Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-302/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli RPZ-00025-01/23A saylı kredit müqaviləsi bağlanıb. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 30280 məbləğində krediti illik 21 faizlə 48 ay müddətinə kredit verilib. Cavabdeh2 xx.xx.2023-cü il tarixli RPZ-00025-01/23A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durub. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşüb və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməyib. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlib. Nəticədə, iddiaçı cavabdehlərlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olub. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günundən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02 %-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 29820,16 manat əsas borc, 698,23 manat faiz borcu, 719,47 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2023-cü il tarixinə ümumi borcu 31237,86 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli RPZ-00025-01/23A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 29820,16 manat əsas borc, 698,23 manat faiz borcu, 719,47 manat dəbbə borcu iddia qaldırılması üçün ödənilmiş 184 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2dan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00025-01/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixə ödənilməmiş 25866,04 manat əsas borc, 0 manat faiz borcu, 0 manat dəbbə borcu və iddia qaldırılması üçün ödənilmiş 184 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin azaldırmasına dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ondan tələb etdiyi 25866,04 manat əsas borc bəbləğini qəbul etdiyini və ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2023-cü il tarixli, RPZ-00025-01/23A saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 21 faiz ödəmək şərtilə, 30280 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 48 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Bank "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 31 mart 2023-cü il tarixli, RPZZ-00025-01/23A saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə və lazimi qaydada yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - Bank "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Bank "xxxx" ASC tərəfindən 184 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir, bunun üçün iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur; - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin kredit müqaviləsi üzrə həmin tarixə hesablanmış və ödənilməmiş 29820,16 manat əsas borc, 698,23 manat faiz borcu, 719,47 manat cərimə borcu olmaqla, cəmi 31237,86 vardır; - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin kredit müqaviləsi üzrə həmin tarixə hesablanmış və ödənilməmiş 25866,04 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 25866,04 vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2023-cü il tarixli, RPZ-00025-01/23A saylı kredit müqaviləsinə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 21 faiz ödəmək şərtilə, 30280 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında həmin pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh1 təhvil verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, Bank "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında 31 mart 2023-cü il tarixli, RPZZ-00025-01/23A saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə və lazimi qaydada yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə hesablanmış 25866,04 manat əsas borcun ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC ilə bağladığı 31 mart 2023-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə əlavə ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 Bank "xxxx" ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin Sənayə filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2023-cü il tarixli, RPZ-00025-01/23A saylı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə ödənilməmiş 25866,04 manat əsas borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia üzrə 184 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbini azaltmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 184 manat dövlət rüsumunun 31,6 manatı iddiaçıya, 152,4 manat cavabdehlərə və ödənilmiş 0,40 manat xidmət haqqının 0,07 manatı iddiaçıya və 0,33 manatı cavabdehlərə aid edilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin Sənayə filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 mart 2023-cü il tarixli, RPZ-00025-01/23A saylı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə ödənilməmiş 25866,04 manat əsas borc, iddia qaldırılması üçün ödənilmiş 152,4 manat dövlət rüsumu və 0,33 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 31,6 manat və 0,07 manat xidmət haqqı iddiaçıya aid edilməldir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-302/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-302/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver