Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-291/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X1rşı “borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və X1rşı “borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və zamin X2 birgə qaydada 10184 manat məbləğində əsas borcu, 1120 manat faiz borcu, 1184 manat cərimə borcu olmaqla, cəmi 12488 manat məbləğində borc və 127,46 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, tutulmanın ipoteka predmeti olan 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, qeyd edilən girov predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı "xxxx" ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, həmin girov predmetinin satışından əldə olunmuş vəsait cavabdehlərin "xxxx" ASC-yə olan əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1 və X2 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli PKSTN-1042 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi üçün 24 ay müddətinə illik 42 % (qırx iki) ödəmək şərtilə 12000 (on iki min) AZN məbləğində kredit verilib. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, **- EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobil iddiaçının xeyrinə girov qoyulub. Eyni zamanda həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 zamini X4 ilə PKSTN-1042 nömrəli zaminlik müqaviləsi bağlanıb. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti istehlakçının mülkiyyətinə verir və istehlakçı isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin icra edilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməyib. Hazırda cavabdehdən 10184 manat məbləğində əsas borcu, 1120 manat faiz borcu, 1184 manat cərimə borcu olmaqla, cəmi 12488 manat məbləğində borc pul tutulmalıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraicət edərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, 10184 manat əsas, 873 manat faiz, 127,46 manat dövlət rüsumu və cərimə məbləğini qəbul edir. Avtomobilin ilkin satış qiyməti ilə razıdır, faiz borcunu mübahisələndirmir, ekspertiza keçirilməsini tələb etmir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, o bankla razıdır, bank nə tələb edir, o da olsun. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ipoteka predmetinin ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəyə uyğun izahat verərək, iddianın qismən təmin edilməsinə etiraz etmədi. Cavabdeh X3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli PKSTN-1042 kredit müqaviləsindən görünür ki, "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC Cavabdeh1 24 ay müddətinə, illik 42 faiz ödəmək şərtilə, 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə zamin X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli PKSTN-1042 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X4 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri borclu Cavabdeh1 icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür; - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli PKSTN-1042 saylı ipoteka müqaviləsindən görünür ki, 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobil bazar dəyəri 20000 manat qiymətləndirilərək xx.xx.2023-cü il tarixli PKSTN-1042 saylı kredit müqaviləsi üzrə və bu müqavilədə göstəriən öhdəliklərin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda kredit müqaviləsinə xitam verilməsi və borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 10184 manat əsas borcu, 1120 manat faiz borcu, 1184 manat dəbbə borcu olmaqla, cəmi 12488 manat borcu vardır; - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC tərəfindən 127,46 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli PKSTN-1042 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 42 faiz ödəmək şərtilə, 12000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər cavabdeh X4 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2023-cü il tarixdə borcalanla birlikdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər kreditin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 iddiaçı "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli PKSTN-1042 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, X4 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 10184 manat əsas borcu, 1120 manat faiz borcu, 1184 manat dəbbə borcu olmaqla, cəmi 12488 manat borcu vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Məhkəmə iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10184 manat əsas, 873 manat (bildiriş göndərilən xx.xx.2024-cü il tarixinə) faiz borcu, 1184 manat cərimə borcu (tələbə uyğun) tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobil bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobilə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, əmlakın dəyəri tərəflərin razılığına əsasən 20000 manat müəyyən edilmiş, tərəflər əmlakın ilkin satış qiymətinin 20000 manat müəyyən edilməsinə etiraz etməmişlər. Belə ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada iddiaçının xeyrinə 10184 manat əsas, 873 manat faiz borcu, 1184 manat cərimə, cəmi 12241 manat məbləğində borc iddiaçı “X8 Olmayan Kredit Təşkilatı” ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdehlər tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobilə tutma yönəldilməli, avtomobilin ilkin satış qiyməti 20000 manat müəyyən edilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 12241 manat məbləğində borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ cavabdehlər müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 10184 manat əsas borc, 873 manat faiz borcu və 1184 manat cərimə borcu olmaqla, cəmi 12241 manat kredit borcu tutulmalı, Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobilə tutma yönəldilməli, ipoteka predmeti 20000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin "xxxx" ASC-yə olan borcu ödənilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 127,46 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 127,46 manat dövlət rüsumunun 2,46 manatı iddiaçıya, 125 manatı cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 10184 manat əsas borc, 873 manat faiz borcu və 1184 manat cərimə borcu olmaqla, cəmi 12241 manat kredit borcu və 125 manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, **-EM-*** qeydiyyat nişanlı, KMHFH41B1EA334545 Ban nömrəli, “HYUNDAİ AZERA” minik markalı, qara rəngli avtomobilə tutma yönəldilsin, ipoteka predmeti 20000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin "xxxx" ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 2,46 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva