.4-cü bəndində nəzərdə tutulmuşdur ki, icarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur.
58. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan “xxx” manat (hər müqavilə üzrə icarə haqqı miqdarı və icarə müddəti fərqlidir) təşkil edir.
59. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından qanunvericilikdə qadağan olmayan bir çox müqavilənin ünsürlərini özündə əks etdirən müqavilə münasibətləri olmuşdur.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
61. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.
62. İşin müəyyən edilmiş faktiki halı odur ki, tərəflər arasında razılaşma odur ki, iddiaçı tərəfindən müəyyən hissəsini (50-100%-ni) gəlir olaraq əldə etmək şərtilə yatırım qoyulur, cavabdeh isə qoyulan yatırımı hər ay razılaşdırılmış gəlir ilə birlikdə iddiaçıya geri qaytarmağı öhdəsinə götürür.
63. Tərəflər arasında əldə edilmiş razılığın rəsmilləşdirilmiş forması isə belə olmuşdur ki, eyni gündə tərəflər arasında bağlanmış “tikiş xidməti müqaviləsi”nə əsasən hazır şou kostyumları və ya dekor ləvazimatları cavabdeh tərəfindən iddiaçıya təhvil verilir, daha sonra isə eyni gündə bağlanmış “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən isə iddiaçı tərəfindən cavabdehdən təhvil alınmış şou kostyumları və ya dekor ləvazimatları cavabdehə icarəyə verilir və cavabdeh tərəfindən iddiaçıya icarə haqqı verilir və verilmiş icarə haqqının yarısı isə satınalma dəyərinə hesablanaraq sonda icarə predmetləri cavabdeh tərəfindən satın alınmış olur.
64. Yəni cavabdeh pul vəsaiti cəlb etmək üçün faktiki olaraq öz hazırladığı məhsulu iddiaçıya satmış, daha sonra isə iddiaçıdan həmin məhsulu dəyərini razılaşdırılmış gəlir ilə birlikdə hissə-hissə ödəməklə satın almışdır.
65. Müqavilə münasibətlərinə daxil olarkən iddiaçının məqsədi gəlir əldə etmək, cavabdehin məqsədi isə pul vəsaiti cəlb etməklə fəaliyyət göstərmək, fəaliyyətini genişləndirmək olmuşdur.
66. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən ilk öncə tərəflər arasında bağlanılmış müqavilələrin etibarlılığı yoxlanılmış və müəyyən edilmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmışdır.
67. Belə ki, məhkəmə tərəfindən cavabdehin realda qeyd edildiyi kimi şou kostyumlarının, dekor ləvazimatlarının kirayəsi, satışı və d. fəaliyyət göstəribgöstərmədiyini aydınlaşdırmaq üçün cavabdehin rəsmi internet səhifəsinə məhkəmə iclasında baxış keçirilmiş və qeyd edilən hallar öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, onun tərəfindən cavabdeh ilə müqavilə münasibətlərinə daxil olmamışdan öncə cavabdehin fəaliyyət göstərdiyi ünvana baxış keçirmiş, onun fəaliyyəti, tikiş sexi ilə tanış olmuş, həmçinin müqavilədə qeyd edilən şou kostyumlar görmüşdür.
68. Məhkəmə qeyd edir ki, işin faktiki halı odur ki, tərəflər azad bazar iqtisadiyyatı şəraitində, müqavilə azadlığı prinsipi çərçivəsində bir neçə müqavilənin ünsürlərini özündə əks etdiriən müqavilə münasibətlərinə daxil olmuşlar. Yəni faktiki olaraq pul vəsaitini investisiya olaraq qoymuş, həmin pul vəsaiti hesabına cavabdeh öz fəaliyyətini təşkil etmiş, səhnə və şou kostyumlarını tikmiş, həmin kostyumları başqa şəxslərə icarəyə vermiş və ya satışını həyata keçirmiş həmçinin həmin kostyumlardan istifadə etməklə tədbirlər təşkil edərək gəlir əldə etmişdir.
69. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “tikiş xidmət müqaviləsi” özündə podrat müqaviləsinin ünsürlərini əks etdirsə də, hazırki mülki iş üzrə faktiki olaraq iddiaçının xidmətin nəticəsinə mülkiyyət hüququ əldə etməyə marağı olmamış, faktiki olaraq mülkiyyət ona keçməmiş, həmin məhsullar eyni gündə onun tərəfindən cavabdehə icarəyə verilmişdir.
70. “Satınalma şərtilə icarə müqaviləsi” isə özündə icarə müqaviləsi ilə alqı-satqı müqaviləsinin ünsürlərini əks etirsə də, hazırki mülki iş üzrə icarə müqaviləsindən fərqli olaraq icarə müddətinin sonunda icarəçi tərəfindən icarə predmetinin satın alınma şərti, nisyə alqı-satqı müqaviləsindən fərqli olaraq isə ödənilmiş aylıq icarə haqqlarının yarısının satınalma dəyəri olaraq, yarısının isə gəlir olaraq ödənilməsi nəzərdə tutulmuşdur.
71. Qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçıları təcrübədə bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq lazımi qaydada yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu, tərəflərin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan qarşılıqlı güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, bağlamaq istədikləri əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. ola bilər.
72. Odur ki, tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsi adlandırılması bu əqdin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər.
73. Mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır.
74. Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (MM, 404.1 və 404.2-ci maddələr)
75. Beləliklə, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində müqavilə münasibətlərinə daxil olmaqla, müqavilədə hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir.
76. Tərəflər arasında əldə edilmiş razılaşma isə ondan ibarət olmuşdur ki, cavabdeh “satınalma şərtilə icarə müqaviləsi”nin predmetini təşkil edən məhsullara görə iddiaçıya hər ay (hər bir müqavilə üzrə icarə müddəti fərqlidir) sabit məbləğ (hər müqavilə üzrə fərqli məbləğ) ödəməli və həmin ödənilən məbləğin isə yarısı satınalma dəyərini, yarısı isə əldə edilmiş razılıq üzrə iddiaçıya ödənilməli olan, iddiaçı tərəfindən qoyulan yatırım üzrə əldə etməli olduğu məbləği təşkil etmişdir.
77. Məhkəmə qeyd edir ki, hazır ki mülki işin cavabdehin vəkil və nümayəndəsi tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən qiymət verilməli olan halları iddiaçı tərəfindən cavabdehdən alınmış məhsulların cavabdehə təhvil verilib-verilməməsi, o cümlədən müqavilə münasibətlərinə xitam vermədən məhkəməyə iddia tələbi ilə müraciət etməsidir.
78. Belə ki, cavabdehin vəkil və nümayəndəsi bildirmişdir ki, iş materiallarında cavabdeh tərəfindən məhsulların iddiaçıya təhvil verilməsinə dair akt olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məhsulların cavabdehə təhvil verilməsini təsdiq edən akt yoxdur. Həmçinin qeyd etmişdir ki, tərəflər arasında müqavilə qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir.
79. İlk növbədə qeyd edək ki, cavabdehin vəkil və nümayəndəsinin iddiaçı tərəfindən məhsulların cavabdehə təhvil verilməsini təsdiq edən akt olmamasına dair bildirdikləri tərəflər arasında yaranmış müqavilə münasibətlərinin xarakteri nəzərə alındıqda ağlabatan olmamaqla, məsuliyyətdən yayınmağa çalışmaq üçün verilmiş izahat olaraq qiymətləndirilməlidir.
80. Ona görə ağlabatan deyildir ki, sual yaranır ki, “satınalma şərti ilə icarə müqaviləsi”nə uyğun olaraq cavabdehə təhvil verməyəcək idisə tərəflər arasında bağlanılmış “tikiş xidməti müqaviləsi”nin predmetini təşkil edən sou kostyumlarını satın almaq iddiaçıya nə üçün lazım idi. Məhkəmə qeyd edir ki, hazırki mülki işin faktiki halları (cavabdehin həyata keçirdiyi fəaliyyət, müqavilələrin eyni gündə bağlanılması, yaranmış müqavilə münasibətlərinin xarakteri, cavabdeh tərəfindən həyata keçirilən ödənişlər vəd.) nəzərə alındıqda qeyd edilən halı (təhvil verilməmə) sübut etmə yükü cavabdehin üzərinə düşür.
81. O da qeyd edilir ki, cavabdehin vəkil-nümayəndəsinin iddiaçı tərəfindən məhsulların cavabdehə təhvil verilməsini təsdiq edən akt olmamasına dair bildirdikləri öz izahatı ilə təkzib olunur. Belə ki, o, izahatında bildirmişdir ki, tərəflər arasında “elanda” (iş materiallarında olan) olduğu kimi münasibətlər yaranmış və mövcud olmuşdur. Həmçinin məhkəməyə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərə dair qəbzlər təqdim etmişdir.
82. Məhkəmə həmçinin cavabdehin vəkil və nümayəndəsinin “pul əvəzinə məhsullar verilə bilər” məzmunlu izahatına münasibətdə qeyd edir ki, tərəflər arasında yaranmış müqavilə münasibətlərinin xarakteri, mahiyyəti, əldə edilmiş razılıq nəzərə alındıqda cavabdeh tərəfin bu mövqeyi əsassızdır. Belə ki, tərəflər arasında əldə edilmiş razılıq o, olmuşdur ki, iddiaçı öz pul vəsaitini investisiya olaraq qoyur və əvəzində isə gəlir əldə edir. Tərəflər arasında yaranmış müqavilə münasibətlərinin xarakteri göstərir ki, iddiaçı tərəfindən müqavilə münasibətlərinə daxil olan zaman onun məhsula mülkiyyət hüququ əldə eməyə marağı olmamış, ümumiyyətlə belə bir razılaşma olmamışdır. Onun müqavilə münasibətlərinə daxil olan zaman iradə ifadəsi cavabdeh tərəfindən hazırlanan məhsula mülkiyyət hüququ əldə etməyə deyil, gəlir əldə etməyə yönəlmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya məhsulların verilməsi tərəflər arasında əldə edilmiş razılaşmaya ziddir.
83. Cavabdehin vəkil və nümayəndəsinin müqavilənin qüvvədə olmasına baxmayaraq iddiaçı tərəfindən pulun tutulması ilə bağlı tələb irəli sürməsinin yolverilməz olduğuna dair bildirdiklərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
84. Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halında borclu icranı gecikdirmiş sayılır.
85. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
86. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
87. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilərək 3 gün müddətində öhdəliyin icrası tələb edilmiş, lakin cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə icraatı zamanı da cavabdeh tərəfindən ödəniş edilməmişdir. Yəni işin faktiki halı odur ki, cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçı tərəfindən müqavilə Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq birtərəfli qaydada ləğv edilmişdir.
88. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
89. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsi, ödənişlərin həyata keçirilməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu olaraq qiymətləndirilməlidir. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının cavabdeh ilə müqavilə münasibətlərinə daxil olmasının əsasını həyata keçirilməli olan ödənişlər təşkil edir. Həmin ödənişlərin həyata keçirilməməsi isə iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcdə məhrum edir.
90. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş “müqavilədə nəzərdə tutulmuş müddət bitmədən müqaviləyə xitam verilə bilməz” şərtinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bu şərt Mülki Məcəlləyə zidd olduğundan etibarlı hesab edilə bilməz.
91. Cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən və məhkəmə icraatı zamanı öhdəliyin yaxın vaxtlarda icra edilməsi ehtimalının az olduğu müəyyən edildiyindən (cavabdehin vəkil və nümayəndəsinin izahatı ilə) məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
92. İddiaçı tərəfindən tələb edilən pul vəsaitinin məbləği ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir.
93. İlk növbədə qeyd edək ki, yuxarıda qeyd etdiyimiz kimi iddiaçı cavabdeh ilə müqavilə münasibətlərinə daxil olan zaman onun gözləntisi və cavabdeh tərəfindən edilən təklif gəlir əldə etmək, cavabdeh isə pul vəsaiti cəlb edərək öz fəaliyyətini həyata keçirmək. Məhz qeyd edilən məqsəd ilə tərəflər arasında müqavilə münasibətləri yaranmışdır. Həmin müqavilə münasibətlərinə əsasən cavabdeh iddiaçıya təhvil verdiyi məhsulu, onun dəyərini hissə-hissə gəlir ilə birlikdə ödəmək şərtilə iddiaçıdan satın almışdır. Müqavilə ilə müəyyən edilmiş məbləğin yarısı satınalma dəyərini, yarısı isə iddiaçıya ödənilməli olan pul vəsaitini (razılaşdırılmış gəlir) təşkil etmişdir.
94. Müqavilə üzrə risk isə bir qayda olaraq cavabdehin üzərinə düşmüşdür. Müqavilədə qeyd edilən qaydadan bir istisna müəyyən edilmişdir ki, o da müqavilənin 6.1ci bəndində nəzərdə tutulmuşdur.
95. Həmin bənddə nəzərdə tutulur ki, qarşıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, pandemiya, kommendant saatı və ya el şənliklərinin təşkilinin rəsmi qaydada məhdudlaşdırıldığı digər hallar) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə biləvasitə təsir etmiş olsunlar.
96. Cavabdeh tərəf tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının mümkünsüzlüyü 2024-cü ilin dekabr ayında baş vermiş təyyarə qəzası nəticəsində şənliklərin dayandırılması ilə əsaslandırılmış, lakin məhkəməyə məhz qeyd edilən səbəbdən öhdəliyin icrasının mümkünsüzlüyünə dair sübut təqdim edilməmişdir. Əksinə təqdim edilmiş qəbzlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən yanvar ayı üzrə ödənişlər həyata keçirilmişdir.
97. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən cavabdeh öz üzərinə iddiaçıya satdığı məhsulların dəyərini əlavə təklif etdiyi gəlirlə ödəmək öhdəliyi götürdüyündən və müqavilə üzrə öhdəliyin icrasının ondan asılı olmayan səbəblərdən mümkünsüzlüyünü sübut edə bilmədiyindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə, müqavilə şərtlərinə uyğun olaraq müəyyən edilmiş vəsaiti ödəməlidir.
98. İlk növbədə qeyd edək ki, hər iki tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri hazırki mülki iş üzrə təqdim edilmiş müqavilələrdən daha öncə yaranmış, aralarında bağlanmış başqa müqavilələr olmuşdur ki, onlar cavabdeh tərəfindən icra edilib qurtarmışdır.
99. Belə olan halda cavabdeh tərəfindən təqdim edilən qəbzlərin hansı müqavilə üzrə ödənilməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Cavabdehin vəkil və nümayəndəsi də izahatında həmin ödənişlərin hansı müqavilələr üzrə həyata keçirilmiş ödənişlər olduğundan məlumatlı olmadığını bildirmişdir.
100. İddiaçı tərəfindən bildirilən isə o, olmuşdur ki, cavabdeh tərəfindən ödənişlər fevral ayından başlanılaraq ödənilməmişdir. İddiaçı bildirmişdir ki, hazırki mülki iş üzrə təqdim edilmiş müqavilələrdən xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə ümumiyyətlə ödəniş olmamış, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4 ay, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə bir ay ödəniş olmuşdur.
101. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “satınalma şərti ilə icarə müqaviləsi”nə əsasən cavabdeh üzərinə 12 ay müddətinə hər ay 1666 manat (vergi daxil olmadan) ödəmək öhdəliyi götürmüşdür.
102. İddiaçının bildirməsinə əsasən qeyd edilən müqavilə üzrə cavabdeh tərəfindən 4 ay ödəniş edilmişdir. Cavabdeh tərəfindən isə bunu əksini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Ümumiyyətlə qeyd edək ki, cavabdehin vəkil və nümayəndəsi tərəfindən öhdəliyin icra edilməməsi mübahisələndirilməmişdir.
103. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə cavabdeh üzərinə 12 ay müddətinə hər ay 3750 manat (vergi daxil olmadan) ödəmək öhdəliyi götürmüşdür. Qeyd edilən müqavilə üzrə iddiaçının bildirməsinə əsasən bir ay ödəniş olmuşdur.
104. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh üzərinə 12 ay müddətinə hər ay 1073 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 5 ay müddətinə hər ay 2560 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən isə 12 ay müddətinə hər ay 1073 manat ödəmək öhdəliyi götürmüşdür.
105. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-dən xx.xx.2024cü il tarixli müqavilə üzrə 13328 manat (1666x8), xx.xx.2024-cü il tarixli müqavilə üzrə 41250 manat (3750x11), xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12876 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12800 manat (2560x5) və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 128760 manat (1073x12) məbləğində pul vəsaiti tutulmasına dair iddia tələbi əsaslıdır.
106. İddia tələbinin “dəbbə pulu tutulması”na dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin icra edilməməsi nəticəsində cavabdeh tərəfindən dəbbə pulu ödənilməsi şərti tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğundan iddiaçı öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş cərimə məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.
107. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin tməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
108. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bununla belə, hər hansı müqavilə, o cümlədən icarə müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.
109. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
110. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə hesablanmış cərimə məbləğlərinin hər müqavilə üzrə 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri :
111. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 370.14 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Nəticə :
112. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 93380 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 370.14 manat məbləğində vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13328 manat və 50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 41250 manat və 50 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12876 manat və 50 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12800 manat və 50 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 128760 manat və 50 manat cərimə olmaqla, cəmi 93380 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 370.14 manat məbləğində vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva