Məhkəmə qərarları › İş №e-2(007)-3075/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-3075/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3075/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 8424,48 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3075/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhərində 01 yanvar 2024-cü il tarixli, 23/48 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarına əsasən iddiaçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək cavabdehə təhvil verməsini, cavabdeh isə iddiaçıya təhvil verdiyi işi ondan təslim aldıqdan sonra iddiaçının akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərini ödəməyi öz öhdəsinə götürür. Buna baxmayaraq, cavabdeh müqavilənin müddəalarına əməl etməmiş və iddiaçıya gördüyü işin müqabilində ödəniş etməkdən yayınmışdır. Belə ki, 2024-cü ilin avqust və sentyabr ayında iddiaçı ümumi dəyəri 10227,85 manat məbləğində iş görmüşdür. Bütün bunlar iddia ərizəsinə əlavə edilən təhvil-təslim aktlarından da aydın görünür. Cavabdeh bu günə müqavilə üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmədə iddia qaldırılmazdan öncə tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəalarına əsasən, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə təklif məktubu ilə müraciət olunmuşdur. Cavabdeh məktub ona çatdıqdan sonra iddiaçıya olan borcundan 1803,37 manat ödəmişdir. Hazırda cavabdehin iddiaçıya olan ümumi borcu 8424,48 manat təşkil edir. Hesab edir ki, məsələnin məhkəmədən kənar həlli mümkün deyil. Bu səbəblə də hazırki ərizə ilə məhkəməyə müraciət edir.

Tərəflərin izahatları:

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanıb. O, cavabdehə icarəyə texnika vermişdir. MMC-nin avqust ayı üzrə 6166,71 manat, sentyabr ayı üzrə 4111,14 manat borcu yaranıb. Cavabdeh borcundan 1803,37 manat ödəmişdir. Hazırda İddiaçı 8424,48 manat borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri barədə (“Azemis” EMİS və sms vasitəsilə) rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. 11.08.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 105 manat dövlət rüsumu ödəmişdir.

10. İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdehnə ünvanlandığı xx.xx.2025-ci il tarixli təklifdən görünür ki, “Sizinlə hüquqlarını müdafiə etdiyim şəxs arasında xx.xx.2024cü il tarixdə icarəyə verənin özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək İcarəçiyə təhvil verməsi, icarəçi isə icarəyə verənin təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icarəyə verənin həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsi ilə bağlı 23/48 nömrəli icarə müqaviləsi bağlanmışdır. Lakin siz icarə müqaviləsi əsasında əməl etməli olduğunuz öhdəliklərə bu günə qədər əməl etmirsiniz. Odur ki, Sizə təklif edirəm ki, xx.xx.2024-cü il tarixədək müqavilənin ləğv edilməsi və ödəməli olduğunuz 10277 manat məbləğində pulun mənə qaytarılmasını təmin edəsiniz. Göstərilən tarixədək təklifimizə cavab gəlməzsə və ya mənfi cavab gələrsə, tərəfimizdən məhkəmədə “müqavilənin ləğvi və pul tələbi” nə dair iddia qaldırılacaqdır”.

11. Təhvil-təslim aktından görünür ki, İddiaçı avqust ayında Cavabdehnə Frontal yükləyici (KON) ** BC *** avadanlığını, dəyəri 6166,71 manat, 33 günə hər günə 186,87 manat olmaqla icarəyə verilmişdir.

12. Təhvil-təslim aktından görünür ki, İddiaçı sentyabr ayında Cavabdehnə Frontal yükləyici (KON) ** BC *** avadanlığını, dəyəri 4111,14 manat, 22 günə hər günə 186,87 manat olmaqla icarəyə verilmişdir.

13. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək İcarəçiyə təhvil verməsini, İcarəçi isə İcarəyə verənin təhvil verdiyi işi ondan təslim aldıqdan sonra İcarəyə verənin həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş işlərin İcarəyə verən tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur.

14. Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, Frontal yükləyici (KON) icarəsi ** BC *** 28 günə hər günə 200 manat olmaqla icarəyə verilmişdir.

15. Ödəniş tapşırığından görünür ki, Cavabdeh 1803,37 manat ödəniş etmişdir.

İşin faktki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək İcarəçiyə təhvil verməsini, İcarəçi isə İcarəyə verənin təhvil verdiyi işi ondan təslim aldıqdan sonra İcarəyə verənin həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş işlərin İcarəyə verən tərəfindən icra olunması tərəflər arasında imzalanan təhviltəslim aktı ilə müəyyən olunur. Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, Frontal yükləyici (KON) ** BC *** avadanlığı 28 gün, hər günə 200 manat olmaqla icarəyə verilmişdir. Avqust ayı üzə avadanlığın icarə haqqı 33 gün olmaqla hər günə 186,87 manat cəmi 6166,71 manat, sentyabr ayı üzə isə 22 gün olmaqla hər günə 186,87 manat cəmi 4111,14 manat, təşkil edir. Cavabdeh borcundan 1803,37 manat ödəniş etmişdir. Hazırda iddiaçı, Cavabdehndən 8424,48 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsini tələb edir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.2-ci maddəsinə əsasən icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.

18. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun:

7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi və iddiaçının qiyabi craat qaydasında baxılmasına etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.

22. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək İcarəçiyə təhvil verməsini, İcarəçi isə İcarəyə verənin təhvil verdiyi işi ondan təslim aldıqdan sonra İcarəyə verənin həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş işlərin İcarəyə verən tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur. Təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdehnə Frontal yükləyici (KON) ** BC *** avadanlığını vermişdir. Qiymətlərin razılaşdırılması protokoluna əsasən Frontal yükləyici (KON) ** BC *** avadanlığı 28 gün, hər günə 200 manat olmaqla icarəyə verilmişdir. Avqust ayı üzə avadanlığın icarə haqqı 33 gün olmaqla hər günə 186,87 manat cəmi 6166,71 manat, sentyabr ayı üzə isə 22 gün olmaqla hər günə 186,87 manat cəmi 4111,14 manat borc yaranmışdır. İddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilərək müqavilədə göstərilən əşyalar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək iddiaçıya olan borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddiaçı qarışısında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.

23. Göründüyü kimi icarəyə verilən əşyanın dəyəri 6166,71+4111,14=10277,85 manatdır. Cavabdeh isə borcundan 1803,37 manat ödəniş etmişdir. Qalan 8474,48 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

25. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan 105 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 8424,48 manat məbləğində pul və 105 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddia təmin edilsin. Cavabdehndən 8424,48 manat məbləğində pul və 105 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar