Məhkəmə qərarları › İş №e-2(007)-30/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-30/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-30/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “BMW 523 minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Suraxanı rayonu, Koroğlu metrosu dairəsindən X10 Hava Limanına gedən avtomobil yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X5 məxsus 2 ədəd “Mitaş” tipli 2 çıraqlı H-14 işıq dirəyinin dayaq hissəsini, 4 ədəd işiqlandırıcı “Philips”400vt lampanı və 2 ədəd işiq dirəyinin özül hissəsini sıradan çıxararaq müəssisəyə 8982 (səkkiz min doqquz yüz səksən iki ) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdeh1 tərəfindən idarə edilən “BMW 523 minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “Azərbaycan Respublikası Dövlət sığorta kommersiya” şirkətində sığortalanmışdır. Bu səbəbdən “Azərbaycan Respublikası Dövlət sığorta kommersiya” şirkəti tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 4908 (dörd min doqquz yüz səkkiz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 8982 (səkkiz min doqquz yüz səksən iki) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 4074 (dörd min yetmiş dörd) manat hissəsi cavabdehdən tutularaq "xxxx" X8 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd olunanlara əsasən "xxxx" X5 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 4074 (dörd min yetmiş dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda mülki iş üzrə “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya” şirkətinin əlavə cavabdeh qismində cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2022-ciil tarixdə Cavabdeh1 idarə etdiyi “BMW 523 minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Suraxanı rayonu, Koroğlu metrosu dairəsindən X10 Hava Limanına gedən avtomobil yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X5 məxsus 2 ədəd “Mitaş” tipli 2 çıraqlı H-14 işıq dirəyinin dayaq hissəsini, 4 ədəd işiqlandırıcı “Philips”400 vt lampanı və 2 ədəd işiq dirəyinin özül hissəsini sıradan çıxararaq müəssisəyə 8982 (səkkiz min doqquz yüz səksən iki) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdehin idarə etdiyi “BMW 523 minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya” şirkətində sığortalanmışdır. Lakin qeyd edilən hadisə ilə bağlı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya” şirkəti tərəfindən "xxxx" X5 sığorta ödənişi ödənilməmişdir. Sığorta şirkəti sığorta hadisəsi üzrə nəzərdə tutulan 4908 manat məbləğində sığorta ödənişini digər zərərçəkən "xxxx" MMC-yə ödəmişdir. Qeyd edilənlərə əsasən Dövlət Sığorta Kommersiya şirkəti əlavə cavabdeh qismində cəlb edilməsini, "xxxx" X5 vurulmuş maddi ziyana görə 8982 (səkkiz min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaitinin cavabdehlər “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya” şirkətindən və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsinin ərizəsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdeh kimi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il traixli qərardadı ilə iddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına “cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə” aid hissəsində xitam verilmişdir. İddiaçını nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə edib məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar əbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 oğlu vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçıya dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 01:20-də “BMW 523” minik markalı 10TZ068 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 4908 manat sığorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür; - "xxxx" X1 direktoru tərəfindən təsdiq edilmiş smetadan görünür ki, Suraxanı rayonu, Koroğlu metrisu dairəsindən X14 Hava Limanına gedən avtomobil yolunda naməlum sürücünün idarə etdiyi “BMW” minik markalı 10TZ068 dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin miqdarı 8982 manatdır. 2 ədəd dayaq “Mitaş” tipli 2 çıraqlı H-14 m şıq dirəyinin dayaq hissəsi, 4 ədəd ışıqlandırıcı “Philips” 400 vt lampa ilə və 2 ədəd işıq dirəyinin özül hissəsinə ziyan vurulmuşdur; - xx.xx.2010-cu il tarixli aktın surətindən görünür ki, Əzizbəyov metro dairəsindən X11 Hava Limanına qədər yeni yolun işıqlandırma sisteminin əvəzsiz olaraq birinci tərəf "xxxx" EŞM-nin balansına verilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4173 saylı rəyindən görünür ki, iş materiallarında olan "xxxx" X7 tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli akta əsaəsn yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə dəymiş zərərin məbləği 8982 manat müəyyən olunur; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:20-də Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. X3 mülkiyyətində olan “BMW 523” minik markalı 10TZ068 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. Zərərçəkmiş şəxs "xxxx" MMC olmuşdur; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:20-də Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. X3 mülkiyyətində olan “BMW 523” minik markalı 10TZ068 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. Zərərçəkmiş şəxs "xxxx" X4muşdur; - Bakı şəhər Baş Polis İdarəsi X19 İdarəsinin xx.xx.2024-cü il tarixli 44-7/2-7705 saylı məktubundan görünür ki, Bakı Şəhər BPİ DYPİ-nə daxil olmuş 19 fevral 2024-cii il tarixli, e-2(007)-30/2024 nömrəli məktub araşdırılmış və müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01:20-də Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində Cavabdeh1 idarə etdiyi “BMW 523” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydalarını pozaraq yolun kənarında quraşdırılmış "xxxx" X1 balansında olan 2 ədəd işıq dirəyi və "xxxx" MMC-nin balansında metal konstruksiyalı məhəccər əzib maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin YNHÜŞ-nin baş inspektoru, polis mayoru X6 tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulmasına görə Cavabdeh1 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP4457133 nömrəli protokol tərtib edilmiş, 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiq etmə haqqında TP4858155 saylı qərar qəbul olunmuşdur. Araşdırma zamanı "xxxx" X7 və "xxxx" MMC zərərçəkmiş kimi qeyd olunmaqla yaranmış maddi ziyanın qarşılanması üçün araşdırma materiallarının surəti xx.xx.2022-ci il tarixdə 140523 nömrəli ilə onlayn qaydada icbari sığorta burosunun mərkəzi sisteminə daxil edilmişdir; - Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2024-cü il tarixli 05/00201 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Koroğlu metro darisəindən X12 Hava Limanına gedən avtomobil yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı "xxxx" X5 məxsus işıq dirəyinə maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq, baş vermiş sığorta hadisəsi üzrə 82 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Müvafiq bank hesabı təqdim etdikləri zaman sığorta ödənişi qısa müddət ərzində "xxxx" X1 hesabına köçürüləcəkdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “BMW 523 minik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Suraxanı rayonu, Koroğlu metrosu dairəsindən X10 Hava Limanına gedən avtomobil yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X5 məxsus 2 ədəd “Mitaş” tipli 2 çıraqlı H-14 işıq dirəyinin dayaq hissəsini, 4 ədəd işiqlandırıcı “Philips” 400vt lampanı və 2 ədəd işiq dirəyinin özül hissəsini sıradan çıxararaq müəssisəyə 8982 (səkkiz min doqquz yüz səksən iki) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanan tələb məktubunda qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində 4908 AZN (dörd min doqquz yüz səksən manat) manat zərər dəyməsi və tərəflərindən ödənişin həyata keçirilməsi tələb edilmişdir. Hadisə ilə bağlı şirkətə daxil olan Avtonəqliyyat vasitəsi sahibklərinin mülki məsuliyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, zərər dəymiş əmlakın mülkiyyətçisi "xxxx" MMC olaraq qeyd edilmişdir və Şirkət tərəfindən əmlaka dəyən zərərlə bağlı mülkiyyətçiyə ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalı olan “BMW 523” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan zərərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin hesabına 4908 AZN (dörd min doqquz yüz səksən manat) manat ödənilmişdir. Hazırda xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 8982 (səkkiz min doqquz yüz səksən iki) manat məbləğində maddi ziyan ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində "xxxx" X5 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh1 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı "xxxx" X5 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Araşdırma zamanı cavabdeh iddiaçıya dəymiş ziyanın məbləğini mübahisələndirmişdir. Məhkəmə, bu xüsusatı nəzərə alaraq zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2023-cü il tarixli 9/4173 saylı rəyinə əsasən iş materiallarında olan "xxxx" X7 tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli akta əsaəsn yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə dəymiş zərərin məbləği 8982 manat müəyyən olunmuşdur Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 8982 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə əmlaka dəyən zərərlə bağlı mülkiyyətçiyə ödəniş 4908 manat ödəniş həyata keçirilmişdir. Həmçinin, hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" X5 məxsus işıq dirəyinə maddi ziyan dəyməsi ilə bağlı sığorta hadisəsi üzrə 82 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Müvafiq bank hesabı təqdim etdikləri zaman sığorta ödənişi qısa müddət ərzində "xxxx" X1 hesabına köçürüləcəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə iddiaçıya ödəniləcək 82 manat sığorta məbləği nəzərə alınmalı və 8900 manat məbləğində pul cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq 8982 manat tələbə münasibətdə 109,82 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia qismən təmin edildiyindən 109 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, 0,82 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/4173 saylı saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli Vurulmuş maddi ziyana görə 8900 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı "xxxx" X5 ödənilməli, məhkəmə xərcləri Cavabdeh1 aid edilsin və Cavabdeh1 109 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 8900 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı "xxxx" X5 ödənilsin. Məhkəmə xərcləri Cavabdeh1 aid edilsin və Cavabdeh1 109 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar