Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-31/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 57403,63 manat, bundan 39817,48 manat əsas, 17065,66 manat faiz, 520,49 manat faiz borcu və iş üzrə ödənilmiş 262,30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə Sadiq oğlu “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 62136,73 manat, bundan 39817,48 manat əsas, 21798,76 manat faiz, 520,49 manat cərimə borcu və iş üzrə ödənilmiş 262,30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 39 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 47600 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzil ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli, 22 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 57403,63 manat təşkil edir. Bundan 39817,48 manat əsas, 17065,66 manat faiz, 520,49 manat cərimə borcu təşkil edir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdi.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmişdir.
7. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 39 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 300 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 47600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
11. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 22 nömrəli “alqı-satqı və ipoteka” müqaviləsindən görünür ki, xx.xx.2007-ci il tarixli, 39 saylı kredit müqaviləsinin təminatı olmaqla Cavabdeh məxsus ümumi sahəsi 62,83 kv.m olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ipoteka ilə yüklü edilmiş və 56000 manat dəyərində qiymətləndirilmişdir.
12. 20 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 iyun 2022ci il tarixinə 39817,48 manat əsas borcu, 17065,66 manat faiz borcu, 520,49 manat cərimə borcu olmaqla, cəmi 57403,63 manat borcu vardır.
13. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 39 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh 300 ay müddətinə hər ayın 01-dən gec olmayaraq hər ay 306,69 manat, sonuncu ay 304,91 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
14. 11 iyun 2007-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 56000 manat kredit verilmişdir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 Cavabdeh xüsusi mülkiyyətindədir və İddiaçı ASC-nin xeyrinə 25 il müddətinə ipoteka ilə yüklü edilmişdir.
16. 09 iyul 2019-cu il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, 08 iyul 2019-cu il tarixə 39817.48 manat məbləğində əsas, 10354.16 manat məbləğində faiz, 235.17 manat məbləğində cərimə olmaqla, cəmi 50406.81 manat məbləğində kredit borcu vardır. Borc öhdəlikləri icra edilmədiyi halda borcun Bakı şəhəri, Nizami rayonu, ünvan 1-ə yönəldilməsi proseduruna başlanılacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
17. 09 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət etmək üçün 262,30 manat dövlət rüsumu ödəmişdir.
18. “X2 Mərkəzi” MMC-nin 23 yanvar 2023-cü il tarixli yekun hesabat aktından görünür ki, mənzilin bazar dəyəri 94430 manat, likvid dəyəri 89700 manat müəyyən edilmişdir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/445/2024 nömrəli ekspert rəyindən görünür ki, 13 iyun 2022-ci il tarixə əsas borc üzrə 40509,69 manat, faiz borcu üzrə 16193,95 manat müəyyən edilmişdir.
İşin faktiki halları:
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 39 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədilə 300 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 47600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli 22 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ipoteka ilə yüklü edilmiş və mənzil 56000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 13 iyun 2022-ci il tarixinə əsas borcu 39817,48 manat, faiz borcu 17065,66 manat, cərimə borcu 520,49 manat cəmi 57403,63 manat təşkil etmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:
34.1.1-ci və 34.1.3-cü maddələrinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.
25. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
26. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Məhkəmə iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən plenum qərarına əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı 09 iyul 2019-cu il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Bu səbəbdən cavabdehin mənafeyi nəzərə alınaraq 08 iyul 2019-cu il tarixə yaranmış 39817.48 manat məbləğində əsas, 10354.16 manat məbləğində faiz, 235.17 manat məbləğində cərimə olmaqla, cəmi 50406.81 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1-ə yönəldilməsi, əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
29. Qanunvericiliyin qeyd olunan normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir.
30. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.
31. Məhkəmə hesab edir ki, tərəflər müqavilə ilə müəyyən edilmiş ilkin satış qiyməti ilə razı olmadıqlarından məhkəmənin qərardadı əsasında təyin edilmiş qiymətləndirmə tədqiqatı ilə likvid dəyəri 89700 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.
32. Məhkəmə iddia tələbinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra əmlakın boşaldılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
Məhkəmə baxışının hədləri:
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
34. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 262,30 manat dövlət rüsumunun 212,78 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 49,52 manatı iddiaçıya aid edilməlidir.
35. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 162,24 manatı Cavabdeh, 37,76 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
36. Aparılmış qiymətləndirmənin dəyəri olan 200 manatın 162,24 manatı Cavabdeh, 37,76 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq VÖEN: **********, Hesablaşma Hesabi: AZ75PAHA40060MANATHC**********, Bank: Paşa Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, Kod: 505141; SWİFT BİK PAHAAZ22 “X2 Mərkəzi” MMC-nin hesabına köçürülməlidir.
Nəticə:
37. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 39817,48 manat məbləğində əsas, 10354,16 manat məbləğində faiz, 235,17 manat məbləğində cərimə olmaqla, cəmi 50406,81 manat məbləğində kredit borcu, ödənilmiş dövlət rüsumunun 212,78 manatı tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzilə yönəldilməli, mənzil açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, mənzilin hərracda ilkin satış qiyməti (likvid dəyəri) 89,700 manat məbləğində müəyyən edilsin, hərrac yolu ilə əldə edilən pul vəsaitindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh qaytarılmalı, hərrac yolu ilə satıldıqdan bir ay sonra Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzil boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
38. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 39817,48 manat məbləğində əsas, 10354,16 manat məbləğində faiz, 235,17 manat məbləğində cərimə olmaqla, cəmi 50406,81 manat məbləğində kredit borcu, ödənilmiş dövlət rüsumunun 212,78 manatı tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 49,52 manatı iddiaçıya aid edilsin. Tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzilə yönəldilsin, mənzil açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Mənzilin hərracda ilkin satış qiyməti (likvid dəyəri) 89,700 manat məbləğində müəyyən edilsin, hərrac yolu ilə əldə edilən pul vəsaitindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh qaytarılsın. Hərrac yolu ilə satıldıqdan bir ay sonra Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 162,24 manatı Cavabdeh, 37,76 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manatın 162,24 manatı Cavabdeh, 37,76 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq VÖEN: **********, Hesablaşma Hesabi: AZ75PAHA40060MANATHC**********, Bank: Paşa Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, Kod: 505141; SWİFT BİK PAHAAZ22 “X2 Mərkəzi” MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova