Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2948/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdehnə qarşı “pul və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdehndən 131000 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu olan 421 manat, ümumilikdə 131421 manat pul vəsaitinin tutularaq ona ödənilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2122.2 kv/m olan fərdi yaşayış evini boşaldaraq ona təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2122.2 kv/m olan fərdi yaşayış evinin 1780 kv/m hissəsinin cavabdehə icarəyə verilməsinə dair notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh icarəyə götürdüyü əmlakın əvəzində hər ay üçün ona 4000 manat məbləğində icarə haqqı ödəməli idi. Tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər tam və vaxtında icra olunsada, cavabdeh üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci tarixədək ona ümumilikdə 136000 manat ödəməli olsa da, həmin tarixlərdə cəmi 5000 manat ödəniş etmişdir. Nəticədə, bu günə cavabdehin ona 131000 manat borcu yaranmışdır. Əlavə olaraq, tərəflərindən aralarında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi və əmlakın boşaldılması ilə bağlı müraciət olunsada müraciətləri cavabsız qalmışdır. Nəticədə cavabdeh Azərbaycan Respublikası Konstitusiyası və mülki qanunvericiliklə qorunan hüquqlarını pozmaqla ona maddi ziyan vurmuşdur
Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh Şəxsi İstehsal-Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında barışıq əldə edildiyini, buna görə də iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
7. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
12. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
13. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. İddiaçının nümayəndəsi və vəkili mülki iş üzrə icraata xitam veriləsi barədə ərizə ilə məhkəməyə müraciət edərək dispozitivlik prinsipinə uyğun olaraq iddia tələbinə baxılmaması ilə bağlı iradə ifadəsini bildirmişdir. Məhkəmə iddiaçının vəkilnümayəndəsinin iradə ifadəsini və işin hazırlıq icraatı mərhələsində olduğunu nəzərə alaraq qeyd edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
15. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsindən imtina olunması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdehnə qarşı “pul və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 421 (dörd yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN: xxxxxxx; qəbzin nömrəsi: **********05; büdcə səviyyə kodu: 14221103; tarix: xx.xx.2025 saat: 16:00:25) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdehnə qarşı “pul və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 421 (dörd yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı; FİN:xxxxxxx; qəbzin nömrəsi: **********05; büdcə səviyyə kodu: 14221103; tarix: xx.xx.2025 saat: 16:00:25) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva