Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3085/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33900 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət əvvəl iddiaçının tanıdığı Cavabdeh iş görmək məqsədi ilə ondan borc istəmişdir. Cavabdeh uzun müddətdir tanıdığı və etibarı olduğu üçün həmçinin özünə iş qurmaq istədiyini nəzərə alaraq ona 35900 manat məbləğində borc vermişdir. (buna dair əlyazısı ilə yazılmış və imzalanmış borc müqaviləsinin əslini təqdim edilir). Borcu aldığına dair cavabdehin yazılı formada təqdim etdiyi borc müqaviləsində ondan 35900 manat borc alması öz əksini tapmışdır. Borcu aldıqdan sonra sənəddə göstərilən vaxt yəni xx.xx.2020-ci il tarixində borcu qaytarmadığı üçün onunla telefon vasitəsi ilə əlaqə saxlamağa başlamış. Lakin o, borcu qaytarmaqdan yayınırdı. Lakin təxminən 2021-ci ilin qış ayında borc məbləğindən 2000 manat pulu iddiaçıya vermiş və 33900 manat borcu qalmışdır. Lakin qalıq borcu qaytarmaqdan yayınır. Müqavilənin bağlanmasından bu günə kimi artıq üç ildən çox müddət keçib. Müqavilə üzrə sonuncu icra tarixi xx.xx.2020-ci il nəzərdə tutulmuşdur. Cavabdeh istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayır, borcunu etiraf edir, lakin ödəməkdən yayınır. Hazırda cavabdehin 33900 manat borcu var və dəfələrlə müraciət etməyinə baxmayaraq borcunu qaytarmaqdan imtina edir. Borcun qaytarılması üçün cavabdehə poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixində bildiriş göndərmişdir. Lakin heç bir cavab verilməyib. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı tam qəbul edir. İddiaçı 33900 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli borc müqaviləsindən gorünür ki, Cavabdeh İddiaçı 35900 manat borc pul alıb və xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvanladığı bildirişdən görünür ki, cavabdehdən 5 gün müddətində 35900 manat məbləğində borcunun qaytarmağını xahiş etmiş. Əks halda borcun tutulması üçün müvafiq məhkəməyə müraciət edəcəyini bildirmiş. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə müraciət etmək üçün 191,70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iş qurmaq üçün İddiaçı 35900 manat borc pul alıb və bu barədə tərəflər sadə yazılı qaydada borc müqaviləsi bağlamışlar. Həmin borcdan 2000 manat qaytarıb. Cavabdeh pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı pulun qaytarılmasını tələb etsə də Cavabdeh qaytarmamışdır. İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdr. Məhkəmə iclasında cavabdeh iddia tələbini tam etiraf etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 33900 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 33900 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3085/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3085/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver