Məhkəmə qərarları › İş №e-2(007)-3125/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3125/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3125/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qızına qarşı “pul və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh kredit müqaviləsi üzrə 92000 (doxsan iki min) manat məbləğində borcun, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və 367 (üç yüz altımış yeddi) manat dövlət rüsumu olmaqla, cəmi 92667 (doxsan iki min altı yüz altmış yeddi) manat məbləğində pulun alınaraq onun xeyrinə tutulması, tələbin cavabdehin mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 216.44 kv.m olan fərdi yaşavış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, əldə edilmiş vəsaitin onun hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə əvvəllər tanıdığı, Cavabdeh notarial qaydada 105000 (bir yüz beş min) manat məbləğində pulu borc vermişdir. Cavabdeh ondan aldığı borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, xx.xx.2022-ci il tarixdə ona 5000 (beş min) manat qaytarmışdır. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 216.44 kv.m olan fərdi yaşayış evi mənim xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən, Cavabdeh məndən aldığı pulu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, məndən aldığı pullardan cəmi 8000 (səkkiz min) manatını ödəmişdir (xx.xx.2022-ci ildə 1000 manat; xx.xx.2022-ci ildə 1000 manat; xx.xx.2024-cü ildə 2000 manat; xx.xx.2024-ci ildə 2000 manat;. xx.xx.2024-ci ildə 2000 manat). Pullarının tam şəkildə geri qaytarılması məqsədilə tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi şəkildə müraciətlər olunmuş, lakin o, müraciətlərinə məhəl qoymayaraq, ondan aldığı borcu qaytarmaq istəmir. Bu səbəbdən o da məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş materialları :

3. ünvan 2 notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2015-cü il tarixli, “kredit müqaviləsi”ndən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixədək 105000 manat məbləğində (100000 ABŞ dolları şəklində) faizsiz kredit verilmişdir.

4. İddiaçı Zeynalabdi oğlu tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehi aralarında ünvan 2 notariat kontorunda bağlanmış xx.xx.2015-cü il tarixli, “kredit müqaviləsi”nə əsasən ödənilməli olan 105000 manat ekvivalentinə bərabər olan 100000 ABŞ dolları borcun ödənilməsinin təmin etməsi, borc 45 gün müddətində ödənilmədiyi təqdirdə aidiyyətı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir.

5. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.20222-ci il tarixli “ipotela müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 9/24, fərdi yaşayış evi ipoteka qoyan-Cavabdeh tərəfindən ipoteka saxlayan-İddiaçı Zeynalabdi oğlunun xeyrinə ipoteka yüklü edilmişdir.

6. ƏMDX DƏDKR PHŞ-nin çıxarışından görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 9/24, fərdi yaşayış evi İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 367 manat dövlət rüsumu ödənilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, zərurət yarandığından iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçı onun tanışı olduğu üçün ondan borc almış və həmin borcu hissə-hissə ödənilməsi barədə razlaşmışlar. Ümumi borcdan ödəniş etmişdir. İddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir.

10. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

13. “Dövlət rüsumu haqqında” Qanun : 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

16. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

18. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

19. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qızına qarşı “pul və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

20. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 367 (üç yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat: 10:55) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı: İddiaçı Cavabdeh qızına qarşı “pul və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 367 (üç yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat: 10:55) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar