Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3099/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 521.55 manat əsas borc, 57.33 manat faiz borcu, 33.78 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya üzrə 32 manat borc və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 AZN məbləğində kredit kartı limiti ayrılmışdır. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 521.55 AZN, hesablanmış və ödənilməmiş faiz borcu: 57.33 AZN, cərimə borcu: 33.78 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 32.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN, cəmi borc: 648.06 AZN təşkil edir. Borcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 500 manat limitdən 21.55 azn məbləğində limiti aşmışdır (limitdən artıq istifadə etmişdir). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 2829/2022 saylı qərardadı ilə məhkəmə əmri ləğv olunaraq mülki işin materialları iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, verdiyi izahatında göstərdi ki, o, pandemiya səbəbindən borcunu ödəyə bilməmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş etmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, xx.xx.2013-cü ildə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 AZN məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə borc 521.55 AZN, hesablanmış və ödənilməmiş faiz borcu 57.33 AZN, cərimə borcu 33.78 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 32.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 AZN, cəmi borc 648.06 AZN təşkil edir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, qarışıq müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozması ilə əlaqədar X1 Azərbaycan” QSC-ti həmin müqavilə üzrə olan borc məbləğinin cavabdehdən məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılması və ödənilməsini tələb etmişdir. Əks halda “X1 Azərbaycan” QSC-ti yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edəcəyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2013-cü ildə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 AZN məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh kreditdən istifadə etsə də, kreditin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə tam əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir. Cavabdeh məhkəmə iclasında təqdim etdiyi xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, o, həmin tarixdə, “X1 Azərbaycan” QSC-yə olan borcundan 100 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bununla bağlı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmədiyindən, qeyd olunan məbləğ əsas borcdan çıxılmalı, iddia əsas borc məbləğinə münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 421.55 manat əsas borc, 57.33 manat faiz borcu, 33.78 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya üzrə 32 manat borc və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 421.55 manat əsas borc, 57.33 manat faiz borcu, 33.78 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya üzrə 32 manat borc və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3099/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3099/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver