Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3049/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Haxverdi oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh MMCdən 2250 (iki min iki yüz əlli) manat icarə haqqının və 1350 (bir min üç yüz əlli) manat dəbbə pulunun, habelə ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun və 1000 manat hüquqi yardım haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC ilə 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı yazılı, möhürlü və qüvvəyə minmiş “Satınalma şərti ilə İcarə Müqaviləsi” bağlamışdır. Müqavilə 2024-2025-ci illəri əhatə edən dövr üçün kostyumların icarəsini nəzərdə tutmuş və aylıq icarə haqqı razılaşdırılmışdır. Belə ki, 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı icarə müqaviləsi üzrə 1 ədəd 400 manat dəyərində Funtik, 1 ədəd 400 manat dəyərində Ninja, 1 ədəd 200 manat dəyərində Kapiton Amerika, 1 ədəd 430 manat dəyərində Şamplena, 1 ədəd 190 manat dəyərində Knuckles (animator), 1 ədəd 190 manat dəyərində Pokcmon (animator), 1 ədəd 190 manat dəyərində Patrul (animator), 1 ədəd 1000 manat dəyərində Teddy Şou (3 metr) səhnə və şou kostyumları verilmişdir. İcarəçi tərəfindən İcarəyə verənə 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı icarə müqaviləsi üzrə 6 ay müddətinə gecikmə faizi 01% olmaqla aylıq 750 (yeddi yüz əlli) manat pul vəsaitinin ödənilməsi razılaşdırılır. İcarəçi tərəfindən İcarəyə verənə 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı icarə müqaviləsi üzrə 3 ay - 2250 (iki min iki yüz əlli) manat ödənilmişdir. Hazırda İcarəçi tərəfindən İcarəyə verənə 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı icarə müqaviləsi üzrə 3 ay - 2250 (iki min iki yüz əlli) manat icarə haqqı ödənilməlidir. Digər tərəfdən, İcarəçi tərəfindən icarə haqlarının vaxtında ödənilməməsi nəticəsində, İcarəyə verən həmin vəsaitlə planlaşdırdığı digər maliyyə öhdəliklərini yerinə yetirə bilməmiş, biznes fəaliyyətinə zərər dəymiş və əldən çıxmış fayda yaranmışdır. Əldən çıxmış fayda olaraq İcarəçi tərəfindən İcarəyə verənə ümumilikdə 1350 (bir min üç yüz əlli) manat pul vəsaiti ödənilməldir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ödənişlərin müəyyən bir qismi iddiaçının bank kartına ödənilmişdir. İcarəçi tərəfindən müqavilə üzrə 3 ay olaraq 2250 manat ödəniş edilmişdir. Digər tərəfdən icarəçi tərəfindən icarə haqlarının vaxtında ödənilməməsi nəticəsində, icarəyə verən həmin vəsaitlə planlaşdırdığı digər maliyyə öhdəliklərini yerinə yetirə bilməmiş, biznes fəaliyyətinə zərər dəymiş və əldən çıxmış fayda yaranmışdır. Əldən çıxmış fayda olaraq icarəçi tərəfindən icarəyə verənə ümumilikdə 1350 manat pul vəsaiti ödənilməlidir. Cavabdeh tərəfindən onların pretenziyalarına cavab verilməmişdir. O, cavabdehin vəkili və nümayəndəsinin dediklərinə etiraz edir və hesab edir ki, qarşı tərəf məsələni uzatmaq üçün manipulativ çıxışlar edir. Onların konkret tələbi icarə müqaviləsi üzrə yaranan icarə haqqı ilə bağlıdır. Cavabdeh tərəf bildirir ki, təhvil-təslim aktı yoxdur, icarə müqaviləsi üzrə heç nə təhvil verilməyib və ödəniş etməyiblər. Əşyaların təhvil verilməsinə dair akt yoxdur, ancaq pulun iddiaçıya verilməsinə dair sübutları var. Cavabdehin bildirdiyi ifadələr həqiqətə uyğun deyil. Dəbbə pulunun hesablanması qaydası zamanı icarə haqqının ödənilməsində gecikmə varsa hər gecikən gün üzrə 1 faiz dəbbə pulu hesablanır. Ödənişlər edilibsə, deməli cavabdeh tərəf əşyaları qəbul ediblər. Məhkəmə təcrübəsinə baxılsa, görünür ki, təhvil-təslim aktı olmasa da, ödənişlərin edilməsi əşyaların qəbul edilməsi hesab edilir. Şirkətin cavabdeh olduğu işlər hal-hazırda məhkəmədə çoxdur və bununla da hər şey aydındır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iş materiallarında pretenziya var, ancaq pretenziya iddiaçı tərəfindən deyil, aidiyyəti olmayan şəxs İsrafilzadə Məhəmməd tərəfindən göndərilmişdir. Müqavilə 07 may 2025-ci il tarixində bitib, eyni zamanda pretenziyanın çatdırılmasına dair sübut yoxdur. Müqavilə münasibətlərindən irəli gələn mübahisələrdə məhkəmədən qabaq pretenziya qaydasına riayət edilməsi şərti var. Eyni şərt MPM-nin 149 və 150-ci maddələrində də var ki, əgər şərtə əməl edilməyibsə, məhkəmə iddianı baxılmamış saxlamalıdır ki, o şərtə əməl edilsin. O hesab edir ki, bu məsələyə diqqət yetirilməlidir və tərəfə şans yaradılmalıdır ki, pretenziya versin. Pretenziya verilmədən verilən iddialar baxılmamış saxlanılmalıdır. Təəssüf ki, iddiaçı tərəf iştirak etmir. Görünür ki, müqavilə bağlanılıb və icarə münasibətlərin yaranması ilə bağlı saziş var. İcarə predmetinin icarəçiyə təhvil verilməsi barədə sənəd yoxdur. Burada siyahı və müqavilə var, ancaq icarəyə verənin icarəçiyə əmlakları təhvil verməsi barədə akt olmalıdır, nə ilə təsdiq edilir ki, həmin əmlaklar onlara təhvil verilib. Dəbbə pulunun necə hesablanması barədə bir məlumat yoxdur. 1 aylıq dəbbə pulunun gecikdirmə müddəti 90 gündür, 1 faiz 90 günə vurulsa 675 manat edir, iddiaçının tələb etdiyi 1350 manat etmir. Şirkətin ödənişlərində də yanlışlıq var, verginn hesablanmasına görə icarə haqqından 14 faiz tutulmalıdır, o 14 faizi büdcəyə, qalan hissəsi isə icarəyə verənə verilməlidir. 750 manatdan 14 faiz hissəsini çıxanda 645 manat edir, onu da hesablama zamanı nəzərə almayıblar. Onlar hesab edirlər ki, ödənilmiş 3 ay üzrə vergi məbləği çıxılmalıdır, aylıq vergi məbləği 105 manat, 3 ay üzrə 315 manat edirsə, qalan 3 ay üzrə də hər ay 645 manatdan hesablayanda 1935 manat edir, artıq ödənilmiş 315 manatı çıxanda 1620 manat edir. Onlar pulun ödənilməsində səhvə yol vermişlər, onların şirkətdə hal-hazırda qarışıqlıq var, onlarda belə müqavilələr çoxdur, ola bilsin kiminsə yerinə iddiaçıya pul ödəyiblər. Təəssüf ki, cavabdeh tərəf fəaliyyətini dayandırmışdır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı “Satınalma şərti ilə İcarə müqaviləsi”nə əsasən icarəyə verən səhnə və şou kostyumlarının (bundan sonra “icarə predmeti”) İcarəçiyə icarəyə verir. İcarəçi isə bunun müqabilində Müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilələrin 1.4-ci bəndinə əsasən icarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur. Müqavilənin 2.1-ci bəndində icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 750 manat təşkil etməsi müəyyən edilmiş və həmin müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir. Həmçinin müqavilənin 3.1-ci və 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 6 ay müəyyən olunmuşdur və müqavilə uzadıla bilməz və nəzərdə tutulmuş müddət bitmədən müqaviləyə xitam verilə bilməz. X1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıqdan görünür ki, qeyd olunan müqavilə üzrə ona ödənilməli olan 3 ay üçünödənilməli 2250 mant icarə haqqı, icarə haqqının gecikdirilməsinə görə icarə haqqının 1 faiz miqdarında pulun ödənilməsi xahiş olunmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və lazımınca yerinə yetirmədiklərinə görə mülkihüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Hazırda tərəflər arasında mübahisə yaranmış və iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqını, icarə haqqını gecikdirməyə görə 1% məbləği cavabdehdən tələb edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 448.1-ci, 700.1-ci, 700.2-ci, 704-cü, 685.1, 685.2.1, 690-cu maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsini İ bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir, həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinə əsasən İddiaçı Əlavə № 1-də göstərilən 8 adda əşyaları icarəçinin istifadəsinə veməyi, icarəçi isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqavilənin müddəti 6 ay müəyyən edilmiş, hazırda müqavilə üzrə müəyyən olunmuş müddət bitmiş, lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və icarə haqqı tam şəkildə ödənilməmiş, cavabdeh iddiaçının tələb etdiyi vəsaitlərin ödənilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili icarə premdeti olan 8 adda əşyanın cəmiyyətə təhvil verilməsinə dair iş materiallarına akt əlavə olunmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən müqavilə üzrə müəyyən aylar üzrə ödənişlər edilmişdir. Məhkəmə icarə haqqı ödənişi edildiyi halda, cavabdehin nümayəndəsi və vəkilinin icarə obyektlərinin cavabdehə təhvil verilməməsi ilə bağlı mövqeyini əsassız hesab edir, əgər həmin əşyalar həqiqətən cəmiyyətə təhvil verilməsə idi, icarə ödənişlərinin edilməməsi səbəbi əşyaların ümumiyyətlə cavabdehə təhvil verilməməsi olardı. Eyni zamanda məhkəmə cavabdehin vəkili və nümayəndəsinin “müqavilənin 07 may 2025-ci il tarixində bitməsi, eyni zamanda pretenziyanın çatdırılmasına dair sübutun olmaması, müqavilə münasibətlərindən irəli gələn mübahisələrdə məhkəmədən qabaq pretenziya qaydasına riayət edilməsinin şərti olması, pretenziyanın iddiaçı tərəfindən deyil, aidiyyəti olmayan şəxs İsrafilzadə Məhəmməd tərəfindən göndərilməsi” dəlillərinə qiymət verərək qeyd edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilə 6 ay müddətinə bağlanılmış və müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilməz. Hazırda müqavilənin müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, pretenziya isə xx.xx.2025-ci il tarixdə qarşı tərəfə göndərilmişdir. Göründüyü kimi müqavilənin müddəti pretenziya göndərilən və məhkəmədə iddia qaldırılan zamanı artıq bitmişdir. Buna görə də hazırki iş üzrə müqavilənin ləğv edilməsi üçün pretenziyanın göndərilməsinin zəruri olması barədə cavabdeh tərəfin dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, Cavabdeh MMC icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçının tələbi əsasında cavabdehdən 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə 3 ay üçün müqavilədə nəzərədə tutulmuş icarə haqqı olaraq vergilər daxil olmadan 2250 manat (750x3) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “icarə haqqının gecikdirilməsinə görə 1350 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 3 aylıq icarə haqqı ödənilsə də, sonrakı 3 ay ərzində ödənişlər edilməmişdir. Müqavilənin müddəti bitmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Bu səbəbdən müqavilə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış, tərəflər arasında bağlanmış adıçəkilən müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğinin 1 faiz miqdarında əlavə ödəniş etməli olması müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 1350 manat miqdarında cərimə pulu 2250 manat məbləğinə uyğun deyil və həmin məbləğ azaldılaraq 112,50 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “hüquqi yardım üçün ödənilmiş 1000 manat xidmət haqqının cavabdehdən tutulması hissəsi” ilə bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş 1000 manat hüquqi yardımın göstərilməsi xx.xx.2025-ci il tarixli qəbz ilə öz təsdiqini tapmışdır. Hazırda məhkəmə qeyd edir ki, hazırki mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir, məhkəmə iş üzrə iddiaçının vəkili və nümayəndəsi ümumilikdə 3 məhkəmə iclasında iştirak etmiş, onun tərəfindən iş üçün əhəmiyyətli olan sübutlar təqdim edilmiş, vəkil tərəfindən hər hansı vəsatət qaldırılmamış, məhkəmə iclası uzun müddət davam etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı və Cavabdeh MMC arasında bağlanılmış 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı müqavilə üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 2250 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 112,50 manat əlavə ödəniş, hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 154,20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanılmış 07 noyabr 2024-cü il tarixli, № İM 0239/2024 saylı müqavilə üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 2250 manat pul, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 112,50 manat əlavə ödəniş, hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-3049/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3049/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver