Məhkəmə qərarları › İş №e-2(007)-302/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-302/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-302/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini onunla əsaslandırdı ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 26 yanvar 2011-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/6833/11 saylı müqavilə bağlanıb, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat məbləğində kredit verilib.Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 291,06 manat məbləğində əsas borc, 327,19 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 5 faiz olmaqla 84.28 manat məbləğində faiz məbləği, ümumilikdə isə 702.53 manat məbləğində borcu qalıb.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfimndən cavabdehə yazılı xəbərdarlıq edilib, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməyib.Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2850/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar geri qaytarılıb. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmayıb və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmayıb.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2850/2020saylı qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilən müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunub.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirəm ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanan 26 yanvar 2011-ci il tarixli 1xx/xx/6833/11 saylı kredit müqaviləsi üzrə cavabdehdən 291,06 manat məbləğində əsas borc, 327,19 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 5 faiz olmaqla 84.28 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 702.53 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 12 yanvar 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı əsas borc hissəsində qəbul etmiş, bank ləğv olunması səbəbindən ödəniş edə bilmədiyini göstərmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2011-ci il tarixli, 1xx/xx/6833/11 saylı kredit müqaviləsinən görünür ki,bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat məbləğində kredit verilib. Maliyyə arayışından görünür ki,cavabdehin banka 291,06 manat məbləğində əsas borc, 327,19 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 5 faiz olmaqla 84.28 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 702.53 manat ödənilməmiş borcu vardır. Ödəniş qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış məktubların surətindən görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, QSC “Bank Standard” ilə Cavabdeh arasında qanunla müəyyən olunan qaydada rəsmi kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Bank öz müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də sonuncu müqavilə öhdəliklərini tam və layiqincə icra etməmiş nəticədə onun banka 291,06 manat məbləğində əsas borc, 327,19 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 5 faiz olmaqla 84.28 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 702.53 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2011-ci il tarixli, 1xx/xx/6833/11 saylı kredit müqaviləsi üzrə 291,06 manat məbləğində əsas borc, 327,19 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 5 faiz olmaqla 84.28 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 702.53 borc və 30 manat dövlət rüsumu Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2011-ci il tarixli, 1xx/xx/6833/11 saylı kredit müqaviləsi üzrə 291,06 manat məbləğində əsas borc,327,19 manat məbləğində faiz borcu, gecikdirilən günlər üçün 5 faiz olmaqla 84.28 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 702.53 borc və 30 manat dövlət rüsumu Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar