Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2930/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4510 (dörd min beş yüz on) manat 10 (on) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 63 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 183 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 143x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin –OBA Nərimanov 19 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş,xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5441 (beş min dörd yüz qırx bir) manat 52 (əlli iki) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 4510 (dörd min beş yüz on) manat 10 (on) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 4510 (dörd min beş yüz on) manat 10 (on) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2024cü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İş materialları :
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-cü il tarixinədək, yəni 01 ay müddətinə satıcı-kassir vəzifəsində işə başlamışdır. Əmək haqqısı 300 manat təşkil etmişdir.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, “X1 haqqında müqavilə”dən görünür ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul edilməklə üzərinə vəzifələr götürmüşdür.
6. İş materiallarına İddiaçı MMC-də baş satıcı vəzifə təlimatları əlavə edilmişdir.
7. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 594 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur.
8. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 63 saylı “vəzifə dəyişikliyi haqqında” əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2023-cü il tarixdən baş satıcı vəzifəsinə keçirilmiş və əmək haqqısı 365 manat təşkil etmişdir.
9. Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdən satış şöbəsində baş satıcı vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
10. Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdən satış şöbəsində administrator vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
11. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 183 saylı “vəzifə dəyişikliyi haqqında” əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2023-cü il tarixdən administrator vəzifəsinə keçirilmiş və əmək haqqısı 390 manat təşkil etmişdir.
12. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, “X1 haqqında müqavilə”dən görünür ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul edilməklə üzərinə vəzifələr götürmüşdür.
13. İş materiallarına İddiaçı MMC-də administrator vəzifə təlimatları əlavə edilmişdir.
14. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 143x saylı “işdən azad haqqında” əmrindən görünür ki, cəmiyyətin satış departamentinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir.
15. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 1596 nömrəli “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmrindən görünür ki, Oba-Nerimanov 19 filialı üzrə növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupunun yaradılması, maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlamasının xx.xx.2023-cü il tarixində başlanaraq xx.xx.2023-cü il tarixinə kimi yekunlaşdırılması əmr edilmişdir.
16. OBA-Nerimanov19 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli yekun aktdan görünür ki, yoxlama dövri 27 gündür, əvvəlki yoxlama tarixi isə xx.xx.2023-cü ildir. Yoxlama nəticəsində 5441.52 manat əksiklik müəyyən edilmişdir.
17. OBA-Nerimanov19 (1281) mağazasında xx.xx.2023-cü il tarixdə keçirilmiş növbədənkənar yoxlamaya dair “İnventarizasiya siyahısı”ndan görünür ki, son nəticə olaraq əksik 5100.24 manat təşkil etmişdir.
18. İş materiallarına OBA-Kohne Guneshli 14 (1271) mağazasında xx.xx.2023-cü il tarixdə keçirilmiş planlı yoxlamaya dair “İnventarizasiya siyahısı” əlavə edilmişdir. Siyahıdan görünür ki, son nəticə olaraq əksik 5441.52 manat təşkil etmişdir.
19. Cavabdeh tərəfindən “Oba Market MMC-nin İnventarizasiya Komissiyasına verilmiş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, Cavabdeh sayımda tam iştirak etdiyini, narazılığı olmadığını və sayılan miqdarlarla razı olduğunu bildirmişdir.
20. "xxxx" Market MMC-nin xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
21. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 221 nömrəli “Təbii itki normalarının tətbiqi haqqında” əmrindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nətiəclərin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Qabil oğlundan tələb edilməsi əmr edilmişdir.
22. ”Oba Market” MMC tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətləri yoxlanılmış və 4510.10 manat əksikgəlmə aşkar edilməsi və 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. ”Oba Market” MMC tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Qabil oğlundan xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinin imzalanması üçün Daxili Nəzarət Departamentinə yaxınlaşması tələb olunmuşdur.
24. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 15 aprel 2024-cü il tarixinə İddiaçı MMC-yə 4510.10 manat borcu qalmışdır.
25. xx.xx.2021-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
26. İddiaçı MMC xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh iddiaçı OBA Market MMC-yə olan borcunu ödəmişdir. Hal-hazırda cavabdehin OBA Market MMC-yə heç bir borcu yoxdur. Odur ki, Cavabdeh qarşı olan iddiadan tam olaraq imtina edirlər və beləliklə də, yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261.0.4. və 262.1-ci maddələrini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin mövqeləri :
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, cavabdeh tərəfindən dəymiş ziyan ödənildiyi üçün iddia tələbindən imtina edir və bununla bağlı ərizəni məhkəməyə təqdim edir.
28. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi Nümayəndə2 ərizəyə etiraz etmədiyini bildirmişdir.
İşin faktiki halı :
29. İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.
Məhkəmənin mövqeyi :
31. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
32. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda məhkəmə iş üzrə icraata xitam verir.
33. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddia tələbində göstərilən maddi ziyanın tam şəkildə ödənildiyi üçün iddiadan imtina etdiyini, cavabdehin nümayəndəsi isə ərizəyə etiraz etmədiyini bildirmişdir.
34. İddiaçının tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur.
35. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM maddə 52.5).
36. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında ərizəni iş materailları, işin halları ilə birlikdə araşdıraraq qeyd edir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur.
37. Bu səbəbdən də, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir.
38. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
39. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.
Nəticə :
40. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində iddiadan imtina olunması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
41. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödəyici: ”OBA Market” MMC; VÖEN:**********; qəbzin nömrəsi:773599058; tarix:xx.xx.2021, saat:17:18:47) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Ödəyici :”OBA Market” MMC; VÖEN:**********; qəbzin nömrəsi: 773599058; tarix: xx.xx.2021, saat:17:18:47) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva